Qara Qutu-Black Box

Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.

Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.


Ardı →

İdman zamanı maye qəbulu və enerjinin bərpası

Yeni idmanla məşğul olanlar biləməlirdirlr ki, səhər yeməyindən 2 saat, nahardan isə 4 saat kecməmiş idman etmək məsləhət görülmür.

İdmanla məşğul olanlar sağlamlıq üçün bəzi sadə proseduraları tətbiq edə bilər. Onlardan biri edilən məşqlər zamanı itirilən enerjini bərpa etməkdir.

Məlumata görə enerjini artırmaq üçün istəyə uyğun natrium və kalium tərkibli yeməklərlə qidalanmaq və çoxlu maye qəbul etmək olar.

Fiziki aktivliyin ustunlüklərinə baxmayaraq, bəzi insanlar  oturaq həyat tərzi keçirir. Buda formada qalmağa mənfi təsir göstərir. Bu baxımdan idman zamanı havanın istiliyi, rütubət, maye qəbulu və çəki kimi bir sıra kənar faktorlar nəzərə alınmalıdır.


Ardı →

Şüşə niyə maye halındadır?

Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə  sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.

Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır.


Ardı →