Qəribə qanunlar 1

Tomas Cefferson yaxşı vurğulayıb, qanunlar sadə adamlar üçün yazılır və ona görə də onlar sağlam düşüncənin sadə qaydalarına söykənməlidir.

ABŞ. Birləşmiş Ştatlarda Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur. Axı biz yeni il bəzəklərini bəzən uzun müddət yığışdırmırıq.
Ardı →

Bildiklərimiz və bilmədiklərimiz

  • Dünyanın ən sürətli böyüyən bitkisi bambuk, bir gündə 90 sm qədər uzanır.

  • Ortalama bir aysberqin ağırlığı 20 milyon ton.

  • 18 fevral 1979-cu ildə səhra çölünə qar yağmışdı.

  • İnsanlar həyatları boyunca altı filin ağırlığına bərabər miqdarda yemək yeyirlər.

  • Dünyanın ən böyük şəkər ixracatçısı Kubadır.

  • Eskimo dilində qar yağmurlarının fərqlərini təsvir etmək üçün istifadə edilən iyirmidən çox söz vardır.

Ardı →

Maraqlı tibb statistikaları

— Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
— Hər min uşaqdan biri tək dişlə doğulur.
— İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
— İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
— İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
— Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
— İnsanın saç telinin sayı təxminən 100 mindir.
— Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
Davamı →