Yaxşı Qoxu Biznesin Yarısıdır

Gündəlik həyatımızın bir parçasıdır informasiya qəbul etmək. Dostumuzun bu gün necə geyindiyi, nə dediyi, ətrafımızdakı insanların davranışları, almaq istədiyimiz köynəyin materialı, evdə bişən yeməyin qoxusu və digər bütün şeylər bizə informasiya verir, bilgi verir. Sosial olduq olmadıq, hər gün beynimiz informasiya emal edir. Sözsüz ki, bütün bu proseslərin başında 5 duyğu orqanımız – göz, qulaq, burun, dil, dəri dayanır. Beynimiz hansısa informasiyanı görməyimiz, eşitməyimiz, toxunmağımız, dad alma və qoxlamağımız sayəsində əldə etmiş olur.
Davamı →

Korporativ brendinq

Güclü kororativ brendinqin yaranması sizə çox şey verə bilər. Əgər istehlakçı elektron cihazın üzərində “iPhone” markasını görərsə,o, böyük ehtimalla rəqiblərinə qarşı bu markanı seçəcək. “Virgin” (Riçard Brensona malik müxtəlif sahələrdə uğur qazanmış marka) demək olar ki istənilən bazara çıxa bilər və uğur qazanar.Çünki onun adı artıq yeni “qeyri standart” yanaşmanın sinonomidir.

Korporativ brenddə irəli sürülən əsas tələb şirkətin mütlək şəkildə hansısa əsas prinsipə arxalanmasıdır. Fərq etməz keyfiyyət, yenilik mehribanlıq. Ya da başqa bir şey olsun.
Davamı →

Brend dartılması

İlkin məhsullar eyni kateqoriyaya aid ola bildikləri kimi, belə demək mümkündürsə, məhsul sırasının genişlənməsi, ya da xəttin genişlənməsi. brendin yeni sahəyə yayılmasıni brendin dartılması adlandırırlar. Məhsul sırasının genışlənməsi o anlama gəlir ki, müəyyən kateqoriyada məşhur məhsulu olan şirkət yeni ada çəkə biləcəyi xərcə qənaət etmiş olur.

Yalnız burada müəyyən qaydalara əməl etmək lazımdır; bazar yeni məhsul çıxaran zaman artıq o qədər də böyük gəlir gətirməyən əvvəlki məhslları satışdan çıxarmaq lazımdır. Amma yenə də yeni məhsulların əsas assortimenti sıxışdırıb çıxarması, özü də bu zaman artan gəlirin əlavə xərcləri örtməyi riski qalır. Ərzaq sırasının uğursuz genişlənməsi istehsalın aşağı düşməsinə, satış məsariflərinin yüksləməsinə istehlakçıların narazılığına və müvafiq olaraq ümumilikdə müəssisənin gəlirlərinin düşməsinə gətirib ıxara bilər.
Davamı →

Gizli marketinq

Gizli marketinq reklamın ən effektli növlərindən biridir. Bu, ilk növbədə, insanın onu reklam kimi qəbul etməməsi ilə bağlıdır. Bəzən gizli marketinqi viral və partizan marketinqi ilə səhv salırlar, lakin ümumi oxşarlığa baxmayaraq, onların bir-birindən fərqli üç müxtəlif marketinq növü olduğunu başa düşmək lazımdır.

Sadə dil ilə desək, gizli marketinq hər hansı bir məhsul və ya xidmətin reklam mənbəyindən ötürülməyən reklamıdır. Başqa sözlə, belə informasiyanı eşidən insan onu reklam kimi deyil, həqiqət kimi qəbul edir.

“Reklam olmayan mənbələr” dedikdə isə bu adi insanlar, həmçinin görməkli alim, vəzifəli şəxslər və ya məşhur insanlar ola bilər. Bu informasiya reklam çarxları ilə deyil, məsələn, adi müsahibə vasitəsilə təqdim olunur.
Davamı →

Marketinq biznes fəlsəfəsi kimi

Bisnesin fəsləfəsi olaraq marketinq müasir biznes üçün normadır. Bu onunla əlaqədardır ki, hazırda yalnız marketinqin köməyilə effektli biznes qurmaq mümkündür. Belə biznes bütün səhmdar, biznesmen, direktorların əsas məqsədidir, çünki effektli biznes rahat yuxu, sakit əsəblər və gələcəyə əminlik deməkdir.

Marketinq biznesmenlərin sehrli çubuğuna çevrilib. Yalnız marketinq prinsiplərindən maksimum istifadə edən şirkətlər, bu gün lider olmaq və uğur qazanmağa qadirdilər. Biznes fəlsəfəsi kimi marketinq satışları maksimum artırmaq, mənfəət qazanmaq və gəlirin həcmini artırmaq üçün istifadə olunur. O Ələddinin sehrli çırağına bənzəyir. Çünki o yalnız gəlir əldə etmək üçün deyil, həmçinin bisnesmen, aksioner və şirkət rəhbərlərinin arzularının yerinə yetirilməsi üçün tətbiq olunur. 
Davamı →

Nə üçün dəbli brendlərə outlet lazımdır?

Belə bir fikir mövcuddur ki, elit retailer-lər outlet-ləri əşyaları adi qiymətə ala bilməyənlərə köhnə və məşhur olmayan malları satmaq üçün istifadə edirlər. Yeni araşdırma göstərir ki, hər şey bu qədər bəsit deyil.

Donald Nqve son 5 ildə ABŞ-da yüzlərlə mağaza və outlet-də dəbli geyimlərin satışı ilə bağlı məlumatları araşdırıb. O aydınlaşdırıb ki, mağaza və outlet müştərilərinin gəlirləri müqayisə oluna bilər: fərq ondadır ki, outlet-ə gələnlər dəbin arxasınca çox da qaçmır və pula qənaət etmək üçün həvəslə vaxtlarını yola sərf edirlər (outlet-lər, bir qayda olaraq, şəhərin mərkəzindən uzaqda yerləşirlər).
Davamı →

Reklamın növləri

Bir çox insanlara “reklamın növü” nə deməkdir sualı ilə müraciət etsəniz, onların hamısı bunun reklamın çatdırılma üsulu olduğunu söyləyəcəklər (məs. televiziya reklamı, radio reklamı və s.). Lakin marketinqdə reklamın növü göndərilən məlumatın ilikin “fokusuna” aid edilir və aşağıdakı kateqoriyalardan birinə uyğun olur:

Məhsul-oriyentasiyalı reklam
Reklama çəkilən xərclərin əksər hissəsi biz toplam halda şirkətin məhsulları adlandırdığımız malların, xidmət və ya ideyanın satışına dəstək vermək istiqamətinə yönəldilir. Əksər hallarda məhsul reklamının məqsədi hər hansı bir məhsulun hədəf auditoriyanın gözündə yüksəldilməsindən ibarətdir. Marketinq mütəxəssisləri bu işin öhdəsindən sadəcə məhsul barədə məlumat verən zəif yanaşmadan tutmuş reklam olunan məhsulu digər rəqib şirkətlərin məhsulları ilə bilavasitə müqayisə edərək (müqayisəli reklamçılıq) müştəriləri məhsulun keyfiyyətinə inandıraraq onlara zorla sırımaq (inandırıcı reklamçılıq) məqsədilə mübaliğəli çıxışlara qədər bir neçə yolla gələ bilərlər. 
Davamı →

Biznesdə xərcləri azaltmağın praktik üsulları

Hər bir biznes sahibi xərclərini optimal şəkildə azaltmağın yollarını axtarır. Bu xərclərin azaldılmasının yeni yollarını axtarmadan biznesiniz çətin ki, çiçəkləsin.

Əhəmiyyətli dərəcədə vəsaitə qənaət etməyə kömək edən praktik üsullar:

Freelancer əməkdaşlar
Hər il ofisdən kənar və freelancer işləyən əməkdaşların sayı artmaqdadır. Rahat qrafik, evdən işləmək imkanı, seçim şansı – bütün bunlar bütün dünya üzrə milyonlarla insanı cəlb edir. Məhz freelancer əməkdaşlar sığorta, məzuniyyət xərcləri və s. baxımdan şirkətə qənaət etmək imkanı yaradır. Bu ucuz işçi qüvvəsindən müxtəlif istiqamətlərdə istifadə etmək olar: şifrələmə, dizayn, kopiraytinq, tərcümə və s.
Davamı →

Satış taktikaları

Əminlik
Potensial müştərilər satıcının səsindəki əminliyə xüsusi diqqət yetirirlər və təbii ki, bu satış prosesinin uğurla nəticələnməsinə böyük təsir edir. Xüsusilə də, bu amil müştəri ilə telefon danışığı zaman çox mühümdür. Belə ki, bu zaman müştəri sizi canlı olaraq görmədiyindən onda etibar hissi səsinizdəki əminliyə uyğun olaraq formalaşır. Əgər özünüzə əminsinizsə, müştərilər də sözsüz sizə etibar edəcəklər.
 
Səhvlərdən dərs çıxarmaq
Bütün sualların cavabını bilməlisiniz deyə bir qanun mövcud deyil və təbii ki, səhvlərə də yol verəcəksiniz. Müştəri ilə telefon danışıqlarınızdan öz təcrübənizi yaxşılaşdırmaq üçün bir vasitə olaraq istifadə edin.
Davamı →

Reklamın təsirinə düşməmək üçün nə etməli?

Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.
 
Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?
Davamı →