Tarixi nadir

Çingiz Xan seks vaxtı ölüb.
Albert Eynşteyn öz telefon nömrəsini heç cür yadda saxlaya bilmirdi.
Hitlerin anası abort etmək istəyirdi, amma həkim fikrindən daşındırıb.
Metro-Qoldvin-Mayer loqotipindəki şir öz təlimçisini çəkilişin səhəri günü öldürüb.
Ofis stolunda bakteriyalar tualetdəkindən 400 dəfə çoxdur.

Ardı →

Gözdəymə

Deyirlər ki, şeytan insanın daxilindədir və gözlər vasitəsilə bədənə daxil olur. Ona görə gözləri şər qüvvələrin “giriş və çıxış qapısı” hesab edirlər. Bizim  “nəzərlənmə, “gözdəymə”, “gözə gəlmə” kimi qəbul etdiyimiz inanc başqa xalqlarda “şeytan göz” və ya “şeytan baxışı” adlandırılır. Körpəsinə yeni paltar geyindirən ana bazarda alış-veriş edərkən bir qadın onun körpəsini oxşayır. Evə qayıdandan sonra körpə özünü pis hiss edir. Anaya elə gəlir ki, körpəyə bazardakı qadının nəzəri dəyib. Əslində indiki halda körpəni oxşayan qadının heç də pis niyyəti yoxdur. Əsas səbəb nəzəri dəyənin pis niyyəti deyil, qısqanclığıdır.

Gözdəymə — bu və ya digər dərəcədə hamıya aid olan, insanın baxışları və sözləri ilə ətraf mühitə etdiyi müəyyən mental energetik və informativ təsirilə hadisələrin gedişatını dəyişən, canlı və ya cansız predmetlərə neqativ təsir göstərən fövqəltəbii bir fenomendir.


Ardı →

Litoterapiya

Litoterapiya – Herba Flora jurnalı

Litoterapiya termini praktik olaraq unudulmuşdur. Yenicə gündəmə gələn litoterapiya alternativ təbabətin inkişafı üçün yeni bir sahə oldu.  Litoterapiya elmi təbii daşların insan orqanizminə müalicəvi təsirini öyrənən bir elm sahəsidir. Litoterapiya dedikdə daşların insan orqanizminə kimyəvi deyil, energetik (psixoterapevtik, informasion) təsiri başa düşülməlidir. Lithos yunanca daş, therapy ingiliscə, terapia isə yunanca müalicə deməkdir. Əslində litoterapiya anlayışı çox geniş məfhumdur. Bu anlayış altında daş, metal, lil, gil, mineral sularla müalicə gizlənir. Belə hesab edirlər ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və daşlar orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlardan müalicə məqsədilə ilə istifadə və bu istifadənin müxtəlif formalarının vətəni Hindistan hesab edilir.


Ardı →

Asqırmaq

Açıq gözlə asqırmaq mümkün deyil.

İnsanlar asqırdıqdan sonra azərbaycanca “sağlam ol”, türkcə “çox yaşa”, qədim Romalılar “salve” və ingilis dilində “God bless you”, yəni “Allah səni qorusun” və ya “Allahın xeyir-duası üstündə olsun” cümləsinə istinad edir. Böyük Afina taunu zamanı da asqıranlara “Allah səni qorusun” deyilirdi, ona görə o zamanlar asqırma tauna yoluxmanın ilkin əlaməti kimi qiymətləndirilirdi. Çünki bu öldürücü xəstəliyin yayılmasına asqırma şərait yaradırdı. Bu ifadə sonradan Romaya, oradan da İngiltərəyə keçmişdir.

Bizə elə gəlir ki, asqırma (latınca sternutatio) sadə bir refleksdir. Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır. Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların xaric olmasını təmin edən təbii refleksdir. Yad cisim dedikdə toz, tozcuq, istiot, tüstü, bakteriya, viruslar və s. başa düşülür. Bunlardan əlavə asqırma nəm mühitdə olduqda, kəskin qoxular, havanın kəskin dəyişməsi, xüsusilə soyuq hava və parlaq gün işığına qarşı da yarana bilər. Yad agentlər qıcıqlanma yaradır və bu qıcıqlanma haqda informasiya beyinə ötürülür, beyin də öz növbəsində aldığı məlumatları döş, qarın əzələlərinə, səs tellərinə, boyuna, üzə və gözlərə ötürülür. Asqırma zamanı spontan olaraq ağız və burun boşluğundan hava xaric olur, nəticədə spesifik səs yaranır. Xaric olan havanın təzyiqi 100 mm c. süt., səs yarığı səviyyəsində xaric olan havanın sürəti 50-120 m/san, həcm sürəti isə 12 l/s-dir.


Ardı →

Sevgi

«0»dan başliyarsan həyatı«1»dən baxarsanki girib həyatına...«2» dəqiqədən bir darıxarsan...«3» günlük fasilə cəhənnəm olar sənin üçün...«4» gözlə gözləyərsən onu...«5» dəqiqə olsa belə mutləq görmək istəyərsən...«6» üstü insandı o da halbuki...«7» qat göylərdə hiss edərsən özünü...«8» bucağa dönərsən xoşbəxtlikdən...«9» yaşlı uşaq tək inanarsan hər sözünə...«10»u Sevərsən.
Davamı →

Bədəni əcaib şəkildə böyüyən insan

Pakistanın Lahor şəhərində yaşayan 22 yaşlı Şahin Mümtaz «Protey sindromu» xəstəsidir. Olduqca nadir xəstəlik sayılan bu sindromun daşıyıcısı olan insanın vücudunun müxtəlif əzaları assimetrik və qəribə şəkil...də böyüyür. Mümtaz xəstəliyini Allahın ona verdiyi cəza sayır. «Anadan olandan bəri beləyəm. Üzüm, qollarım və ayaqlarım bədənimə nisbətən fasiləsiz böyüdüyündən insanlar məni əcaib sayırlar. Əvvəllər məni görəndə qaçardılar, amma indi dözürlər», — Şahin Mümtaz söyləyir. Şahin atası Vəzir Əlinin dediyinə görə, oğlunun müalicəsinə pul tapmaq üçün çox çalışsa da, hələ bir nəticə hasil olmayıb.
Davamı →

gizlin və maraqlı...

Rusların qürur yeri və rəmzi sayılan Kremlin adını bilirdizmi hardan qaynaqlanıb? bu məkanın memarı azərbaycanlı-Kərəmli adlı biri olub. Sonradan onun şərəfinə bura Kreml adı verilib...

 

 

İçəri şəhərdə çoxlu sayda yeraltı tunellər var ki onların da əksariyyəti dənizin kənarına çıxır. Bu əsrlər boyu zəlzələlərə davam gətirmiş tunellərin tikilməsində məqsəd düşmən hücumu zamanı təslim olmaqdan qurtulmaq olub...

 

 

Dünyaca məşhur Coca Cola-nın tərkibini iki şəxs bilir ki onların da eyni təyyarəyə minməsi qadağandır. Bu içkinin Norveçdə rəsmi olaraq qadağan olunmasına səbəb isə işkinin tərkibini hardan qaynaqlanmasını elan etməməsidir...

 

 

 

 

 

Hər saniyədə yer üzündə iki insanı avtomobil vuraraq öldürür...

 

İnsan düzgün qidalanıb düzgün həyat tərzi keçirsə 500 il yaşaya bilər. Azərbaycanda bir kişi 140-dan çox yaşayıb. doğumuyla bağlı şəhadətnaməsi olmadığı üçün o Ginnesin rekordlar kitabına düşməyib...

 

 

 


Davamı →

Bunları bilirsənmi?

ABŞ-da ən varlı 200 nəfərin 50 faizi yəhudidir

İnsanlar dogrunu söyləyəndə yuxarı sola baxırlar çox vaxt. Yalan danışanda isə aşağı və tez-tez gözlərini yumub danışırlar.

İnsan 500 il yaşaya bilər!

Qızarmış kartofla qızarmış əti yemək çox zərərdi.

İlan sarımsaq və yarpızdan qaçır.

Kuveytdə ailəli tələbə 1200 dollat təqaüd alır.

11 sentyabr hadisəsi zamanı həmişə təlimata uyğun hərəkət edərək kor kişini ekizlər binasına gətirən it bina dağılan gün ora daxil olmaqdan imtina edib və o kişi sag qalıb...

Körpələr 3 aylığına kimi səs eşitmirlər..

Dəvə siqaret çəkən və piyan adamı xoşlamır.  

TQDK əslində Tələbə Qətli Üzrə Dövlət Komissiyasıdır)))(sonda zarafat)

 

 

 

              


Davamı →

"Qızıl üzüyün fəsadları və faydası"

Məlumdur ki, Məhəmməd peygəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikirincə qızıldan olan üzük sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzük daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini əyarından asılı olmayaraq bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərindən yaxşı müdafiəe olunması ilə izah edirlər.  

Lakin qızıl üzüyün orqanizmə təsirinin digər mexanizmi də var. Məlumdur ki, barmaqların ucunda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fikizi təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəlikləri doğurur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib cıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir. Alimlərin fikirincə qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və buradabaş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə ürək xəstəliklərindən hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Gümüş gəzdirmək isə təzyiqdən şikayətlənən qadınlar üçün məsləhət deyildir... 

Zərərinə baxmayaraq hər kəsə nişan üzük taxmaq nəsib olsun)

  


Davamı →

Qoz ləpəsi nə üçün insan beyninə bənzəyir?

Yaşıl bir qoz.Yaşıl qabıq-qərzək bizim baş dərimizə,qozun sərt qabığı kəllə sümüklərinə, iki ləpə isə üstündəki qırışlarıyla bizim beyin yarımkürələrinə bənzəyir. Bu bənzəyiş təsadüfi ola bilərmi, Əsla! Qoz ləpəsinin tərkibi gümüş ionları ilə zəngindir. Beynimiz isə yerinə yetirdiyi elektronik proseslərdən dolayı gümüş ionlarına ehtiyac duyan tək orqandır. Çox hikmətlidir, deyilmi? Allahın sonsuz şəfqəti burda da təcəlli etməkdə, sanki insanlara bunu bilmədən də qozun faydalarını bildirilir.