Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır. Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlara manna sıyığı yemək tövsiyyə olunmur.
Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə bir çox yarmalar kimi karbohidratlarla zəngindir.
Ardı →