Bilirsinizmi

  • 1977-ci ildə NASA kosmosa Voyagerraketini buraxarkən ona qızıl plastinka da əlavə edib. Əgər raket yadplanetliləri­n əlinə keçərdisə bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi.
  • 1863-cü ildə Jül Vern XX əsrin Parisiadlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri, faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib. Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.
  • Osmanlı dövründə qadınlara verilən ən dəyərli hədiyyə güzgü imiş. Bunun anlamı Sənə səndən dəyərli bir hədiyyə tapa bilmədimdemək idi.

Ardı →

Hər kəsin öz mahnısı olsun

Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını  oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.


Ardı →

Bilqo (bir parça)

Avqustun son günləri idi. Hava isti olsada axşam düşəndə bir az yağış yağdığı üçün xəfif sərinlik duyulurdu. Səmaya ala-bula buludlar səpələnmişdi. Yol yorğunu olan Bilqo ayaqlarını sürüyə sürüyə evə tərəf gedirdi. Sakit idi, dah doğrusu sakit görünürdü. Əynindəki mavi don ona çox yaraşırdı. Bilqo gözəl qız idi, ancaq qəribə soyuq baxışları onun gözəl üzünə ifadəsizlik verirdi. Təbiətcə sakit və mülayim olsada xətrinə dəyən bir adamıda cavabsız qoymazdı. Evə çarəsiz gedirdi, “işdən çıxıb evə getmək adətini kim çıxarıb görəsən” fikri indi hər addımında beynindən idırım vuran kimi gəlib keçirdi. Birdən ağlına gəldiki bu sualı kiməsə versin. Yan-yörəsinə baxıb gördükü düz ona tərəf  əlli ya əlli beş yaşlarında bir kişi gəlir. Müəllimə də oxşayırdı həkimə də.

-Bağışlayın müəllim, sizdən bir söz soruşmaq istəyirəm, olar?

Kişi qəribə baxışlarla Bilqonu süzdü. Heçnə başa düşməyən insanlar kimi gözlərini böyüdüb ona yaxınlaşdı.

— Hara gedirsiz, əgər sirr deyilsə? Sualı verdiyi an başa düşdüki yenə gicliyi tutub. Ancaq artıq gec idi.


Ardı →

Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →

Maraqlı faktlar


1) Xristofor Kolum blondin olub 
2) Pinqvin 3 metr hündürlüyə tullana bilir 
3) Canlılar içərisində ən böyük beynə qarışqa malikdir(bədənə nisbətən) 
4) 100 stəkan qəhvə içmək insanı öldürə bilər 
5) Çaya vərdiş etmək daha asandır, nəinki, geroinə 
6) Xokkey şaybası 160 km/saat sürətlə gedə bilər 
7) Yazıçı Xristian Anderson bir sözü belə düzgün yaza bilmirdi 
8) Dünyada ən balaca çay Miçiqan ştatında yerləşən Saqinay
9) Cənubi Koreyada eyni soyadına malik insanların evlənməsi qadağandır 
10) İnsanın qabırğaları bir ilə 5 milyon hərəkət edir 
11) Dəvədəlləyi həşəratı başını arxada döndərə bilən yeganə həşəratdır 
12) Bəzi diş pastalarının tərkibinə antifriz daxildir 
13) Dünyada ən çox koka-kolanı İslandiya əhalisi içir 
14) Amerikalıların cəmi 55%-i bilir ki, günəş ulduzdur 
15) Qayçını Do Vinçi ixtira edib 
16) Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi 
17) Arının 2 qarnı var, biri bal üçün biri də yemək üçün 
18) Panda ayı yox, yenotdur 
19) Kazinolarda şəffaf pəncərələr olmur 
20) Venera planeti yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir 
21) Bütün Amerikanın prezidentləri eynək taxırdılar, sadəcə bunu göstərmək istəmirdilər 
22) İnəyi pilləkənlə qalxızmaq olar, lakin düşürtmək yox 
23) 2 milyondan bir insan 110 yaşa çata bilər 
24) İlbizlər 3 il yata bilirlər 
25) Alışqan Kibritdən öncə ixtira olunub 
26) Avstraliyada kroliklərin sayı Çin əhalisindən çoxdur 
27) İnsan ağzında 40 000 yaxın bakteriya var 
28) Delfinlər bir gözü açıq yatır 
29) Əgər bir stəkan suya 80 dəqiqə qışqırsaq onda su qaynayar 
30) Antarktidadan vertolyot uçuşları qadağandır, buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır. Onlar yuxarı baxmaq istəyir bu vaxtı isə domino kimi yerə yıxılırlar hamısı :) 
31) Ağ evdə çəngəl və qaşıqların sayı 13092 ədəddir 
32) Dəniz ulduzunun beyni yoxdur 
33) Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır 
34) Qədim Misir və Çində ən ağır ölümlərdən biri yuxusuzluq idi 
35) Bir ildə 31 557 600 saniyə var 
36) Gözü açıq asqırmaq mümkün deyil 
37) XIX əsrdə homoseksualistləri qoluboy yox, yaşıl adlandırırdılar 
38) Ağ evin nömrəsi: (202) 456-1414 39) Bibliyanı öyrənən alimlər belə qərara gəliblər ki, cəhənnəmdə temperatur 718 dərəcədir
Davamı →

Qısa məzmunlu düşündürücü hekayələr


 ***

Günlərin birində reportyor hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.

Reportyor təəccübləndi:

— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.

Fermer gülümsəyərək cavab verdi:

- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.

 Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzaranı yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır.


Ardı →

Elm dünyasına yol göstərən canlılar

  • Akulanın dərisi sürtünmənin qarşısını alır, bundan ilhamlanaraq dalğıc paltarları hazırlanmışdır.
  • Termitlər ventilyasiya sistemi olan təpəciklər tikirlər, memarlar da bina istehsalında bu sistemdən istifadə edirlər.
  • Quşlar Rayt qardaşlarına və Leonardo da Vinçiyə ilk təyyarə sınaqlarında ilham vermişlər.
  • Ağac yarpaqları günəş bateriyalarının ilham qaynağıdır.

Davamı →

Üzük hekayəsi

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.
Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə iñazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: «İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver». Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub-qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı adam idi, lakin o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz añı hekayəsini danışır: «Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi kəsdi». Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda, oğlan belə deyir: «Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım».
Davamı →

Qadın və beyin

(İştirak edən simalar: Qadın, beyin)

Qadın: Ay Allah, o gedir, gedir, məni tərk edir! (Ağlayır)
Beyin: Daha pozitiv (ol), daha pozitiv...
Qadın: Nə pozitivi? Əşyalarını toplayır, əclaf...
Beyin: Ağlama, gülümsə… Müəmmalı şəkildə gülümsə… Dəyirman kimi əllərini yellətmə!
Qadın: Əclaf, çamadanını yığır… Alicənab kişi, gedərkən corablarını və alt paltarını götürür, bu əclaf isə maykalarını da yığır… (Ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə onun boynuna atılım?
Qadın: Bəlkə ayaqlarına yıxılım?
Beyin: Səfeh!
Qadın: Bəlkə onu ondan?
Beyin: Nə «Ondan»?
Qadın: De… Tava ilə başından astaca?
Beyin: ?
Qadın: Sonra ona, yazığa, bulyon yedizdirim… Beləcə iki ay uzatmaq olar… Bəlkə, öyrəşər, getməz...
Beyin: Hər halda cinayət… Bəlkə qüvvəni düzgün hesablamasan?
Qadın: O zaman yaxşıca əlimi qaldıraram və beləcə çəkərəm!
Beyin: Mən o mənada demirəm… Güclü qadınsan… üstəlik öldürərsən, bu isə maddədir!
Qadın: Yaxşı, əgər belə ağıllısansa de görüm, mən nə edim?
Beyin: Gülümsə!!! Daha pozitiv, daha pozitiv...
Qadın: Di, bunun nəyində pozitivlik tapmaq olar axı? Mən tənha qalacaaaaam! (Ağlayır)
Beyin: Gülümsə! Birincisi, tənha yox, azad (müstəqil) qadın...
Qadın: Cəhənnəm olsun, belə azadlıq lazımdır mənə?
Beyin: Gülümsə! Azadlıq — mükəmməldir: Yalnız özünlə məşğul olacaqsan!
Qadın: Niyə? (Burnunu çəkir)
Beyin: Ona görə! Braziliya dilini öyrənəcəksən — sən tərcümə olunmadan seriallara baxmağı hər zaman arzulamısan. Zərb alətləri dərnəyinə yazılarsan — sənin qüvvəndədir!
Qadın: Buna zamanım nəsə olmayıb...
Beyin: Amerika tilovu almaq, gəbərmiş avtomobilin daimi təmiri olmadan maliyyə işləriylə özün məşğul olacaqsan!
Qadın: Şuba və bosonojka alaram… di, həminki… bantla olan… (Gözlərinin yaşını silir)
Beyin: Hüquq şöbəsindəki oğlanla şam yeməyinə gedərsən — O sənə elə baxırdı ki.
Qadın: (Gülümsənir) Hə, «MakDonalds»a gedərik, o, yeri gəlmişkən, bunu mənə təklif etmişdi. Şubanı geyinərəm, bantlı bosonojkaları… (Müəmmalı gülümsənir) 
Beyin: Di heç kəs üçün (yemək) bişirməmək, (paltar) yumamaq...
Qadın: Yalnız manikür-pedikür-maskalar-massajlar! (Sevincindən gülümsənir) Moskvanın dairəvi yollarını ekskursiya etməyə gedərəm… (Arzu edərək)
Beyin: Bax belə, sən isə pozitivliyi görmürdün...
Qadın: Ay, dirilərəm! (Qalibiyyətlə gülümsənir) Ayyyyyyyyy!!!!
Beyin: Nə?
Qadın: O dizləri üstündə durub çamadanla, dizlərimi öpür!
Beyin: Kimin?
Qadın: Di, çamadanı ki, yox! Deyir, heç vaxt mənim kimi birisini tapa bilməyəcək… Üzr istəyir… Qalmaq istəyir...
Beyin: Ay!
Qadın: Bəs müstəqil qadın necə olacaq? (Ağlayır) Bəs zərb alətləri dərnəyi? Şuba, həmin bosanojkalar? (Hönkür-hönkür ağlayır) Bəs hüquq şöbəsindən olan Vasya?
Beyin: Daha pozitiv, daha pozitiv...

Tərcümə və tərtib: Fərid Abdullah.
Источник: «Сказки от Солистки»
Davamı →