Soyuq havada idman

Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.  Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik:

 İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.

 Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin.

 İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.

 
Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için.  15-20  dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın.

 İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə  isti bir yerdə oturub dincəlin.


Ardı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Nizami Gəncəvinin müdrik kəlamlarından nümunələr

Xalq mənə versə də əziyyət, kədər,

Qıymaram incisin məndən bir nəfər. (Şərəfnamə)

 

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön, ulduza dön!

Yaxşılığın hər yanda qapı açar üzünə… (Sirlər xəzinəsi.)

 

Əziyyət eyləsən, cəfa görərsən,

Mehribanlıq etsən, səfa sürərsən. (Xosrov və Şirin)

 

Yamanlıq etməkdən uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq. (Xosrov və Şirin)


Ardı →

10 il davam edən səfər tamamlandı!

   Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb. File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək. Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib. Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.  
Ardı →

DÜNYANIN ƏN MÜASİR 10 TANKI

Müasir müharibələrin ən mühüm silahlarından biri də tank qarşısına çıxan hər maneəni əzib keçir. Tank vasitəsi ilə müharibədə üstünlüyü ələ almaq mümkündür. İkinci dünya müharibəsindən bu yana tanklar günümüzün ən təsirli döyüş vasitələridir. Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı hər şeyi əzib keçən tırtılları ilə tanklar müharibə tarixində böyük izlər qoyublar.

Dünyada ilk dəfə Leonardo Da Vinçi tərəfindən hazırlanan tank maketi əsrlər sonra birinci dünya müharibəsində həqiqətə çevrilmişdi. İkinci dünya müharibəsi əsnasında isə tanklar inkişaf etdi. Hal-hazırda tanklar döyüşün ən böyük strateji ünsürlərindən biridir. 
Günümüzün ən inkişaf etmiş 10 tankını siz oxuculara təqdim edirik:

 1) Type 90 Kyu Maru — «Mitsubishi» ağır sənayesi tərəfindən Yaponiyada hazırlanan bu tank «Type 90» adını daşıyır. Saata, 70 km sürət hərəkət edən tankın ağırlığı isə 50 tondur. 


Ardı →