Cənub materiklərinin bioehtiyatları

Antarktida istisna olmaqla cənub materiklərinin – Cənubi Amerika, Afrika və Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır. Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vegetasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növlərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.

Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşələri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçilməz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələrdir.


Davamı →

Avstraliyanın relyefi

Avstraliya, əsasən düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də, Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.

Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.

Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevrilir.


Davamı →

Cənubi Amerika

Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.
Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı.
Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti).


Davamı →

Avrasiya

Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.

  • Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejnyov burnu.

Davamı →

Afrika

Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)


Davamı →

Yerin əmələ gəlməsi

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var. Məs. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır.


Ardı →