Xətlərin xasiyyəti

Qrafologiya elmi insan xəttinin onun xasiyyəti ilə olan əlaqəsi haqqında elmdir. O insanın xəttinə əsasən onun ağlını, iradə gücünü, özgüvənini, emosionallığını və digər xüsusiyyətlərini təyin etməyə imkan yaradır.
İnsan xəttinin ölçüsü onun ünsiyyətçilik xüsusiyyəti barəsində xəbər verir. İri hərflərlə yazanlar müxtəlif insanlarla ümumi dil tapa bilirlər və onların çoxlu dostları olur. Xırda hərflərlə yazanlar isə adətən özlərinə qapalı şəxslər olurlar. Çəpəki hərflər eqoist insanlar üçün, yuvarlaq hərflər isə mərhəmətli və həssas insanlar üçün səciyyəvidirlər.
Hərfləri güclü təzyiqlə yazan insanlar əzmli və möhkəm iradə gücünə sahib olurlar. Solğun hərflər zəif insanlar üçün səciyyəvidir.
Davamı →

Wi-Fi dalğalarını görmək istəyirsinizmi?

Hər kəs Wi-Fi əlaqəsini sevir, çünki, simsiz, sürətli və ən əhəmiyyətlisi hər yerdə pulsuzdur. Bəs Wi-Fi dalğalarını görə bilmək istərdinizmi?

Əgər Wi-Fi dalğaları görünə bilsəydi istifadəçilər harada Wi-Fi olduğunu bilər və buna əsasən də internetə girərdilər. Stanford Universitetindən Dr. Browning Vogel kiçik bir yardım ilə Vaşinqtonda çılpaq gözlə görünə bilən Wi-Fi dalğalarının necə görünəcəyini göstərən bəzi çox maraqlı görüntüləri nəşr edib.
Dr. Browning Vogel’a sənətçi Nickolay Lamm və MyDeals.com bu işdə yoldaşlıq edib. Bu işdə Wi-Fi dalğalarının göründüyü bir dünya necə olar deyə xəyal edildi.

Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanda Wi-Fi siqnalları görünsəydi necə bir təsirə səbəb olardı?     /Texnopress


Ardı →

Homer Simpsona görə həyatda etməli lazım olan şeylər.

Homer Simpsona görə həyatda etməli lazım olan şeylər.Homer Simpson

— İki dedektiv tutmaq və bir-birini izlətdirmək.
— Müəllim olmaq. Bütün cavabları «B» olan test hazırlamaq. Sonra isə uşaqların reaksiyasına baxmaq.
— Maqazinə qaçmaq və qışqıraraq indi hansı il olduğunu soruşmaq. Cavab alınca, qaçmaq və «Alındı» deyə qışqırmaq.
  — Tutuquşu almaq və ona «Kömək edin, məni tutuquşuya döndərdilər!» cümləsini öyrətmək.
— Tanımadığın adamlarla liftdə olarkən, onlara tərəf çönərək; «Yəqin sizi bura niyə yığdığım maraqlı olar» demək.
Davamı →

Bilirsinizmi

  • 1977-ci ildə NASA kosmosa Voyagerraketini buraxarkən ona qızıl plastinka da əlavə edib. Əgər raket yadplanetliləri­n əlinə keçərdisə bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi.
  • 1863-cü ildə Jül Vern XX əsrin Parisiadlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri, faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib. Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.
  • Osmanlı dövründə qadınlara verilən ən dəyərli hədiyyə güzgü imiş. Bunun anlamı Sənə səndən dəyərli bir hədiyyə tapa bilmədimdemək idi.

Ardı →

Hər kəsin öz mahnısı olsun

Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını  oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.


Ardı →

Bilqo (bir parça)

Avqustun son günləri idi. Hava isti olsada axşam düşəndə bir az yağış yağdığı üçün xəfif sərinlik duyulurdu. Səmaya ala-bula buludlar səpələnmişdi. Yol yorğunu olan Bilqo ayaqlarını sürüyə sürüyə evə tərəf gedirdi. Sakit idi, dah doğrusu sakit görünürdü. Əynindəki mavi don ona çox yaraşırdı. Bilqo gözəl qız idi, ancaq qəribə soyuq baxışları onun gözəl üzünə ifadəsizlik verirdi. Təbiətcə sakit və mülayim olsada xətrinə dəyən bir adamıda cavabsız qoymazdı. Evə çarəsiz gedirdi, “işdən çıxıb evə getmək adətini kim çıxarıb görəsən” fikri indi hər addımında beynindən idırım vuran kimi gəlib keçirdi. Birdən ağlına gəldiki bu sualı kiməsə versin. Yan-yörəsinə baxıb gördükü düz ona tərəf  əlli ya əlli beş yaşlarında bir kişi gəlir. Müəllimə də oxşayırdı həkimə də.

-Bağışlayın müəllim, sizdən bir söz soruşmaq istəyirəm, olar?

Kişi qəribə baxışlarla Bilqonu süzdü. Heçnə başa düşməyən insanlar kimi gözlərini böyüdüb ona yaxınlaşdı.

— Hara gedirsiz, əgər sirr deyilsə? Sualı verdiyi an başa düşdüki yenə gicliyi tutub. Ancaq artıq gec idi.


Ardı →

Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →

Maraqlı faktlar


1) Xristofor Kolum blondin olub 
2) Pinqvin 3 metr hündürlüyə tullana bilir 
3) Canlılar içərisində ən böyük beynə qarışqa malikdir(bədənə nisbətən) 
4) 100 stəkan qəhvə içmək insanı öldürə bilər 
5) Çaya vərdiş etmək daha asandır, nəinki, geroinə 
6) Xokkey şaybası 160 km/saat sürətlə gedə bilər 
7) Yazıçı Xristian Anderson bir sözü belə düzgün yaza bilmirdi 
8) Dünyada ən balaca çay Miçiqan ştatında yerləşən Saqinay
9) Cənubi Koreyada eyni soyadına malik insanların evlənməsi qadağandır 
10) İnsanın qabırğaları bir ilə 5 milyon hərəkət edir 
11) Dəvədəlləyi həşəratı başını arxada döndərə bilən yeganə həşəratdır 
12) Bəzi diş pastalarının tərkibinə antifriz daxildir 
13) Dünyada ən çox koka-kolanı İslandiya əhalisi içir 
14) Amerikalıların cəmi 55%-i bilir ki, günəş ulduzdur 
15) Qayçını Do Vinçi ixtira edib 
16) Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi 
17) Arının 2 qarnı var, biri bal üçün biri də yemək üçün 
18) Panda ayı yox, yenotdur 
19) Kazinolarda şəffaf pəncərələr olmur 
20) Venera planeti yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir 
21) Bütün Amerikanın prezidentləri eynək taxırdılar, sadəcə bunu göstərmək istəmirdilər 
22) İnəyi pilləkənlə qalxızmaq olar, lakin düşürtmək yox 
23) 2 milyondan bir insan 110 yaşa çata bilər 
24) İlbizlər 3 il yata bilirlər 
25) Alışqan Kibritdən öncə ixtira olunub 
26) Avstraliyada kroliklərin sayı Çin əhalisindən çoxdur 
27) İnsan ağzında 40 000 yaxın bakteriya var 
28) Delfinlər bir gözü açıq yatır 
29) Əgər bir stəkan suya 80 dəqiqə qışqırsaq onda su qaynayar 
30) Antarktidadan vertolyot uçuşları qadağandır, buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır. Onlar yuxarı baxmaq istəyir bu vaxtı isə domino kimi yerə yıxılırlar hamısı :) 
31) Ağ evdə çəngəl və qaşıqların sayı 13092 ədəddir 
32) Dəniz ulduzunun beyni yoxdur 
33) Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır 
34) Qədim Misir və Çində ən ağır ölümlərdən biri yuxusuzluq idi 
35) Bir ildə 31 557 600 saniyə var 
36) Gözü açıq asqırmaq mümkün deyil 
37) XIX əsrdə homoseksualistləri qoluboy yox, yaşıl adlandırırdılar 
38) Ağ evin nömrəsi: (202) 456-1414 39) Bibliyanı öyrənən alimlər belə qərara gəliblər ki, cəhənnəmdə temperatur 718 dərəcədir
Davamı →

Qısa məzmunlu düşündürücü hekayələr


 ***

Günlərin birində reportyor hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.

Reportyor təəccübləndi:

— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.

Fermer gülümsəyərək cavab verdi:

- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.

 Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzaranı yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır.


Ardı →