" Super Niva "

Rusiyali bir sakin motorlu qayığını daşımaq üçün avtomobil məzarlığından aldığı Lada Niva markalı avtomobili yenidən yaratdı. 15 min rubl qarşılığından aldığı avtomobili başdan sona yeniləyən rus Nikolay Fedov axırda isteyini əldə etdi. Oturacaqlar da daxil olmaqla avtomobilin bütün interyerini yeniləyən və cipin üstünü açan Nikolay az miqdarda maliyyə vəsaiti xərcləyərək sonunda xəyalları bəzəyən avtomobil yaratdı. Son günlərdə internetdə fenomenə çevrilən bu cipin istehsal mərhələləri...


Ardı →

Kitablar haqqında ən maraqlı faktlar

1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 

2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.   

3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  

4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.

5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.  


Ardı →

"Corpus - İnsan Bədəni Muzeyi"

İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik. Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Bu maraqlı muzeydən bəzi görüntüləri sizə təqdim edirəm...


Ardı →

Dünyanın ən uzun çayları

1. Nil Çayı, Afrika – Uzunluğu 6,650 km (4,132 mil). Keçdiyi ölkələr: Tanzaniya, Uqanda, Ruanda, Burundi, Konqo Demokratik Respublikası, Kenya, Efiopiya, Eritreya, Cənubi Sudan, Sudan and Misir Ərəb Respublikası.


Ardı →

Dünyanın ən təhlükəli 10 heyvanı

1. Mığmığa — Bu canlıların özləri əslində təhlükəsiz olsalar da, insanlar üçün təhlükəli hesab edilən bir sıra xəstəliklərin daşıyıcılarıdır. İl ərzində 700 milyon insanı qızdırma, malyariya, tularemiya kimi xəstəliklərə yoluxduraraq onların 2 milyonunun ölümünə səbəb olurlar.


Ardı →

Dünya ölkələri haqqında maraqlı faktlar


1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…

3. Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.

5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur. 

Ardı →