1.Bazarla tənzimlənən strateji idarəetmə

Üçüncü minilliyin əvvəllərində marketinqin iş metodu və fəaliyyət istiqaməti kimi inkişafı məsələsində tam aydınlıq yoxdur: o təşəkkül mərhələsini keçmişdirmi,  tam inkişafa çatmış, yoxsa tənəzzülə uğra­mışdır. Hələ on il bundan əvvəl ən yüksək səviyyədə əksər idarəedicilər marketinqə baxışda yanılaraq onu ancaq satış və reklam prosesinin yeni adlan­dırlıması hesab etmələrinə baxmayaraq, bu gün həmin idarə­e­dicilərin böyük əksəriyyəti marketinqin kifayət qədər dəqiq, hətta demək olar ki, elmi tərifini verə bilərlər: Onlar deyə bilərlər ki, marketinq gəlir əldə etmək məqsədilə istehlakçıların tələbatlarının aşkarlanması və ödə­nilməsi üzərində qurulur; çox ehtimal ki, onların böyük bir hissəsi hətta qeyd edə bilərlər ki,  onların təşkilatları “bazara istiqamətlənib”. Qrey­zerin sözləri ilə desək, marketinq əmin-amanlıqla funksional fənnən təşkilatın işinin təşkili ilə bağlı konsepsiyaya “miqrasiya” etmişdir (Greyser 1997).  Bu cür yanaşma ilə  yanaşı marketinq həm də təşki­lat­ların (ənənəvi kommersiya kompaniyalarından fərqlənən) — xeyriyyə və incə­sənət  təşkilatları, siyasi partiya və hətta polis xidməti kimi dövlət sektoru təşkilatlarının daxil olduğu qeyri-kommersiya təsisatlarının -  fəaliyyətinin əsas istiqaməti kimi də nəzərdən keçirilir.


Ardı →

Reklam, Marketinq və Satışa fərqli baxış

“Marketing Communication” və ya Azərbaycan dilində Marketinq Əlaqələri dediyimiz anlayış öz içərisində əsasən beş  vasitəni birləşdirir. Bu beş vasitə, Reklam, Satış Kampaniyaları, PR, Fərdi Satış və Birbaşa Marketinq olaraq adlandırılır. Bəs bunlara niyə “vasitə” deyirik? Çünki, yuxarıda adlarını saydığımız bütün anlayışlar məhsulla, marka ilə, firma ilə və s. istehlakçı və ya müştəri arasında əlaqələrin qurulması üçün vasitədir.


Reklam müştəriyə çatdırılmaq istənilən fikrin vizual, səsli və ya yazılı media vasitəsilə istehlakçılara çatdırılmasıdır. Satış kampaniyaları, müştərinin diqqətini çəkmək, onunla firma və ya marka arasında bir əlaqə qurmaq üçün lazım olan vasitədir. Fərdi Satış, firma təmsilçisinin tək-tək müştərilərlə görüşərək onlara firmanı və ya markanı tanıtması, ona mal satmağa çalışması və s. prosesidir. Yəni, bu da vasitədir.


Ardı →

Yves Rocher üçün seks reklamı(18+)

Saatchi & Saatchi Paris reklam agentliyi Yves Rocher firmasının 50 illik yubileyi üçün olan reklamında bu firmanın necə də gözəl məhsullar buraxdığından danışmır. Heç bir artıq reklam yoxdur. Yalnız seks. Fransız kosmetikasının reklamı üçün bundan gözəl reklam bəlkə də ola bilməz. Cavan,qoca,ağ,qara-fərqi yoxdur. Reklamın mahiyyəti odur ki,seks dərini cavanlaşdırır, DHEA hormonu yaradır və s. Hər şey rolikdə göstərilir. Reklamın adı isə Lo esencial te vuelve bella gedir.




 
Davamı →

Bir gündə və yeddi addımda marketinq planı

Təsirli marketinq planı hazırlamaq üçün çox zəhmət çəkmək lazım deyil. Əslində, bir gündə çox uğurlu plan hazırlaya bilərsiniz. Başqalarının üslub və ya planının mükəmməlliyi haqqında narahat olmayın. Tək edəcəyiniz şey, bir qələm və kağız götürüb işə başlamaqdır. İşgüzarların çox yaxşı tanıdığı məşhur mütəxəssis David Frey öz əsərində uğurlu marketinq planı hazırlamaq haqqında maraqlı bilgilər verir. O, bir gün ərzində qurulan planı şərti olaraq 7 addıma bölərək bu yolla əldə olunan uğurları göstərir:
Davamı →