Maraqlı məlumatlar - 3

1. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.

2. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.

3. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.

4. Dünyadakı canlıların 70%-i bakteriyalardır.

5. Fil yeganə heyvandır ki, 4 dizi vardır.

6. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.

7. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.

8. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.


Ardı →

Biologiya rəqəmlərdə-4

1.    Darvinə görə təkamülün 3 əsas hərəkətverici qüvvəsi var (Təbii seçmə, yaşamaq uğrunda mübarizə, irsi dəyişkənlik)
2.    Qızıl səbt (mürəkkəbçiçəklilər) bitkisinin çiçək qrupunda kənar dilcikşəkilli çiçəklərin sayı 5-dən 8-ə qədər dəyişir.
3.    Meşə əsməsi (qaymaqçiçəklilor) bitkisinin çiçək qrupunda  ləçəklərin sayı 6-dan 8-ə qədər doyişir.
4    Dişi askarid sutkada 200 min yumurta qoyur
5    Boz siçovul ildə 5 nəsil, hər nəsildə orta hesabla 8 bala verir.
6.    Yaşamaq uğrunda mübarizənin 3 forması var (növdaxili, növlərarası, qeyri-əlverişli mühit şəraiti ilə)
7.    Darvindən sonra təkamülün 2 yeni amili kəşf edilmişdir. (həyat dalğalan, izolyasiyalar və ya təcridolunma)
8.    Tikanlı balıq yuvaya 120-150 kürü qoyur.
9.    Treska 4 milyona qədər kürü qoyur.
10.    Mikrotəkamül (növəmələgəlmə) 2 yolla gedə bilər (coğrafı, ekoloji)
Ardı →