Bu ağrılar zamanı masaj etmək olmaz

Çiyinlərdə, boyunda, kürəkdə ağrılar varsa, çoxları ağrını azaltmaq üçün masaj edir. Çiyin ağrıları zamanı edilən masaj vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırır.

Ortoped, professor Mehmet Kerem Canbora bildirib ki, çiyin ağrıları uzun müddət hərəkət etmək, ağırlıq qaldırma, çoxlu ev işləri görmə, travmalar nəticəsində yarana bilər. Ağrı onsuz da əzələnin dartılması, gərilməsi nəticəsində ortaya çıxır, masajla, yanlış bir hərəkətlə vəziyyət daha da pisləşə bilər. Çiyini masaj etmək ağrını azaltmır, əksinə artır.
Davamı →

Barmaqların masajı

Barmaqlarımız sinir ucları ilə çox zəngindir. Barmaqlara təsir etməklə orqanizmin bir çox orqan və sistemlərinə təsir etmək mümkündür. Bunu hələ qədim zamanlarda Şərq təbibləri bilirdi və uğurla istifadə edirdi.

Yaponiyanın Tsutsumi məktəbinin təbiblərinin fikrinə görə, baş barmaq tənəffüs sistemi ilə bağlıdır. Bu barmağı allegiya xəstəlikləri, angina, zökəm, bronxial astma zamanı masaj etmək lazımdır. 

İşarət barmağının masajı mədə-bağırsaq sistemi xəstəlikləri zamanı faydalıdır. Belə massaj qəbizlik zamanı və həmçinin diş ağrısı və qollarda ağrılar zamanı yardım edir.

Orta barmağının masajı aşağı təzyiqi qaldırmağa kömək edir.

Adsız barmağı oynaqlarda ağrılar, yüksək təzyiq, damarlarda spazmlar zamanı masaj etmək lazımdır.
Davamı →

Çox faydalı masaj

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrin masajı sağlamlığa çox müsbət təsir göstərir.

İsti dəsmalla masaj limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikli qişanın vəziyyətinə müsbət təsir göstərir.

Bu növ masaj tənəffüs, eşitmə problemləri və yaddaş pozulmasına qarşı çox faydalıdır, çeynəmə və udma zamanı yaranan ağrını, həmçinin xorultunu aradan qaldırır, nitqin yaxşılaşmasına, qlaukoma, katarakta və göz təzyiqinə kömək edir. Bundan başqa, masaj dərinin vəziyyətinə müsbət təsir edir, əzələləri rahatlaşdırır.
Davamı →

Çimdik masajı

Məhşur Şərq çimdik masajı üz dərisinin qan dövranını yaxşılaşdırır, dərini daha cavan və dartılmış edir, qırışları və iltihabları azaldır, rəngini yaxşılaşdırır. Masaj çox vaxt, xüsusi şərait və heç bir xərc tələb etmir. Üzünüzü təmizləyin və masaja başlayın. Hər bir hərəkəti 3 dəfə təkrar edin.
Davamı →

Körpə üçün masajın faydaları

Körpənizə hər gün yeməyini yedikdən yarım saat sonra ya da çimizdirdikdən sonra masaj edə bilərsiniz. Masaj edəcəyiniz otağın istiliyi 22-24 dərəcə olmasına diqqət edin. Masaj edən insanın saat, bilərzik, barmaqlarındakı üzükləri çıxarmalı oluğunu da yaddan çıxarmayın. Masaj yağınızı hazırlayın, körpənizi masaj müddətində otaqda tək buraxmayın.

Masaj üçün məsləhətlət:
— Yeni doğulmuş körpələr ilk masaj seanslarında 5 dəqiqə masaj edilməlidirlər. Sonra tədricən bu müddət 20 dəqiqəyə qədər uzadıla bilər.

— Körpənizin göbəyi hələ düşməmişdirsə, sadəcə göbəyin alt hissəsinə mərkəzdən yanlara doğru masaj edə bilərsiniz.

— Körpəniz masajdan narahat olursa masajı saxlayın. Körpə 4 həftədən daha kiçikdirsə masaj qısa və zəif oxşamalar formasında olmalıdır. Bu arada körpənizin verdiyi reaksiyaları da izləyərək ona uyğun hərəkət etməlisiz.
Davamı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Baş ağrılarının əllə müalicəsi

Tez-tez təkrarlanan baş ağrıları asan bir şəkildə müalicə edilə bilər. Bu müalicə üsullarından biri əllə müalicədir. Miqren və ya gərginlik  daha çox baş ağrılarına təsir edir. Bu baxımdan masaj və manipulyasiya etdirmək  lazımdır.

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklər üçün profilaktik tədbir görmək olur. Həmçinin əzələlərin qısalması və ifliclər zamanı əllə müalicə lazımdır.

Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər.

Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər.


Ardı →

Üz üçün gimnastika və masaj

Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.
Ardı →

Portağallı və lavandalı masaj yağı

Gərginliyi aradan qaldırmağın ən asan yolu masajdır. Xüsusən də xoş qoxulu bitki yağları ilə edilən masajın faydası və təsiri özünü həmin dəqiqə göstərir.

50 qram küncüt yağı
10 qram lavanda yağı
16 qram portağal çiçəyi yağı
2 ədəd darçın çubuğu

Bunların hamısını bir bankaya yığın. Sonra 1 ədəd portağalın qabığını sürtgəcdən keçirib içinə əlavə edin. Əldə edilən məhlulu 2-3 gün işıqlı yerdə saxlayın. Darçın çubuqları və portağal qabığı öz aromasını yağlara hopdurandan sonra masaj yağı hazır olacaq. Bu yağla masaj edəndən sonra özünüzü daha sağlam və gümrah hiss edəcəksiniz.
Davamı →