Şahın hədiyyəsi və ən böyük ədəd

Əslində, ən böyük ədəd heç cür adlanmır. Çünki, ən böyük ədəd hələ insanlara məlum deyil və bəlkə də heç vaxt da məlum olmayacaq. Ümumiyyətləbəşərə lazım olan nəhəng-sayların heç də hamısının adı yoxdur. Sizi nəhəg-ədədlərlə tanış etməzdən öncə bir rəvayəti nəzərinizə çatdırmaq istərdim. Məşhur rəvayətlərdəndir. Həm də rəqəmlər aləminə qısaca nağılvari bir səyahət də edərik.

Rəvayətə görə, bir alim ölkəni idarə edən şahın əmrini yerinə yetirmək üçün bu əsrarəngiz şahmat taxtasını icad edir. Üzərinə düşən işi incəliklə yerinə yetirən alim taxtadakı rənglərə və fiqurların quruluşuna heyrətlə baxan hökmdarın rəğbətini qazanır.
Ardı →

Maraqlı hadisələr

Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür.
***

Ardı →

Məşhur həkimlər haqqında maraqlı faktlar-2

Lui Paster — onun tədqiqatlarına bir pivə zavodu sponsorluq etdi. Onlar ona beynəlxalq konqressə bileti ödədilər. Nə vaxt ki, konqressdə Pasterə sözverdilər, o birinci növbədə səhnədə pivənin reklam plakatlarını asmağa başladı. Və çıxışını bu sözlərlə başladı ki, bu pivə – ən yaxşıdır. Və yalnız bundan sonra işə keçdi.Lui Pasterin bir dəfə az qala duel iştirakçısı olmadı. Məşhur həkim çiçək bakteriyasının mədəniyyətini tədqiq edirdi. Gözlənilmədən ona tanış olmayan insan ortaya çıxdı və özünü təqdim etdi. Bundan sonra ona elə gəldi ki, alim onu təhqir etdi. Ağa təmin olunmanı tələb edirdi. Paster elçini dinlədi və dedi: «Bir halda ki, məni çağırırlar, mən silahı seçmək haqqına sahib oluram. Budur iki kolba: birində çiçək bakteriyası digərində təmiz su. Əgər sizi göndərmiş insan onlardan birini içməyə razılaşacaqsa, məndə digərini içəcəyəm». Sonra isə Duel baş tutmadı.


Ardı →

Məşhur həkimlər haqqında maraqlı faktlar-1


Zigmund Freyd – Psixoanalizin banisində çox qəribəliklər vardı. Freyd dəhşətli dərəcədə 62 rəqəmindən qorxurdu. O, 62 və 62-dən çox otaqlı mehmanxanada nömrə sifariş etməyi ehtiyat edirdi. Freyddə musiqi sahəsində heç bir istedad yox idi. O, musiqiyə o qədər nifrət edirdi ki, hətta canlı orkestrlə ifa edən restoranlardan çəkinirdi. Freyd musiqiyə olan nifrəti nəticəsində onun kiçik bacısı pianonu atmağa məcbur olub. Çünki Freyd şərt qoyub: «Mən ya piano». Beləliklə, onun bacısının musiqi karyerası dağıldı.
Ardı →

Bildiklərimiz və bilmədiklərimiz

  • Dünyanın ən sürətli böyüyən bitkisi bambuk, bir gündə 90 sm qədər uzanır.

  • Ortalama bir aysberqin ağırlığı 20 milyon ton.

  • 18 fevral 1979-cu ildə səhra çölünə qar yağmışdı.

  • İnsanlar həyatları boyunca altı filin ağırlığına bərabər miqdarda yemək yeyirlər.

  • Dünyanın ən böyük şəkər ixracatçısı Kubadır.

  • Eskimo dilində qar yağmurlarının fərqlərini təsvir etmək üçün istifadə edilən iyirmidən çox söz vardır.

Ardı →

Maraqlı tibb statistikaları

— Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
— Hər min uşaqdan biri tək dişlə doğulur.
— İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
— İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
— İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
— Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
— İnsanın saç telinin sayı təxminən 100 mindir.
— Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
Davamı →

Maraqlı faktlar

Nyu-Yorkda irlandların sayı Dublində yaşayan irlandların, italyanların sayı Romada yaşayan italyanların, yəhudilərin sayı isə Təl-Əvivdə yaşayan yəhudilərin sayından çoxdur.

Hər il amerikalılar uşaqların yeməyindən çox, itlərin yeməyinə pul xərcləyirlər.

Avropanın ən cavan cəlladı rəsmən 7 yaşlı Çarlz Soson olub.

Evlərdəki toz parçalarının çoxu ölmüş dəri hissələridir .

Marilyn Monroe-nun altı ayaq barmağı var idi

Inci sirkəyə qoyulduqda əriyir

Inəklər nərdivana çıxa bilərlər amma enməyi bacarmazlar.

Mona Lisanın qaşlari yox idi,çünki Florensiyada qaşların hamısını almaq dəbdəydi.

Motsartın bir bəstəsi elədir ki, pianist onu ifa etmək üçün 2 əlini və burnunu istifadə edir .

Pinqvin 3 metr hündürlüyə tullana bilir.

Son 4 min il ərzində insan heç bir yeni heyvan növü əhlilləşdirməyib.

Dünyada hər 10 insandan biri solaxaydır.

Uşaqlar dunyaya diz qapagi olmadan gəlirlər.

10 dəqiqə ərzində qasirğa bütün nüvə silahlarının gücündən daha çox enerji yaratmağa qadirdir.

Amerikanin Ohayo ştati,Klivlend şəhərində ovçuluq sənəti olmayanların siçan tutmasi qadağandır.

ABş prezidenti Con Kennedi 20 dəqiqəyə 4 qəzet oxuya bilirmiş.

1 kq limonun tərkibində 1 kq çiyələyə nisbətən daha çox şəkər var.

Bədəninə nisbətən ən böyük beyinə sahib olan canlı qarışqadır.
Davamı →

Hərf səhvləri

Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir.
  • ABŞ Konqresinin rəsmi veb-saytında bildirilmişdir ki, 1960-cı illərdə Amerika Sudanda nüvə sınaqları keçirmişdir. Bundan dəhşətə gələn Sudan hökuməti izahat tələb etmiş və məlum olmuşdur ki, mətndə səhv getmişdir. Demə, bu sınaqlar Sudanda deyil, Nevada ştatındakı Sedan poliqonunda keçirilibmiş.
  • Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar. Kitabçalar ölkənin müxtəlif dövlət təşkilatlarına və kitabxanalarına göndərilməli idi. Lakin son anda səhifələrdən birində belə ifadə aşkarlanmışdır: “Mənasız mətn”. Onu buraya kimin əlavə etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Konstitusiyanın yeni tirajının nəşri Fransa xəzinəsinə 74 min avroya başa gəlmişdir.

Davamı →

Maraqlı faktlar

Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır.

Safsar sutka ərzində 20 saat yatır.

Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar.

Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır.

Ardı →