Yol üstündə mənzil-mənzil karvansara

Sadəcə, mehmanxana deyildi, həkimi, bərbəri, hamamı, məktəbi, mollaxanası vardı karvansaraların. Çeşid-çeşid yeməklər bişirilərdi qonaqlara. Yetim-yesirdən karvanın ardınca yol alan imkansızlardan heç pul da almazdılar. 

Orta əsrlərdə Azərbaycan, İran, Anadolu coğrafiyasında karvansara mədəniyyəti geniş inkişaf etmişdi.

Qatar-qatar düzülüb mənzildən-mənzilə yol alan dəvə karvanı səhər gün doğmadan bir karvansaradan hərəkət edib, axşam gün batanda o birinə çatardı. Karvansaralar dəvə karvanının bir gündə qət edəcəkləri məsafələrdə tikilərdi.
Ardı →

Aylar və anlamları

Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.

Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.

Ardı →

Sərrast cavablar

İohann Volfqanq Höte
Böyük alman şairi Gete (1749-1838) demişdir:  Təbiət öz hərəkətində dayanmaq nə olduğunu bilmir və buna görə də hər bir fəaliyyətsizliyi ölümlə cəzalandırır.
Gete, Veymar şəhər parkında gəzərkən onun əsərlərini tənqit etmiş bir tənqidçiyə rast gəlmişdi və yol dar olduğu üçün tənqidçi Geteyə müraciətlə demişdi: Mən hər axmağa özümdən qabaq keçməyə yol vermərəm! -Mən isə məmnuniyyətlə!- deyə Gete ona yol vermişdi.
Ardı →

Kainatda gül şəkli

Bu cür görüntülərə tez-tez rast gəlirik. Ya hansısa meyvədə, hansısa heyvanın dərisində, çiçəyin ləçəyində müəyyən yazıyabənzər görüntülər çıxır qarşımıza. Hər kəs bir cür oxuyur, bir cür izah edir: kimi dinə bağlayır, kimi də, sadəcə, əlini yelləyib keçir. Kosmosda gül şəkli
Bu şəkil Amerikanın məşhur Kosmik Araşdırmalar Mərkəzi olan NASA tərəfindən yayımlanıb. Elə ilk baxışdan hər kəs bu mənzərədəki qızılgülü açıq-aydın görür. Bu mənzərə minlərlə səma cisminin bir araya gəlməsi, işıq fonunda görünməsi ilə meydana çıxıb.

Xatırladaq ki, bu günlər İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) mövludu günləridir (Əksər mənbələrdə Rəsulullahın aprel ayının 20-də doğulduğu bildirilir). Qızılgül Uca Peyğəmbərimizin simvolu seçilməklə şərəfləndirilib. Şərqin böyük söz ustası Məhəmməd Füzuli də məşhur “Su” qəsidəsində məsələyə toxunaraq Rəsulullahın mübarək çöhrəsi qarşısında bütün güllərin son dərəcə solğun, zəif göründüyünü aşağıdakı misralarla ifadə edir:

Suya versin bağdan,
bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz zün tək,
versə min gülzarə su.

Qızılgül harda açır-açsın, istər bağda, istər dibçəkdə, istər göy üzündə, güllərin ən gözəlindən belə gözəl olan o mübarək çöhrə ilə müqayisədə çox solğundur.
Bu qızılgül mənzərəsinə baxın, səma cismlərinin bir araya gəlməsiylə yaranıb. Özü də Yer kürəsindən 300 min işıq ili məsafəsində şəkillənən bu mənzərəni izah etmək, bu barədə şərh vermək müasir elmin imkanları xaricindədir. Biz də, sadəcə, internet yolu ilə yayımlanan bu rəsmi diqqətinizə təqdim edərək, sizləri düşünməyə dəvət edirik. Doğru istiqamətdə düşünmək də ibadətdir. Amma bir şey də var ki, əsl xoşbəxt insanlar bu mənzərədən heyrətlənməzlər, çünki inandıqlarına elə inanıblar ki, zərrə qədər də şübhə yeri qalmayıb. Bu cür görüntülərə isə ötəri nəzər salıb, sadəcə, təbəssüm edərlər, vəssalam.

Davamı →

Bir kiçik dəlik, içi dolu balıq

Yazın qoxusu gəldikcə Baltik dənizinin üzünü tutmuş buz yavaş-yavaş nazilməyə başlayır. Aylardan bəridir ki, bu dənizin və ona qovuşan çayların donmuş üzü ətrafda yaşayanların ən gözəl istirahət yeri idi. Həm də təkcə istirahət deyil, adamlar burdan evlərinə süfrənin dadını, bəzəyini də aparırlar. Kənardan baxanda hər tərəf günəş işığı altında parıldayan ucsuz-bucaqsız bir səhra kimi görünür, amma hər tərəf dümdüz, ağappaq. Bir-birindən 50-60 metr aralıda başını aşağı salıb oturmuş adamlar aradabir dikəlir, yenidən oturub əvvəlki vəziyyətlərini alırlar. Balıq tuturlar, çoxu da latışdır. Boş vaxtlarında fürsət düşən kimi tilovu götürüb qaçırlar bura. Əvvəlcə, özlərinə yer seçirlər, sonra çantalarından qatlama oturacağı çıxarıb açır, yerini rahatlayır, sonra da deşici alətlə buzda dəlik açmağa başlayırlar. Buzun qalınlığı təxminən 60 sm-dir. Dünən açdığınız dəlik bu gün yenidən buzla örtülüb. Deşici alət olmasa, əllə-ayaqla heç bir şey edə bilməzsiniz.
Ardı →

Çoxlarının marağında olan TOEFL və İELTS haqqında

ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, Magist və ya hər iki dərəcə üçün istəyə bilər.

IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın computer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200ABŞ dollar arasında olur. TOEFL-da olduğu kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
Sonda nəzərinizə çatdıraq ki, IELTS.org və Toefl.org saytlarından müvafiq imtahanlarla bağlı ətraflı məlumat əldə edə bilərsiniz./voanews.com/

Davamı →

Sabah dünyanın sonu olsaydı nə edərdiniz?

Amerikada universitetlərdən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
-Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
-Tələbələr müxtəlif cavablar verirlər:
-İbadət edib Allahdan günahlarımı bağışlamasını diləyərdim.
-Bütün sevdiklərimlə vidalaşardım.
-Vaxtımı ailəmlə keçirərdim.
-Ananma ya da atama baş çəkərdim.
-Dostlarımla əylənərdim.
-Ən sevdiyim yeməyi yeyərdim.
-Meşədə gəzərdim.
-Günəşin doğuşunu və batışını izləyərdim.
-İncitdiyim insanlardan üzr istəyərdim.
-Özümdə cəsarət tapıb onu sevdiyimi söləyərdim. və s.
Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:
-Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?

P.S. İnsan hər gününü «DÜNYANIN SON GÜNÜ İMİŞ» kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq…

Davamı →

Süveyş kanalının tarixi

Süveyş kanalı (Suez Canal) Sinay yarımadasının qərbində, Misir ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır.Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Əsas limanları Port-Səid və Süveyş şəhərləridir.

Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 25 aprel 1859-cu ildə başlanılmış, 16 noyabr 1869-cu ildə açılmışdır. Kanal ilk açıldığında 163 km uzunluğu və 8 metr dərinliyi olub. Hazırda isə, Süveyş kanalının uzunluğu 193 km, eni 205 metr, dərinliyi isə 24 metrdir. 
Süveyş kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, 2003-cü ilin yekunlarına əsasən, kanaldan 17224 gəmi keçmişdir.
Ardı →

Öpüşmək allergiyası

2005-ci ildə Kanadada öz sevgilisi ilə öpüşdükdən sonra yeniyetmə hipoksiya nəticəsində həyatını itirdi. Sonra aşkar olundu ki,bu yeniyetmə yerfındığına qarşı allergiyası var idi. Onun sevgilisi yeniyetmə ilə görüşməzdən əvvəl öz qidasında yerfındığı yağından istifadə etmişdi.Ölümündən sonra yeniyetmənin xarici müayinəsi nəticəsində onun öpüş nahiyəsində səpgilərin olduğu müşahidə olunmuşdu.Allergenlərin inhalyasiya,qida,dəri əlaqələri,birbaşa qan nəqli ilə ötürüldüyü məlumdur.Amma onların öpüşməklə ötürülməsi biraz təəccüblü görünür. Çoxlu müşahidə-tədqiqat işlərinin nəticəsində alimlər qida və dərman allergiyası olan şəxslərin əksəriyyətinin ikiqat təhlükədə olması qərarına gəliblər.


Ardı →