Pandemiyadan sonra həyat

Hazırda dünyanı öz cənginə alan, milli iqtisadiyyatları çökdürən, bizneslərə ciddi ziyan vuran və ən əsası əhalinin həyat tərzini dəyişən bir virusla yaşamaqdayıq. Hələ müəyyən araşdırmalara görə bu virus uzun müddət bizimlə yaşayacaqdır. Koronavirusa oxşar pandemiyalar dünyada dəfələrlə baş vermişdir. Təbii ki, virus özü ilə ciddi böhran gətirdi və hələ böhranın uzun müddət əks effektini görəcəyik.
Bugün dövlətlər, bizneslər, insanlar tamamilə yeni oyun qaydaları ilə davam etməyə necə deyərlər məcburdurlar. Çünki hələ virusun vaksini tapılmayıb və vaksini tapılsa belə virusun müxtəlif mutasiyalara məruz qaldığı üçün necə effektiv olacağı sual altındadır.

Davamı →

Marketinq anlayışı və marketinqdə 5P prinsipi

Marketinq – ingilis dilində “market” sözündən götürülüb və bazar mənasını verir. Azərbaycan dilində “bazarda fəaliyyət” kimi tərcümə olunur.  Geniş mənada isə insanların sosial ehtiyaclarının müəyyənləşdirilərək təmin edilməsi prosesidir.
Marketinq anlayışı
  • Müasir ədəbiyyatda çox sayda marketinq  anlayışı mövcuddur. Bunlardan bir neçəsini sadalayaq:
  • Marketinq ehtiyacları qarşılamağa yönəlmiş bir növ insan fəaliyyətidir – Philip Kotler
  • Marketinq insanların və təşkilatların ehtiyac və istəklərini yerinə yetirməyə yönəldilmiş sosial prosesdir – Lamben Jean-Jacques
  • Marketinq fərdlərin və təşkilatların məqsədlərini təmin edən mübadilə vasitəsilə qiymətlərin, ideyaların, məhsulların və xidmətlərin reallaşdırılması və həyata keçirilməsi prosesidir – Amerika Marketinq Assosiasiyası (AMA)
  • Marketinq məhsulların yaradılması və onların mübadiləsi vasitəsilə lazım olanları əldə edən sosial idarəetmə prosesidir – Golubkov E və s.

Davamı →

Marketinq strategiyasını necə tərtib etməli?

Marketinq strategiyası  sizin şirkətinizin marketinq hədəflərini və onlara çatmaq üçün planın tərtib edilməsində sizə kömək edən addımlar silsiləsindən ibarətdir. Marketinq strategiyasını yazanda  hədəf bazarı təsvir edən bölmə əlavə edin; sizin məhsulun və xidmətin bazar meydanında nə ilə fərqləndiyini izah edən bir bölmə;  marketinq qarışığından məlumat verən bir bölmə;  və imkanlarını necə yerbəyer etmək  haqqında planı təsvir edən bir bölmə.

Təlimatlar: 

 1. Rəqiblərinə görə hədəf müştəriləri  araşdır. Onların müştərilərinin  yaş, cins və etnik mənsubiyyəti kimi demoqrafik məxsusiyyətlərini müəyyənləşdir.  Həmçinin, hədəf bazarlar üçün oxşar  istehsal sahələri haqqında  ticarət qrupları, kiçik biznes təşkilatları və yerli ticarət palatası ilə danış. Sonra  sən öz istehsal sahənlə əlaqədar onlayn araşdırma et. Hədəf bazarın üçün məişət gəliri, mediya istifadəsi  və texnoloji üstünlükləri kimi demoqrafik, psixoloji  və sosialoji informasiyaları axtar.


Ardı →

15.4 Birlik və əməkdaşlıq

Exrol (Achrol, 1997) şəbəkə təşkilatının, əməkdaşlar arasındakı əlaqənin distribyutor kanalı daxilində alqı-satqı sövdələşmələri və ya yazılı razılaşmalarda, müqavilələrdə müəyyənləşdirilmiş öhdəliklər çərçivə­sin­dən kənara çıxdıqda marketinq əlaqələri nöqteyi-nəzərindən nə qədər əhəmiyyət kəsb etdiyini qeyd edir. Müəllif sübut eir ki, “təkcə şəbəkə əlaqələrinin mövcud olması şəbəkə təşkilatının fərqləndirici xüsusiyyəti deyil”, “münasibətlərin keyfiyyəti və dəyərlərin ümumiliyi, onların tənzimləyiciləri şəbəkə təşkilatlarını fərqləndirir və onların sərhədlərini cızır” (Achrol, 1997).


Ardı →

4.6 Dəyişən mühitdə yeni strategiyalar

Marketinqin idarəedilməsində və marketinq nəzəriyyəsində bir sıra kritik məsələlər ortaya çıxır.
Birincisi, tez-tez və sürətlə dəyişən proqnozlaşdırıla bilinməyən şəraitdə dayanıqlı rəqabət üstünlüklərinin əldə edilməsi üçün ən vacib şərt kom­pa­niyanın tez öyrənə bilmək və tez adaptasiya oluna bilmək bacarığıdır (Dickson, 1992). İstənilən təşkilat üçün əsas problem təhsilə maksimal yardım etmək məq­sədilə ab-havanın və mədəniyyətinoptimal uyğunluğunun yaradılması ilə bağlıdır (Slater and Narver, 1995).


Ardı →

2.3 Baza strategiyasının müəyyənləşdirilməsi

Baza strategiyası-bu həm kompaniyanın məqsədləri, həm də bu məqs­ədlərə çatılması üçün istifadə edilən ümumi strategiyadır. Baza stra­tegi­yasının hazırlanması üçün təşkilatın resurslarının və qarşıya qoyulmuş məqsədə çatılması və ya missiyanın həyata keçirilməsi üçün fəaliyyət gös­tərdiyi bazarın  ətraflı  təhlilinin aparılması lazımdır.


2.3.1 Təşkilatın resurslarının təhlili
Hər bir təşkilat sərəncamında olan resursların geniş siyahısını tərtib edə bilər.  Lakin marketinq strategiyasının hazırlanması üçün bunların hamısı eyni dərəcədə əhəmiyyətli deyil. Eyni qayda ilə istənilən səmimi  təşkilat özünün bir çox zəif tərəflərini də saya bilər, lakin bunların da heç hamısı həyati əhəmiyyətli deyil.Baza strategiyasının müəyyənləşdirilməsi za­ma­nı təşkilatın müəyyənləşdirilməsinə kömək edən fərqləndirici resurs­ların (aktivlər və imkanlar) aşkarlanmasına səy göstərilir.


Ardı →

2.2 Marketinq strategiyasının hazırlanma prosesi

Təşkilat məqsədini müəyyənləşdirəndən sonra bu məqsədə çatmaq üçün marketinq strategiyasını hazırlayır. Biz marketinq strategiyasının hazır­lanmasına üç əsas səviyyədə baxa bilərik: baza strategiyasının yara­dıl­ması, kompaniyanın rəqabətli mövqeləşdirilməsi və strategiyanın tət­biqi (şəkil 2.3).
Səmərəli marketinq strategiyasının yaradılması kompaniyanın potensial imkanları ilə yanaşı-rəqiblərə nisbətən onun zəif və güclü tərəfləri- ətraf mühitinin yaratdığı imkan və təhlükələrin  yaradıcı və ətraflı qiymət­lən­di­rilməsi ilə başlayır. Belə təhlil əsasında marketinq məqsədini və onlara çatılmanın əsas istiqamətlərini müəyyənləşdirən kompaniyanın baza strategiyası seçilir.


Ardı →