Məmmədbəyli türbəsi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji abidə, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji abidə, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi düşmən tərəfindən yerlə-yeksan edilib.

Davamı →

Bakıdakı məşhur binaların vərəmdən ölən memarı - İosif Qoslavski

Bakı Şəhər İcra Hakimiyyəti, Əlyazmalar İnstitutu, Azərbaycan Tarix Muzeyi binalarını gözəllik və əzəmətləri ilə gözünüzün qabağına gətirin… Onlarsız Bakını təsəvvür etmək olarmı? Əsla! Və bu nadir arxitektura incilərinə baxanda istər-istəməz onların müəllifi sayılan memarını da hörmətlə xatırlamalı olursan. O böyük memar Polşa əsilli İosif Qoslavskidir.
Davamı →

Naum Qabo

XX əsrdə müasir təsviri sənətin inkişaf tarixində öz sənəti ilə dərin iz qoymuş və heykəltəraşlığın fəlsəfi fikrini müəyyən edən görkəmli rəssamlardan biri də Naum Qabodur.
O, konstruktivizmin və kinetik sənətin əsasını qoyanlardan biridir. Çox zaman onun əsərlərinin elm ilə əlaqəli olduğunu deyirlər. Belə ki, Qabonun heykəlləri həmişə elmi və riyazi görünüşə malikdir. Qabonu təbiətin yaratdığı təbii formaların gözəlliyi və harmoniyası maraqlandırırdı. Naum Qabo rəssamlıq deyil, mühəndislik təhsili almışdı. Münhen Universitetində təbabəti, təbiət elmlərini və mühəndislik sənətini öyrənmişdi.
Naum Pevzner (əsl soyadı) kubizmin təsiri altında rəssam olacağına qərar verir və yaratdığı konstruktivist heykəllərinə “Qabo” təxəllüsü ilə imza atır. O, hələ uşaq ikən özünü rəssam qardaşı Antuan Pevznerdən fərqləndirmək üçün soyadını dəyişmişdi.
Davamı →

Mikayıl Useynov

XX əsrin incəsənəti bütün növləri ilə yanaşı, müasir memarlığı da əhatə etmişdir. Memarlıqda ən geniş inkişaf etmiş istiqamət konstruktivizm idi. “Qənaət, fayda və gözəllik” — konstruktivizmin əsas devizi idi.
Bu üslubun yaranmasının ilkin işartıları XIX əsrin sonlarında özünü göstərdi. Memarlar daş və ağacdan imtina edərək şüşə, dəmir-beton konstruksiyalardan istifadə sayəsində irihəcmli tikililər yaratmağa nail oldular.
Davamı →

Memarlıqda ornament sənəti

Qədim insan dünya haqqında təsəvvürlərini müəyyən işarələrlə ifadə edirdi: dairə — Günəşi, üçbucaq — dağları, spiral — inkişafı və hərəkəti, kvadrat və romb isə torpaq mənasını bildirirdi.
Tarix boyu dünya xalqlarının mədəniyyətində müxtəlif ornamentlərdən istifadə olunub. Hər bir xalqın özünəməxsus ornamentləri və onların rəmzi mənaları mövcuddur.
Bir və ya bir neçə elementin ritmik təkrarına ornament deyilir. Ornament motivləri həndəsi, nəbati və heyvanlar aləmindən də ola bilər. Motiv — ornamentin bir hissəsi, əsas elementidir. O, bütöv tamlıq təşkil edən bir və ya bir neçə elementdən ibarət ola bilər. Motivindən asılı olaraq ornament növlərə ayrılır:
Davamı →