6 gözəllik məhsulu
İnanın ya da inanmayın, mətbəxinizdə bir gözəllik xəzinəsi var!
Zeytunyağı
Zeytunyağ mətbəxinizdə olan ən yaxşı gözəllik məhsullarının başında gəlir. Quru ya da yağlı dərinizi bəsləyər eyni zamanda duşdan sonra saçlarınıza çəkdiyinizdə saçlarınız daha parıltılı bir görünüşə sahib olar.
Bal
Ləzzətli dadının yanında bal, saçınız və dəriniz üçün də istifadə edə biləcəyiniz bir gözəllik məhsuludur. Bal, dərinizi nəmləndirər və bəsləyər. Eyni zamanda saçınızı nəmləndirərək və parıltı qazandıraraq bir maska funksiyası yerinə yetirər.
Alma sirkəsi
Yaxşı bir peeling məhsulu axtarırsınızsa çox uzağa getməyin. Hər evdə olan alma sirkəsi bu əməliyyat üçün birə-birdir. Yalnız bir pambıq üzərinə bir neçə damla sıxıb üzünüzə çəkəcəyiniz alma sirkəsi ilə üzünüzdəki köhnəlmiş dəridən təmizlənmiş olacaqsınız. Alma sirkəsini 30 — 45 dəqiqə tətbiq etdikdən sonra isə zeytunyağı istifadə edərək dərinizi bəsləyə bilərsiniz.
Ardı →