Poçtla göndərilən uşaqlar

XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər. Buna səbəb həmin xidmətin dəyərinin bir dollardan az olması və qatar qiymətindən 10 dəfə ucuz başa gəlməsi idi.

Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı.

1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.
Davamı →

Şanapipik

 Şanapipiklər Avropa, Afrika,Madaqaskar və Asiyadan Yaponiyaya kimi bölgələrin park, bağça və açıq ərazilərində yaşayırlar.Boyu 28-30 sm-ə çatan uzundimdikli quşdur. Darağabənzər kəkili, alabəzək lələkləri var. Ona "şinəbub" da deyirlər.
 Göyərçin boyda ya da bbir az ondan kiçik olann şanapipiyin təpəsinin lap ortasında yelpazəyə bənzəyən ucları qara xallı tüklər ona xüsusi gözəllik verir. Bədəni narıncı qəhvəyi tüklə örtülüdür. Qanad və quyruğunda ağ-qara xətləri var. İncə uzun dimdiyi yüngülcə əyri və yandan basıqdır. Ayaqları qısa və güclüdür. Yeridikcə başını irəli-geri yırğalayaraq, daraq kimi açılan pipiyi ilə xoş bir görüntü yaradır. Torpaq üstündə sıçrayaraq çeşidli oyunlar çıxarır.
 Şanapipik böcək və qurdlarla bəslənir. Torpağı eşərək çıxardığı qurdu havaya fırladıb dimdiyini açaraq tutmağı çox xoşlayır. Həşaratlarla bəsləndiyindən faydalı quşdur. İnsanlara rahatlıqla alışırlar. Payızda Afrikaya köç edirlər. Baharda isə Asiya və Avropaya təkrar geri dönürlər. Şanapipiklər yuvalarını ağac koğuşlarında və hündür torpaq dəliklərində düzəldirlər. Dişləri kürt dövrü açıq-mavi və ya zeytuni-qəhvəyi rəngli 4-12 yumurta üzərində 16 gün yatırlar. Bu müddət ərzində erkəklər tərəfindən bəslənirlər. Şanapipiklər köç zamanından başqa tək yaşamağı sevən quşlardır. Açıq ərazidə rast gəldiyi kimi şəhər parklarında da görünürlər.
Davamı →

Dünyanın ən təhlükəli 10 şəhəri






Bu topikdə dünyanın ən təhlükəli 10 şəhərinin siyahısını təqdim edəcəyik. Sondan başlayıb ən təhlükəliyə doğru davam edəcəyik.

 Siyahımızın 10-cu sırasında Braziliyanın Rio De Janeiro şəhəri var. Karnavalından tanıdığımız bu şəhərdə yoxsulluq olduğu üçün cinayət hadisələri də tez-tez baş verir. Xüsusi ilə turistlərin böyük rəğbət bəslədiyi populyar çimərliklərdə və gecə klublarında tez-tez cinayət hadisələri müşahidə olunur. 

 Doqquzuncu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biri olan Cape Town-dur. Burada da tez-tez cinayət hadisələri yaşanılır. Ən çox yaşanan hadisələr isə pul üçün adam qaçırma, təcavüz və soyğundur.

 Ən təhlükəli şəhərlər siyahısına Guatemala Respulikasının paytaxtı Guatemala şəhəri ilə davam edirik. Orta Amerikadakı bir çox şəhər kimi bura da narkotik qaçaqmalçılığı ilə məşhurdur. Xüsusilə də avtobus soyğunçuları çox yayılmışdır.

 Siyahımızın yeddinci sırasında Bağdad şəhəri durur. Amerika işğalından sonra xaos yaşayan İraqda müxtəlif qüvvələr bir-biri ilə mübarizə aparırlar. Buna görə də burada tez-tez terror hadisələri baş verir.

 Altıncı sırada yer alan şəhər Mexsika sərhədlərindəki Acapulco şəhəridir. Hər il minlərcə turistin gəldiyi bu şəhərdə təəssüf ki, narkotik geniş yayılmışdır. Buna görə də burada çoxlu cinayət hadisələri baş verir. Son statistikaya görə, şəhərdəki hər min nəfərdən ikisi cinayət qurbanı olur.

 Beşinci şəhər Venesuellanın Karakas şəhəridir. Bu şəhərdə əli silahlı narkotik dəstələri mövcuddur. Bir çox qaynaqda bu şəhəri " cinayətin paytaxtı " adlandırırlar. 

 Dördüncü sırada Əfqanıstanın Kabil şəhəridir. Bu şəhərdə də insanlar Bağdad kimi terrorla iç-içə yaşayırlar. 

 Növbəti şəhər Pakistanın Karaçi şəhəridir. Bu şəhərdə canlı bombalar və suiqəsdlər sanki gündəlik yaşayışın bir parçasına çevrilib. Terrorla yanaşı, bu şəhərdə insan qaçaqmalçılığı, avtomobil soyğunu kimi bir çox cinayətlər geniş yayılmışdır.

 Dünyanın ən təhlükəli ikinci şəhərinə gəldik. Bu şəhər Meksikanın Ciudad Juarez şəhəridir. Amerika sərhədindəki bu şəhəri narkotik qaçaqmalçıları idarə edir. Hər il bu şəhərdə 3 min insan qətlə yetirilir.

 Dünyanın ən təhlükəli şəhərinə gəldik. Honduras sərhədlərindəki San Pedro Sulada həm narkoti, həm də silah qaşaqmalşılığı son dərəcə geniş yayılmışdır. Statistikaya görə, Dünyada ən çox cinayət hadisələri bu şəhərdə baş verir. Belə ki, küçələrdə cəsədlərlə qarşılaşmaq artıq adi hala çevrilib.
Davamı →

Nə üçün çörək quruyur?

Un kisəsini bütün nişastası axana qədər suyun altında yuyun. Kisədə yapışqanlı, ağır maddə qalacaq. Bu yapışqan maddəsidir. Yapışqan maddəsinin əsas fəqləndirici əlaməti bir-iki saat qalandan sonra onun şüşə kimi bərk və asan ovulan kütləyə çevrilməsidir 
 Çörəyin qurumasının səbəbi də budur. Unun tərkibindəki yapışqan maddəsi kövrək və quru məhlula çevrilir
Davamı →

Kibrit nə üçün yanır?

İbtidai insanlarda indiki kimi mükəmməl əmək alətləri yox idi. Onların nə mişarı, nə də baltası vardı
 İbtidai insan ağacı iti daş və ya sümüklə kəsib yonurdu. Bu cür alətlərlə işləmək heç də asan deyildi. O qədər çox sürtüb itiləmək lazım gəlirdi ki, bəzən ağac od tutub yanırdı. Yəqin ki, elə bunun nəticəsində insan sürtünmənin köməyi ilə od əldə etməyin mümkün olduğunu başa düşmüşdü.
 Ağacın alışması üçün onu gərək lap çox qızdırasan.Deməli, bunun üçün onu ağacı uzun müddət bir-birinə sürtmək lazımdır.
 Kibritə gəldikdə isə məsələ başqa cürdür. Kibritin başı cüzi istilikdən alışan materialdan hazırlanıb. Kibritiyandırmaq üçün onun başını qızmış dəmirə, məsələn, yanan sobanın qapağına toxundurmaq kifayətdir. Əgər kibtritin o biri başını qızmış dəmirə sürtsəniz, o yanmayacaq.
 Elə buna görə kibriti alışdırmaq üçün onu uzun müddət qutunun yanına sürtmək lazım gəlmir. Azca toxunduran kimi asanlıqla yanır.
Davamı →

Bilginizə bilgi qatacaq maraqlı məlumatlar

            
1. Bütün dünyanı düşünsək, buludlardan yer üzünə saniyədə 16 milyon ton yağış yağır. Yəni, siz bu məlumatı öyrəndiyinizdə dünyaya yağan yağışın miqdarı 500 milyon tonu keçdi.

2. Cizgi filmlərdə gördüyünüzün əksinə balinalar başının üstündən su püskürməz. Bu bölgədə balinanın burun dəlikləri yerləşir. Uzaqdan su kimi görünsə də, balina əslində sudakı havanı püskürür.

3. Qida mütəxəssislərinin dediyinə görə, qatığı son istifadə vaxtı keçdikdən 1 hətta 2 həftə sonra istifadə etmək zərərli deyil. 

4. Printer mürəkkəbi dünyadakı ən bahalı mayelərdən biridir. Çünki, ən şampandan belə daha bahalıdır.

5. Bugün yediyimiz pizzaya ən yaxın pizza 1889-cu ildə İtaliyanın Neapol şəhərində hazırlanmışdır.

6. İtlər orta hesabla 160 söz öyrənə bilərlər.

7. İnsanlar dərin yuxuda ikən qoxu hiss etməzlər. 

8. Antraktidada Erebus dağı adında fəal bir vulkan var. Antraktidaya xas olaraq bu vulkan lava yox, buz kristalları püskürür.

9. Bədənimizdəki ən təmiz orqan gözümüzdür. Bədənimizin ən kirli orqanı isə ağzımızdır. Araşdırmalara görə, ağzımızda, dilimizdə və qırtlağımızda 650 milyon müxtəlif mikroskopik bakteriya var.



Davamı →

Özünüzlə qürur duyacağınız 18 məlumat

1.Beyniniz 2.5 milyon GB bilgini saxlamaq bacarığına malikdir. Belə bir imkan olsa, beyninizə 300 il uzunluğunda olan yüksək keyfiyyətli videonu yükləyə bilərdiniz.

 2.Burnunuzun da eynilə beyniniz kimi yaddaşı var. Buna görə 50.000 fərqli qoxunu xatırlaya bilərsiniz.

 3.Bir yerə baxarkən diqqətinizi cəmləyən əzələ göz əzələləridir. O, gündə 100.000 dəfə hərəkət edir. Bu da 80 km gəzərkən istifadə olunan bütün əzələ hərəkətlərinə bərabərdir.

 4.Başınızdakı bütün saçlarınızı birləşdirsəniz alınan ip 12 ton yükü qaldıra biləcək qədər sağlamdır.
Davamı →

Filmlər haqda maraqlı faktlar

  • Kino
Dracula1. Haqqında ən çox film çəkilmiş personaj qraf Drakuladı-72 filmdə bu personajın adı keçib. İkinci yerdə Şerlok Holmsdı- 66 film. Üçüncülüyü isə 60 filmlə Tarzan qapayır.

2. “Emanuel” erotik filmi Parisin bir kino teatrında düz 11 il nümayiş olunub.

3. Tənqidçilərin rəyinə əsasən dünya kino tarixinin ən yaxşı trilleri Hiçkokun “Psixo”sudu. İkinci yerdə Spilberqin “Çənələr”i, üçüncü yerdə isə “Quzuların susması”dır.

4. Kinoda ən gec debüt Janna Luiza Kalmana aiddi. O 114 yaşında Kanada istehsalı “Vinsent və mən” filmində elə öz obrazını oynayıb. Bu debütdan sonra aktrisa hələ 8 il də yaşayıb.

5. Hindistan kino istehsalına görə dünyada liderdi. 90-cı ildə bu göstərici ilə 948 (!) filmə çatmışdı.

6. Ən uzun adı olan film İtaliya istehsalıdı. Film belə adlanır: “ Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda”

7. Kinoda ən məhşur it obrazı Lessidi. Düz 8 Kolli cinsli it Lessi obrazında çəkilib.
Ardı →

Gözlərimizi kompüter və televizordan necə qoruyaq?

İnsan həyatı üçün önəmli orqanlardan biri olan göz eyni zamanda bir çox funksiyanı yerinə yetirir. Ətraf mühitdə olan informasiyanın 90 faizini göz vasitəsilə alan insanlar üçün bu, dünyaya açılan bir pəncərədir. Belə bir önəmli orqanı qorumaq, ətraf təsirlərdən mühafizə etmək isə hər bir insanın özü üçün mühüm şərtdir.   


Kompüterdən istifadə edərkən göz qırpma sayı azalır

İnsanlar gözlə bağlı müxtəlif ağrılardan şikayətlənirlər. Bunlar əsasən göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, nəyinsə gözə batması, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, göz qapaqlarında iltihab, baş ağrısı və s. kimi amillərdir.Bu gün xarici ölkələrin bir qismində hər üç uşaqdan birində uzağı və ya yaxını görmə probleminə rast gəlinir. Gözlərdə yaranan problemləri isə insanlar müxtəlif amillərlə əlaqələndirirlər. Bunlardan biri kimi son zamanlar istifadəsi sürətlə artan kompüterlər göstərilir. Bəs görəsən, gözdəki ağrılar hansı amillərdən irəli gəlir? Ümumiyyətlə, kompüter ekranlarının göz sağlamlığına mənfi təsiri ilə bağlı müxtəlif fikirlər söylənir.
Ardı →