Sağlam gözəllik üçün məsləhətlər

-Dırnağınızın dərisinin yumşaq olması üçün vanna qəbul etdikdən sonra hər gecə yatmazdan öncə 1 şüşə E vitaminini yağı ilə ayaq və əl dırnaqlarınızın ətrafındakı dəriyə yaxşıca vurun.

-Dərini təmizləməkdən ötrü 1 litr qatıq, 1 qaşıq günəbaxan yağı və 2/3 çay qaşığı limon şirəsini birlikdə qarışdırıb qapalı qabda soyuducuda saxlayın. Həmin qarışıqdan gecə-gündüz 1 çay qaşığı qədər götürüb üzünüzə vurun.

-1 qaşıq buğda toxumunun yağı, 1 qaşıq küncüt yağı, 1 qaşıq yapon gülünün yağı, 1 qaşıq E vitamini yağını qarışdıraraq dərinizin ləkəli nahiyələrinə gündə 2 dəfə vurmaqla istədiyinizə nail ola bilərsiniz.

-Yağlı saçları yumşaltmaq üçün 1 ədəd limon, 1/16 litr alma sirkəsi kifayətdir. Limonu yuyub dilimləyin və çəyirdəyini çıxardıqdan sonra blendrdən keçirib, alma sirkəsi ilə qarışdırın.
Saçınızı şampunlayıb yuduqdan sonra qurudun və həmin qarışığı saçınıza sürtün. 5-10 dəqiqə gözləyib təkrar saçınızı yuyun.


Ardı →

Həssas üz dərisi üçün maskalar

maskalarMövsüm dəyişikliyi dərinin nəmliyini itirir, bəzən qızartı, qaşınma əmələ gətirir. Bu zaman ən çox problemlər həssas dəriyə malik insanlarda olur.  Dərinizin təravətli, nəm qalması üçün təbii yollardan istifadə edin.

Məsələn, baldan təmizləyici vasitə kimi yararlana  bilərsiniz.

Bir fincan yulaf ununu qaynar suda həll etdikdən sonra soyudun və dərinizə çəkib 15 dəqiqə saxlayın. Yulaf unu dərinizi yumşaldacaq, qızartıları götürəcək.
Bir az cəfərini qabda əzib qızartı olan və qaşınan nahiyələrə çəkin. Bu maska da dəriyə müsbət təsir göstərir.


Davamı →

Üz dərisinə qulluq | Kələm maskası

Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.kələm
Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır.

Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.

Quru dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.

Yağlı dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.

P.S: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından həftədə 1 dəfə istifadə edə bilərsiniz.


Davamı →

Normal dəri üçün üz maskaları

Əvvəlki mövzularda üz dərisi üçün maskaları və digər bir-birindən faydalı maskaları sizlərə təqdim etmişdik. Bunlara misal olaraq üzdə çillərə və qırışlara qarşı, qıdalandırıcı maskalar, yağlı dəri üçün maskalar, meyvələrdən hazırlanan maskaları sizlərlə bölüşmüşdük. İndi isə sizlərə normal dəri üçün maskaları təqdim edirik.
  
1. Bir yumurta sarısı, 1 çay qaşığı bitki yağı, yarım çay qaşığı limon suyu və yarım çay qaşığı suyu qarışdırın. Hazır maskanı üzə vurun. 10-15 dəqidə saxlayıb, təmiz su ilə yuyun.


Ardı →

Qara nöqtələr və onlardan qurtulmağın yolları

Əziz xanımlar, əgər hələdə qara nöqtələr sizi narahat eirsə onsa sizə təqdim edəcəyim 3 dəri maskası ilə tanış olun. Xatırladım ki, hazırlanma və istifadə olunması qaydalarına diqqət yetirin.  

Bal maskası - Bal dərinizi qidalandırır, təmizləyir ve nəmləndirir. 2-3 xörək qasığı balı üzdəki qara nöqtələrə cəkirik.Əyər dərinizdə ləkəlidirsə,bala 1 çay qasığı süsən yağı əlavə edin.Bu maskanı 15 dəqiqə üzümüzdə saxlayırıq.Üzümüzü ilıq suya batırılmış pambıqla silirik.


Ardı →

Bir birindən faydalı 13 maska

1- Qidalandırıcı maska — 2 çay qaşığı droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.

2- Üzdə çillərə görə — Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır.. Sonra üz ilıq su ilə yuyulmalıdır.

3- Üzdə qırışa görə — 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Ardı →

Üz üçün maskalar

Üzünüzə elastiklik və təravət bəxş etmək istəyirsinizsə orta ölçülü kökü sürtgəcdən keçirdin üzərinə doğranmış (həvəngdəstədə döyülmüş də olar) cəfəri və bu qarışımı kaşa halına gətirə biləcək qədər süd əlavə edin. Daha sonra üzünüzə çəkib 15 dəqiqə uzanın. Maska ilıq su ilə yuyulmalıdır.
Soyuq havadan qıcıqlanan, günəşdən qızaran və s. kimi problemlı dəri tipinə sahib olan xanımlarım mütləq noxud unundan istifadə etməlidirlər. Nəxud ununu evdə də hazirlaya bilərsiniz. Bir neçə noxudu kofemolkada üyüdün daha sonra bir neçe dəqiqəlik mikrodalğalı sobada qurudun, sonra üzərinə 1 çay qaşığı xama və 1 çimdik duz əlavə edib gözaltı nahiyəsi xaric olmaqla üzünüzə çəkin, 15 dəqiqədən sonra maskanı su ilə təmizləyin.
Davamı →