Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.
Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istehsaledici, stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.
Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir.
Ardı →