Melissa

  • Flora
Melissa yunan dilində arı deməkdir. Bu bitki arıları öz ətri ilə cəlb etdiyindən adı da arı qoyulub. Melissa balı çox ətirli və faydalı olur. 

Melissa bioloji aktiv maddələr və vitaminlərlə zəngin olub insan orqanizmi üçün çox faydalıdır.
— Zəhərlənmə, bağırsaq pozulmalarında faydalıdır.
— Qanaxmanı saxlayır
— Antibakterial və iltihab əleyhinə təsir edir
Davamı →

Ballınanə

Xalq arasında bu bitki bədrənc və limonotu kimi də tanınır. Bitkinin sürünən kökü var və boyu 120 sm-ə kimi qalxa bilir. Onun gövdəsi zoğdan, zoğun daxili isə dördqatdan ibarətdir. Ballınanə hündürlüyə qalxdırca kənarlarından budaqlar, yarpaqlar çıxır. Ballınanənin çiçəkləri dairəvi halda yerləşir və bir dairədə 12 ədəd olmaqla bitir. Ballınanə açıq mavi və ya solğun mavi rənglərdə çiçək açır.

Onun toxumu 4 kiçik qozadan ibarətdir. Toxumları sərt, yumurtayabənzər, parlaq və qara rəngdə olur. Ballınanə iyun-avqust aylarında çiçək açır, sentyabır ayında isə toxumlayır. Ballınanə çoxillik bitkidir. Ondan qədim dövrlərdə yazılan əlyazmalarda da bəhs edilib. Bu bitkinin vətəni Avropa hesab edilir. Amerikaya ballınanə Avropadan gətirilib.
Davamı →