İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları

Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.
Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir
Davamı →

Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu

Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin kö­mə­yilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial və­zifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasi­tə­silə iqtisadiyyatın ayrı-ayrı sahələri  və bölmələri üzrə ümumi da­xili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarak­terli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məş­ğul­luq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Davamı →

32. Fillips əyrisi

Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqti­sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi-ORIGINS OF THE PHILLIPS CURVE
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci ildən — 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb etmir.
Davamı →

Siyasi qeyri-sabitlik və kapital «axını»

POLITICAL INSTABILITY AND CAPITAL FLIGHT
Meksikada 1994-cü ildə görkəmli siyasi xadimlərə qarşı terror aktı ilə müşayiət olunmuş siyasi vəziyyətin kəskinləşməsi dünya maliyyə bazar­larında əsəbilik yaratdı. Bu bazarların subyektləri Meksikadakı siyasi sabitliyə dair öz fikirlərinə yenidən baxdılar və vəsaiti ABŞ-a və ya digər daha sakit ölkələrə köçürmək üçün meksikan aktivlərindən xilas olmağa başladılar. Ölkədən maliyyə resurslarının bu cür kütləvi şəkildə eyni vaxtda çıxarılması kapital «axını» adlanır. Meksika üçün kapital «axını» mənasını düzgün başa düşmək üçün biz iqtisadiyyatın tarazlıq vəziyyətinin dəyiş­məsinin təhlilini üç mərhələdən ibarət olan metodikadan istifadə edirik.
Davamı →