“Ayın 13 beşinci gün”

“Ayın 13 beşinci gün” — bu ifadə hər bir insanda qismən olsa da daxili bir pis hissiyyat yaradır. Əsasən də eyni adlı bədii filmə baxanlarda. Çox insanlar bu gün çalışırlar ki, heç bir riskli işlərə girməsinlər. Onların fikrincə həmin gün uğursuz olacaq. Onda bir sual ortaya çıxır ki, il ərzində baş verən uğursuzluqlar da bu günlə əlaqəlidir? Əlbəttə ki, xeyr. Bu qorxu o qədər yayılıb ki, 13 rəqəmindən qorxmanın adı da var -Triskayedafobiya.

13 Oktyabr 5ci gun — 1307ci ildə Vatikan Papası Klemenetin Səlib yürüşündın qayidan ve Mariya Maqdalenanin sirlərini gizlədən Cəngavərləri (Sionistler) öldürtdüyügündür

Ayın 13 beşinci gün -"şeytan günü«adlandırırlar. Bu günün belə qorxunc olması qədim zamanlardan gəlir. Bəzi versiyalara görə ayın 13 beşinci gün 12 əcinnə şabaşa yığılarmış və 13-cu isə iblis imiş.

İncil mətnlərinin bəzi yozucuları əmindirlər ki, məhz bu gün Həvva və Adəm qadağan olunmuş meyvənin dadına baxıblar. Maraqlısı odur ki, həmin bu rəqəmdən qorxu əsasən xristian dövlətlərində geniş yayılıb. Amma indiki zaman bu bütün dünyaya yayılmaqdadır.
Bəzi insanlarda bu qorxu hissi o qədər qabardılmış dərəcədədir ki, onlar hətta həmin gün evdən bayıraçıxmırlar.

Davamı →

Tarixi şəxslər barədə qalmaqallı faktlar

Uinston Çörçil
Məşhur siyasətçi, Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçil bir natiq və dövlət xadimi kimi o qədər məşhurlaşmışdı ki, “BBC” 2002-ci ildə onu Britaniyanın ən görkəmli şəxsi elan etmişdi. Çörçil öz bəlağətli nitqləri ilə insanların rəğbətini qazana bilirdi, ancaq bir çoxları onun mənfi cəhətlərini bilmirdi. Çörçilin çoxlarına məlum olmayan aforizmləri:
“Mən daha ali və güclü bir irqin gəlib, Amerika hindularının və ya Avstraliyanın qaradərili əhalisinin torpağını işğal etməsini və onlara edilənləri böyük səhv kimi qəbul etmirəm”.
“Mən qazdan istifadə edilməsinin əleyhinə olan vasvasılılığı başa düşə bilmirəm. Qətiyyətlə deyə bilərəm ki, qeyri-sivil qəbilələrə qarşı zəhərli qazdan istifadə olunmasının tərəfdarıyam”.
Davamı →

Bilirsinizmi?

• Italiyada yeni prezident seçilərkən minlərlə vətəndaş bir-birilərinə apelsin ataraq bunu qeyd edirlər.

• 1865-ci ilin Fevral ayın bütövlənmədiyi yeganə tarixdir.

• Tarix boyun ən çox film Drakulaya aid çəkilib.
Ardı →

Hər şeyin əvəzi var

Şotlandiyada yoxsul bir ailə yaşayardı. Fleming idi adı. Günlərdən bir gün tarlada çalışarkən bir qışqırıq eşitdi. Dərhal səsin gəldiyi yerə qaçdı. Bir də baxdı ki belinə qədər bataqlığa batmış bir uşaq, xilas olmaq üçün çırpınıb dayanır.


Ardı →

Oskar bəxtsizləri

Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan «Oskar»ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz  məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz. 

Şouşendən qaçış (The Shawshank Redemption) — Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: «Forrest Qamp»(Forrest Gump), «Kriminal qiraət»(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə «Forrest Qamp» rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər. 
Ardı →

DoLLar və onun sirləri





Zənn edirəm ki, bu video çoxları tərəfindən bəyəniləcək.Həqiqətən çoxumuzun bilmədikləri məlumatlardır.Söhbət hamımızın tanıdığı ABŞ dollarından gedir.Bu video ABŞ dollarının sirlərindən söhbət açır.Məncə çox sözə ehtiyac yoxdu baxmağınız kifayətdi!!


Davamı →

" Hökmdar ovu"

İyirminci yüzillikdə təxminən 70-ə qədər dövlət başçısı sui-qəsd qurbanı olub. Con Kennedi, Raciv Qandi, İndira Qandi, İshak Rabin, Ənvər Sadat və s. Məşhur yazıçı Frederin Forsayt "Çaqqal günü" super romanında Şarl de Qolla qarşı edilən sui-qəsdlərin cüzi bir hissəsini -15-ni təsvir edib.
Ardı →

İsgəndər və on müdrik

Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir: " Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmasa, hamınızı edam edəcəyəm." Sonra onlardan birini hakim seçərək suallara keçir:
Ardı →

Maraqli faktlar4

1.İnsanların boyu səhərlər axşamkından 1 sm daha uca olur. Bunun səbəbi gün ərzində oynaqların yığılmasıdır.1. 18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.

2. Amerikada yaşları 20 ilə 29 arasında olan zənci oğlanların üçdə biri ya həpsdə ya da ölü olur.

3. Açıq bir gecədə göy üzünə baxanda 2 minə yaxın ulduzu açıq görmək mümkündür.
Ardı →