Maraqli faktlar_2

1.1992-ci ildə Türk arxeoloqları müəmmalı bir sərdabə aşkar etdilər. Onlar bu sərdabədə qəribə bir cəsəd gördülər. Cəsədin yarısı insan,yarısı isə timsahdır. İndi dünya alimləri bu araşdırma qarşısında acizdirlər. Bəziləri elə düşünür ki,insan skletini timsaha calalayıb mumyalayıblar, o da maraqlıdır ki, cəsədin insan skeleti ilə timsah skeletinin birləşdiyi yer təbii bitişikdir. Hələlik bu müəmmalı məxluq sirr olaraq qalır.

* * *
Ardı →

Maraqli faktlar_1


— Nil çayı sahilində hər il 1000-dən artıq insan timsahların qurbanı olur.

— Rus və ingilis dillərində dizin arxa tərəfini ifadə edən söz yoxdur.

— İnsan qızaran zaman onun mədəsi də qızarır.

— İnsan bədənində əzələnin sayı kəpənək qurdunun əzələlərinin sayından azdır.

— Əksər insanlar 60 yaşından sonra dadbilmə qabiliyyətini 50 faiz itirir.

— Diş insanda öz-özünə bərpa olunmayan yeganə bədən hissəsidir.

— Bir insanın bədənində yaşayan canlı orqanizmlərin sayı dünyada yaşayan insanların sayından çoxdur.

— İnsan saçının bir tükü 3 kiloqram ağırlığında yükü saxlamağa qadirdir.

— İnsan başı orta hesabla 3,6 kiloqramdır.

— Donuz göyə baxa bilmir.

— Dünya əhalisinin 25 faizi heç zaman telefonla danışmayıb.

— İnsan ürəyi bədənə qan vuran zaman elə təzyiqlə işləyir ki, o, qanı 10 metr məsafəyə ata bilər.

— Qarışqa kimyəvi dərmanla öldürülən zaman həmişə sağ böyrü üstə yıxılır.

— 1 insan ömrünün sonunadək orta hesabla 70 həşərat yeyir.

— Dişi akulalar nəsli erkəklər olmadan da artırır.

— Təyyarə saatda 1000 kilometr sürətlə uçan zaman onun uzunluğu 1 santimetr qısalır.

Davamı →

Qəribə qanunlar 2

Biz bu sayımızda da oxuculara dünya ölkələrinin maraqlı və qəribə qanunlarını təqdim edirik. Onların bəzisi hətta öz qəddarlığı ilə müasir insanı heyrətləndirə bilər. Amma bu qanunları bilməyimiz cəmiyyətimizin də xeyrinədir. Bu bizi qanunlara yenidən baxmağa, onlarda zamanın tələbinə uyğun dəyişikliklər etməyə stimullaşdırır. Burada elə qanunlar var ki, onları öz praktikamızda da tətbiq etmək pis olmazdı. Qeyd edək ki, Sinqapur və Tailand bizə qəribə görünən qanunlar (küçələri zibilləməyə görə ağır cəzaların tətbiqi) hesabına dünyanın ən təmiz paytaxtlarına çevrilibdir.

ABŞ-ın Dakota ştatı öz maraqlı qanunları ilə seçilir. Belə ki, bu ştatın qanununa görə şəhər küçələrində hindular iki-iki, üç-üç gəzərlərsə, onlar hərbi dəstə sayılarlar. Buna görə də onlara atəş açmaq olar. Əgər siz xüsusi mülkiyyətiniz ərazisində beş nəfərdən artıq hindu görsəniz, onlara atəş açmağa qanun icazə verir. İnanmıram ki, hindular bu ştatın ərazisində gəzməyə cürət etsinlər.
Ardı →

Heyrətləndirici faktlar

1.Dünyanin ən bahalı qayganagının dadina Nyu-Yorkun Norma restoraninda baxmaq olar. Onun adi Zillion Dollar Lobster Frittata, qiyməti ise 770,47 avrodur. 

2.Argentina ve Peruda barmaqla gicgahi burmaq jesti «Mən fikirleşirem» mənasını verir. Diger ölkələrdə ise bu jest «səfeh» anlamini daşiyir. 

3.Alimler "İncil"-de cəhənnəm mövzusunda olan sitatları müqayisə edərək belə qənaətə gəlibler ki, cəhənəmin hərarəti 718 derece selsidir. 

4.Andorra dünyada yeganə ölkedir ki, orada poçtyollama pulsuzdur. 
Ardı →

Qəribə qanunlar

Qəribə qanunlar nə qədər gülməli, ağlamalı, sərt və satirik olsa da, onların faydalı olmaları da danılmaz faktdır. Azından bu qanunlar vaxtaşırı bizi həyatımızda mövcud olan qanunların indiki reallığa nə qədər uyğunlaşdığını nəzərdən keçirməyə sövq edir.

Los-Anjeles şəhərinin qanunlarına görə məhkəmə prosesi zamanı ifadə verən şahidlərə ağlamaq qadağan edilib.

Kaliforniya Ştatının qanunlarına görə böyüklərin uşaqlara palçıqlı suda oynamağı yasaq etməsi qadağandır. Hətta uşaqların bu məşğuliyyətinə mane olmaq cəhdlərini belə qanun qadağan edir.
Ardı →

bir az düşünün...

SOS siqnalıKömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam «Save our Ship» (gəmimizi qurtar), «Save our Soul» (ruhumuzu qurtar), «Stop Other Signals» (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.
Ardı →

Yad planetlilər

Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.


Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?


Ardı →

Maraqlı statistika

Dünyanın ən balacaboy insanları- hindistanlı, filippin və afrikalı piqmeylərdir. Onların boyu yarım metrdən azdır.

Afrikanın Vatuzi qəbiləsinin nümayəndələri orta hesabla 210 sm boya sahibdirlər.

123 il ərzində — 1804-cü ildən 1927-ci ilə kimi dünya əhalisi 1 milyarddan artaraq 2 milyarda çatıb. 1987-ci ildən 1999-cu ilə kimi isə cəmisi 12 il ərzində dünya əhalisi 1 milyard artaraq 6 milyarda çatdı.

Dünyada 854 milyondan çox insan oxumağı bacarmır.

Dünya əhalisinin hər beşdən üç nəfəri- asiyalıdır.

Avstraliyada cəmisi 50 000 həqiqi aborigen var.

Rusiyalı vətəndaşlarının orta boyu tədricən azalır və hal-hazırda 170sm təşkil edir. Buna səbəb fiziki aktivliyin azalması və gündəlik qidanın zəifliyidir.
Davamı →

İBNİ FAZİL KİMDİR?

İlk kağız fabrikinin yaradılması müsəlmanların adı ilə bağlıdır


İbni Fazil 739 — 805-ci illər arasında yaşamış bir alimdir. 12 əsr əvvəl ilk kağız fabrikini quran vəzirdir.


Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya ibn Fazil və ya sadəcə əl-Fazil adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə «Fazilin oğulu» deyə düşüb.
Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib.
İbni Fazil, Harun xəlifə olunca vəzirliyə gətirilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi İmperatorluğuna böyük xidmətlər göstərib.
Ardı →