Saqqızdan küçə incəsənəti

Ben Uilson insanların tulladığı və bir çoxlarının da tapdaladığını incəsənət nümunəsinə çevrir.Öz qeyri-adi incəsənətini yaymaq üçün Bill saqqız axtarır.Son 6 ildə o küçələri gəzərək qurumuş saqqızların üzərində rəssamlıqla məşğul olur.Əlbətdə böyük pislikdən nəhəng yaxşılıq alına bilər.Ancaq əyri oturaq,düz danışaq:Londonlular saqqızları ağızlarından çıxararaq səkiyə atanda ümumiyyətlə heç nə barədə düşünmürlər.Burada əlində xüsusi boya naboru olan Benin növbəsi gəlir.o adi zibildən nəzərləri cəlb edən gözəl bir incəsənət nümunəsi yaradır.O,əvvəlcə asfalta yapışmış saqqızı tapır (ən çətini budur),sonra onu qızdıraraq üzərini lakla örtür.Bələlliklə akril boyaya başlamağa tam hazırdır.  
Ardı →

Dünyanın ən xoşagəlməz səslərinin reytinqi açıqlanıb

2008-ci ildə onlayn rejimində planetin ən zəhlətökən səslərinin tədqiqinə başlanıldı. Milyondan çox insanla aparılan sorğu nəticəsində bunların arasında ən xoşagəlməzləri müəyyən olunub.

1. Öyümə.

Ehtimal ki, bu səsin ən xoşagəlməz olmasının səbəbi insanlara xatırlatdığı çirkin mənzərədir.

2. Mikrafon

Bu səs də hər kəs üçün əzabverici səslər siyahısına daxildir. Mikrafonun söhbətin şirin yerində «fit çalması» hər kəsi ürpəşdirir və insan özünü narahat hiss edir.


Ardı →

Uilyam Payın möhtəşəm su burulğanı

Uilyam Payın «Xaribda» adlanan su burulğanı abidəsində şəffaf akril silindrində suyun dairəvi axınının möhtəşəm görüntüsünü müşahidə etmək olar.Silindrin ətrafında pillələr düzülüb ki,istəyən şəxs üstdən də rahat müşahidə edə bilsin.Bu abidə 2000-ci ildə Darem qraflığında bir otel üçün xüsusi hazırlanıb.
Ardı →

O zaman anladım ki..

Bəzən həyatda hər hansı bir hadisə ilə qarşılaşmaq, bu barədə təfəkkür etmək insana bəzi məchulları məluma çevirməyə, daha diqqətli olmağa yardımçı olur. Əslində insan özü barədə ətafında cərəyan edən hadisələrdən nə qədər çox çıxarışlar edərsə, fikrimcə inkişaf yolunda dayanmadan irəliləmə şansı daha da artar.

Müəyyən müddət bundan əvvəl çox ibrətamiz, təəccüblü və kədərli hadisə ilə qarşılaşdım. Belə ki, bir pişiyim var idi.  Daim onun qayğısına qalır, sığallayır, əzizləyirdim. Lakin qəfildən həmişəki kimi qayğı göstərən zaman əlimi, barmaqlarımı bir növ dişlədi. Təbii ki, hirsləndim.

Niyə də hirslənməyim axı? Daim qayğısına qalır, əzizləyir, yemək verirdim. Elə bu addımların müqabilində şüursuz varlığın etdiklərindən daha çox qəzəblənirdim. Lakin bir şey barədə təfəkkür etmək, qəzəbimin əvəzinə qəlbimin kədərlə dolmağına səbəb oldu. Yadıma bir ömür bütün bəndələri kimi mənə də minnətsiz ruzi, gözəl həyat və saymaqla bitməyən qiymətsiz bəxşişlər əta edən, ən böyük qüdrət sahibi olan Allah düşdü. Bəlkə də bir il ərzində az-maz öz məhdud mülayimliyim çərçivəsində qayğı göstərdiyim pişiyin dişləməsindən, cırmağından narahat olub, ona qəzəb etdiyim halda, Allah heç nə ilə, heç kimlə müqayisə və təsəvvür olunmaz dərəcədə mənə rəhmət, mərhəmət göstərir, qayğıma qalır, hər nə qədər günah etsəm də tövbəyə, paklığa səsləyir. Bunun müqabilində isə deyərdim ki, Ona qarşı nankorluq edirdim.
Ardı →

"Camaat nə deyər,ayıbdır aa "

Ayıb olmasın deyə özümüzü məcbur edərək o qədər etmək istəmədiyimiz şeylər var ki...

Həqiqətən etmək istəmədiyimiz  şeyə, sırf qarşımızdakı kədərlənməsin, qəlbi qırılmasın deyə özümüzü məcbur edərək, üzmədiyimiz insanın gözündə nə qədər dəyər daşıyırıq sonra?

Axşam işdən qayıdanda dostları ilə gəzməyə, ya da kafeyə dəvət edilən kişi, “ayıb olmasın” deyə gedərək, evdə onun üçün  darıxan uşaqlarına ayıb etmirmi?

Siqaretə və ya  spirtli içkiyə də dostları ayıblamasın deyə başlayanlar, illər sonra min bir cür xəstəliklərdən xəstəxana palatalarında inildəyəndə bəs kimə ayıb etmiş olurlar?

Müəllimin bəyənərək təklif etdiyi kitabı oxuduqdan sonra əslində heç bəyənməyən şagirdi, ona «ayıb olmasın» deyə bəyəndiyini söyləyəndə, həqiqətən ayıb edilməmiş ola bilərmi?


Ardı →

KİŞİ VƏ QADIN

Kişilər – daha şüurlu varlıqdır… Qadın – ideallar arasında ən yüksəyidir… Kişi – beyindir. Qadın – qəlb… Beyin – işıq saçır, qəlb – sevgi bəxş edir. İşıq – dölləndirir, sevgi – can verir. Kişi – zəkası ilə güclüdür. Qadın – göz yaşlarıyla. Zəka – inandırır. Göz yaşları – heyrətləndirir… Kişi istənilən igidliyə qabildir. Qadın, ilk növbədə, əzabkeşliyə… İgidlik – məşhurlaşdırır. Əzabkeşlik – ucaldır…
Ardı →

Maraqlı pisixoloji test

Bu test vasitəsi ilə siz özünüzün nə qədər realist vəya xəyalpərəst olduğunuzu bilə bilərsiz.

1. Uzaq bir nağillar aləmində yaşamaq istərdinmi?
a.hə,yaxşi olardi.
b.yalniz tətil zamanı.
c.yox,mənə burda da yaxşıdır.
Ardı →

YAXŞI YUYULMAYAN PALTAR

 

Gənc ər-arvad yeni evə köçmüşdülər. Səhəri gün səhər yeməyi vaxtı qadın pəncərədən qonşusunun yuduğu paltarları ipə sərdiyini görür:

— Paltarları təmiz yumayıb, elə bil ki, heç paltar yumağı da bacarmır. Məncə yaxşı yuyucu toz almalıdır.

Bu sözü eşidən əri dönüb pəncərəyə tərəf baxır, amma bir şey demir.

Qonşu qadın hər dəfə paltarları yuyub-sərdikcə bizim gənc qadın da onun ünvanına eyni sözləri təkrar edirdi.  

Onların təzə evə köçməsindən təxminən bir ay keçmişdi. Günlərin birində gənc qadın ipə sərilmiş təmiz paltarları gördükdə çaşıb qaldı. O ərinə dedi:


Ardı →

EY YAR, MƏN SƏNİ GÖZLƏYİRƏM!

Ey yar, daha bezmədinmi yalanlar oxumaqdan mənə...özü də uzaqlardan. Bir zamanlar sənin sevgilin, cananın mən idim. Xatırlarsan, başımın tacı, deyərdin mənə. Bəs indi noldu, nə tez unutdun məni? Bu qədər dəyərsiz oldum sənin üçün bir anda?! Mənə yadlar sevgi elan edərkən, sənin başın bu qədərmi özünə qarışdı?!

Zamanında gözlərini qaldırıb üzümə baxmadın. Baxmaq istəyəndə gözünü qapatdılar, sən də izn verdin. Yoxsa ürəyindən idimi məndən qurtulmaq? Dəyərim bəs ölçülməz idi, sənin üçün?! Bilmirəm, artıq səni tanıyamıram. Yoxsa sevəcək bir cananmı tapdın, daha məni görmür gözlərin?

Ardı →

Tarixi nadir

Çingiz Xan seks vaxtı ölüb.
Albert Eynşteyn öz telefon nömrəsini heç cür yadda saxlaya bilmirdi.
Hitlerin anası abort etmək istəyirdi, amma həkim fikrindən daşındırıb.
Metro-Qoldvin-Mayer loqotipindəki şir öz təlimçisini çəkilişin səhəri günü öldürüb.
Ofis stolunda bakteriyalar tualetdəkindən 400 dəfə çoxdur.

Ardı →