Hazırcavablıq nümunələri

Rus opera sənətçisi Petrovun üzünü qırxan bir dəllək onun üzünü kəsmiş,Petrov da onun alkoqolik olduğunu bildiyi üçün işarə ilə demişdi:
-Bunlar hamısı araqdandır.
-Doğru buyurursunuz.Araq insanın dərisini xarab edir-deyə dəllək qarşılıqlı cavab vermişdir.

Fransızlar Fransa Elmlər Akedemiyasında işləyən məşhur rus alimi Miaxyıl Lomonosovu sevmir və tez-tez onu “sancmağa” çalışırdılar.Bir dəfə öyrədilmiş bir təlxək Lomonosovun cibinin deşik olduğunu görür və onun cibinə baxaraq: “Deşikdən alim görünür?”-deyə soruşur.Lomonosov isə halını pozmayaraq: “Yox,deşikdən axmaqlar baxır”,-deyə cavab verir…
Ardı →

İBNİ FAZİL KİMDİR?

İlk kağız fabrikinin yaradılması müsəlmanların adı ilə bağlıdır


İbni Fazil 739 — 805-ci illər arasında yaşamış bir alimdir. 12 əsr əvvəl ilk kağız fabrikini quran vəzirdir.


Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya ibn Fazil və ya sadəcə əl-Fazil adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə «Fazilin oğulu» deyə düşüb.
Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib.
İbni Fazil, Harun xəlifə olunca vəzirliyə gətirilib. Ona geniş imkanlar verilib. 17 illik vəzirliyi əsnasında Abbasi İmperatorluğuna böyük xidmətlər göstərib.
Ardı →

Çiçək ləçəklərinə yazılan duyğular

Gücün qələbəsində gözəllik, harmoniya olmayanda zora çevrilir.Gözəlliklə sevginin vəhdəti çiçək ləçəklərində zərifliyə dönür.Çiçək zərifliyi zəifliyi deyil,gözəlliyin təntənəsini ifadə edir.Çiçəklər zərif, incə, ecazkar və musiqili dünyanın sehridir.


 


Çiçək zərifliyi
Ardı →

İndiki bəylər yengələrə niyə ehtiyac görmürlər? – ARAŞDIRMA

Xalqımızın fərqli toy adətləri var. Toy bizdə həmişə qiymətli olub və xalq tərəfindən xüsusi diqqətlə qarşılanıb. Ona görə də, ta qədimdən toy adət-ənənələrimiz özünəməxsusluğu ilə digərlərindən seçilib. Dinə, müsəlmançılığa yol verdiyimiz toylar el-obanın içində urvatlı olmalı, camaatın dilində təmiz adla qalmalıdır. Bizim toyların bir özünəməxsus tərəfi də hamımızın bildiyi kimi yengəlikdir.

Əvvəllər, ta qədimdən yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Belə demək olarsa Azərbaycanda “Yengəlik institutu” uzun illər fəaliyyət göstərib. Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından aralanır. Artıq toylarımızda yengə və yaxud buna bənzər bir şey görmək çətin məsələdir. Nəyə görə yengəlik gözdən düşdü? Yaxud nədən artıq “yengəlik institutu”na ehtiyac yoxdur?
Ardı →

Küçə çalğıçısı dünyanı gəzir

Yuxu kimi bir görüş

Casper Avstraliyada əlində-ovcunda olan pulu verib köhnə, ucuz bir maşın aldı. Sonra da ölkəni bu başından o başına, o başından bu başına gəzməyə başladı. Bir gün adam izi görünməyən, çöllük bir yerdə maşını xarab olur. Nə özünün başı çıxır, nə də yardım edəcək bir adam gözə dəyir, ona görə də maşını orda qoyub, meşədə yeməyə bir şey axtarmağa gedir. Meşənin seyrək yerində dolaşarkən yarıçılpaq, əcaib səslərlə danışan, alabəzək boyanmış yerli sakinlərlə, aborigenlərlə rastlaşır. Əvvəlcə qorxur, bilmir ki, neyləsin, amma onların səmimiyyətini görüb ürəklənir. Aborigenlər onu qonaq qəbul edirlər, qarşısına müxtəlif yeməklər, meyvələr düzürlər. Verner də yeyə bildiyindən yeyir və elə oradaca dərin bir yuxuya gedir. Oyananda gözlərinə inana bilmir, elə düşünür ki, gördükləri yuxudur. Amma çox keçmir ki, qəbilə başçısını qarşısında görür. Başçı Casperə təklif edir ki, onlarla qalsın. Casper bu təklifi qəbul edir və aborigenlər xüsusi mərasim düzəldərək onun “günahlarını təmizləyir” və öz sıralarına qatırlar. Qəbilənin başçısı Casperə didceridonu çalmağı öyrənməyi tövsiyə edir. Aborigenlərin “sonuncu nümayəndəsi” bu təklifi qəbul edib təlimlərə başlayanda başçı vəfat edir. Casper nə edəcəyini bilmir və bu böyük nəfəs alətini üfürməyə davam edir.
Ardı →

Dünyanın ən yaxşı fotoları və fotoqrafları

Dünyanın ən böyük və ən prestijli foto-jurnalistika mükafatı olan “World Press Photo”-nun (“WPP”) təltifetmə mərasimi Amsterdamda keçirilib.

54-cü “WWP”-nin münsiflər heyyəti “İlin ən yaxşı fotosu” mükafatına Cənubi Afrikadan olan fotoqraf Codi Bayberi layiq görüb. Fotoda, əfqan millətinin qəddar ənənəsinə uyğun olaraq şikəst edilmiş, 18 yaşlı əfqan qızı Bibi Ayişə əks olunub.

“Time” jurnalının avqust ayı üçün olan buraxılışında çıxan Ayişənin fotosu bütün dünyaya yayılıb. Ərinin qohumları onun burnunu və qulaqlarını kəsiblər. Buna səbəb isə, ərinin qəddarlığına dözməyərək evdən qaçması olub. Ayişəni xarici qeyri-hökumət təşkilatlarından biri xilas edərək ABŞ-a, plastik əməliyyata göndərib.

Müsabiqədə qalib gəlmiş bütün fotoları təqdim edirik:


Ardı →

Yol üstündə mənzil-mənzil karvansara

Sadəcə, mehmanxana deyildi, həkimi, bərbəri, hamamı, məktəbi, mollaxanası vardı karvansaraların. Çeşid-çeşid yeməklər bişirilərdi qonaqlara. Yetim-yesirdən karvanın ardınca yol alan imkansızlardan heç pul da almazdılar. 

Orta əsrlərdə Azərbaycan, İran, Anadolu coğrafiyasında karvansara mədəniyyəti geniş inkişaf etmişdi.

Qatar-qatar düzülüb mənzildən-mənzilə yol alan dəvə karvanı səhər gün doğmadan bir karvansaradan hərəkət edib, axşam gün batanda o birinə çatardı. Karvansaralar dəvə karvanının bir gündə qət edəcəkləri məsafələrdə tikilərdi.
Ardı →

Aylar və anlamları

Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.

Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.

Ardı →

Sərrast cavablar

İohann Volfqanq Höte
Böyük alman şairi Gete (1749-1838) demişdir:  Təbiət öz hərəkətində dayanmaq nə olduğunu bilmir və buna görə də hər bir fəaliyyətsizliyi ölümlə cəzalandırır.
Gete, Veymar şəhər parkında gəzərkən onun əsərlərini tənqit etmiş bir tənqidçiyə rast gəlmişdi və yol dar olduğu üçün tənqidçi Geteyə müraciətlə demişdi: Mən hər axmağa özümdən qabaq keçməyə yol vermərəm! -Mən isə məmnuniyyətlə!- deyə Gete ona yol vermişdi.
Ardı →