Harun Yəhya "Qlobal Masonluq" - Ruhu inkarın elmi ziddiyyəti

Masonların ruhun varlığını inkar etmələri, insanı sadəcə maddədən ibarət saymaları da, dedikləri kimi, yalnız «elmin iddiası» deyil. əksinə, günümüzdəki elmi kəşflər bunun tam əksini göstərir. çağdaş alimlərə görə, insanın düşünmək qabiliyyəti beyindəki neytronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə, qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tətqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir: 
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Mason qaynaqlarında materializm

I. Mütləq maddə inancı


Dövrümüzün masonları eynilə Qədim Misirdəki fironlar, rahiblər və digər zümrələr kimi maddənin əzəli və əbədi olduğuna, sonsuzluğuna, yaradılmadığına və canlıların təsadüflər nəticəsində cansız maddədən törədiyinə inanırlar. Mason qaynaqlarında bu yanaşmalarla təfərrüatlarına qədər tanış olmaq mümkündür. Ustad mason Səlami Işındağın «Masonluqdan əsinlənmələr» adlı kitabında bu materialist fəlsəfə belə açıqlanır: 


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Materializmin Pərdəarxası

Kitabın ilk bölümündə Qədim Misirdəki firon rejimindən söz açmış və bu rejimin fəlsəfi dayaqlarının ən əsas məqamlarına toxunmuşduq. Artıq bilirik ki, Qədim Misirdə materialist dünyagörüşü hakim idi, yəni onlar maddənin əzəli və əbədi olduğuna, yaradılmadıqlаrına inanırdılar. Bununla bağlı mason yazarları Kristofer Nayt (Christopher Knight) və Robert Lomasın (Robert Lomas) «The Hiram Key» (Hiram Açarları) adlı kitabından gətirdiyimiz sitatı yenidən xatırladaq: 
«Qədim Misirdə maddənin əbədi olduğuna inanırdılar. Bir Yaradıcının heçlikdən hər şey yaratdığını düşünmək onlara məntiqsiz görünürdü. Onların fikrincə, dünya xaosun içindən düzənin doğması ilə yaranmışdı. Bu xaosu onlar da şumerlər kimi „Nun“ adlandırırdılar. Nun — qaranlıq, su dolu bir dərinlikdi, bu dərinliyin öz içində bir gücü vardı və bu yaradıcı güc düzənin formalaşmasını əmr etmişdi… Xaosun içindəki həmin güc öz varlığının fərqində deyildi. O, qarışıqlığın təsadüfən əmələ gətirdiyi bir potensial idi...»
Bəli, Qədim Misirdəki bu məntiqsiz fikirlərlə dövrümüzün materialist nəzəriyyələri arasında xeyli bənzərlik var. Bunun gizli, amma çox önəmli bir səbəbi isə Qədim Misir inanclarını mənimsəyən və bu günümüzə qədər yaşadan, bundan sonra da yaşatmaq istəyən bir təşkilatla bağlıdır — masonlarla…
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirdə materialist kainat inancı

İngilis mason yazarlarından Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) artıq haqqında danışdığımız «The Hiram Key» (Hi-ram Açarı) adlı kitablarında Qədim Misirin masonluğun mənşəyində çox böyük bir yer tutduğunu anladırlar. Onlann fikrincə, Qədim Misirdən çağdaş masonlara miras qalan ən önəmli düşüncə «təsadüfiər nəticəsində özü-özü-nə yaranan kainat» fikridir. Belə ki, qədim misirlilər kainatın əzəli və əbədi olduğuna inanırdılar. Onlar üçün bir Yaradıcının nəyisə yoxdan var etməsi məntiqdən kənar sayılırdı. Hesab edirdilər ki, dünya xaosun içindən düzə-in doğmasıyla yaranıb. Bu xaos «Nun» adlandırılırdı; eynilə Şumerlərdə olduğu kimi, misirlilər də həmin xaosu qaranlıq, Günəşsiz, sulu bir dərinlik kimi təsəvvür edirdilər; bu dərinliyin öz içində bir gücü vardı, bu yaradıcı güc öz-özünə düzənin başlamasını əmr etmişdi; xaosun içində yerləşən bu gizli güc öz varlığını dərk etmirdi, o, qarışıqlığın təsadüfləri nəticəsində formalaşmış bir potensial idi.
Ardı →