Miyoldayan insanlar

Pişik miyoldaması sindromu (pişik səsi sindromu) və ya Kri du Çat sindromu 5-ci xromosomun bir hissəsinin itirilməsi ilə yaranan, nadir rast gəlinən genetik bir pozğunluqdur. Sindrom genetik olaraq 46X(X/Y),-5p kimi göstərilir. Yəni insanda 46 xromosomunun 5-ci qısa qolunun bir hissəsinin olmadığını ifadə edir. Bu cür xromosom mutasiyalarında DNT-dəki əsasın və ya əsasların olmaması olmaması ilə müəyyən edilir.


İlk dəfə Jerome Lejeune tərəfindən 1963-cü ildə kəşf edilmişdir. Qadınlarda daha çox görünür. 20-50 mində bir rast gəlinir.


Ardı →

Dünyanın ən istedadlı 10 insanı

1. Kim Unq-Yonq
4 yaşında universitetə gedib, 15 yaşında isə doktorluq dərəcəsi alıb.
1962-ci ildə dünyaya göz açan Kim Ung-Yong dünyanın ən zəkalı insanı kimi “Ginnedsin rekordlar kitabı”na düşüb.


2. Akrit Casual
7 yaşında cərrah olan bu hindli uşaq dünyanın ən ağıllı uşağı hesab olunur.
Cəmi 7 yaşında ilk cərrahi əməliyyat aparıb.
Ardı →

Tam məxfi | Adolf Hitler

Az adam bilir ki, Adolf Hitleri, onun məşuqəsi Yeva Braunu, Gebbelsi, onun arvadını və altı uşağını düz səkkiz dəfə basdırıblar!

Birinci dəfn 1945-ci ilin 30 aprelində, İmperiya dəftərxanasının həyətində olub.

İkinci dəfə meyitlər may ayının 4-də — Sovet ordusu onları tapandan sonra basdırılıb. Əsgərlər cəsədləri aşkar edən kimi, qazıb çıxarmışdılar. Amma sonra Hitlerin meyitinin tapıldığı barədə xəbər alaraq səhv etdiklərini düşünmüş və tapdıqları cəsədləri yenidən torpağa gömmüşdülər.

Üçüncü dəfə onları may ayının 5-də qazıb çıxararaq Almaniyanın Bux şəhərinə göndərmiş, oradakı klinikaların birinin zirzəmisində basdırmışdılar.
Ardı →

Maraqlı tibb statistikaları

— Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
— Hər min uşaqdan biri tək dişlə doğulur.
— İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
— İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
— İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
— Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
— İnsanın saç telinin sayı təxminən 100 mindir.
— Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
Davamı →