Layihə menecmenti nədir?

Günümüz iş dünyasında layihə menecmenti hər bir təşkilatın uğurunu təmin edən əsas faktorlardan biridir. Layihə menecmenti məqsədlərin, planların və hədəflərin müəyyən bir zaman çərçivəsində və məhdud resurslar daxilində effektiv şəkildə həyata keçirilməsini əhatə edir. Bu yazıda layihə menecmentinin əsasını, onun necə həyata keçirilməli olduğunu və uğurlu layihə idarəçiliyinin sirrlərini ətraflıca təhlil edəcəyik.


Davamı →

Gərgin iş rejimi təhlükəlidir


8 saatlıq iş günü – köhnəlmiş və səmərəsiz bir yanaşmadır. Əgər gün ərazində mümkün qədər produktiv olmaq istəyirsinizsə, bu köhnə düşüncələri buraxın və yeni bir yol tapın.

8 saatlıq iş günü sənaye inqilabı zamanı zavod işçiləri üçün əl əməyinin sayını azaltmaq məqsədi ilə düşünülüb tətbiq edilmişdir. İki yüz il bundan əvvəl, bu sıçrayış və insan əməyinə humanist yanaşma sayılırdı. Təbii ki, bu yanaşma müasir dövr üçün daha uyğun deyil.

Bizim babalarımız kimi, biz də qısamüddətli fasilələrlə və ya fasiləsiz 8 saat işləyirik. İnsanların çoxu hətta nahar zamanı belə çalışır! İşə münasibətdə bu köhnəlmiş yanaşma bizə kömək etmir, əksinə, bizi geri çəkir.
Davamı →

İşdə cəsarət | Rafiq Hunaltay

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.

Mövzudan uzaqlaşmadan deyim ki, adamların istəklərini yerə salmayıb həmin görüşü təşkil etdim. Görüşün mövzusu əmək haqqını manatla almaq barədə idi. O vaxt əmək haqqları həmin şirkətdə dollarla verilirdi, manat daha dəyərli idi və işçilər də rəqəm eyni qalmaqla, amma manatla istəyirdilər maaşlarını.
Davamı →

İşçilərin işdən çıxmasının əsas 10 səbəbi

Heç kəs üçün sirr deyil ki, işdən çıxmanın ən geniş yayılmış səbəblərindən biri əmək haqqının aşağı olmasıdır. Təbii ki, bu, kadrların axınına təsir göstərən yeganə səbəb deyil. İş mühitində müəyyən məqamlara diqqət etsəniz, əməkdaşlarınız ilə daha produktiv işləyə bilərsiniz. Belə ki, hər zaman yeni işçi axtarışında olmaq və hər dəfə onlara yenidən təlim keçmək o qədərdə sərfəli deyil.

10. İş yeri uzaqda yerləşir, yol çox vaxt və xərc tələb edir. İşəgötürənlərin bir çoxu bu səbəbi əhəmiyyətsiz hesab edir, lakin bu belə deyil. Belə ki, işçilərin işdən uzaqlaşmasının əsas səbəblərindən biri də iş yerinin uzaq yerləşməsidir. Bunun qarşısını necə almaq olar? Yeni əməkdaşın axtarışını həyata keçirərkən, ilk növbədə iş yerinə yaxın ərazilərdə yaşayan namizədləri nəzərdən keçirin.
Davamı →

İctimailəşmə iqtisadi cəhətdən faydalıdır

Biznesmenlərin çoxu hesab edir ki, onlara ictimailəşmə lazım deyil. İş onlara çörək verir, məşhurlaşmaq isə onlara lazım deyil, heç buna vaxtları da yoxdur. Lakin CAF Group-un baş müdiri Natalya İonova əmindir: iş adamının tanınmasının özü də kapitaldır. Bəzən hətta pul qədər dəyərli kapitaldır. 

Pul sənaye dövründə sakitliyi sevirdi. İndiki dövrdə yeni məhsulların alıcıya yol tapması olduqca çətinləşib, çünki onların bütün tələbatları artıq ödənilib. Ancaq naməlum məhsulun bazara çıxarılmasına kömək edə biləcək bir yol var. Bu biznes rəhbərinin tanınmasıdır.

Davamı →

Qərar verən insanlara təsir etmək üçün 10 məsləhət

Bestseller müəllifi və dünyanın ən titullu biznes mütəfəkkirlərindən biri Marshall Goldsmith əmindir ki, hər birimiz insanlar üzərində birbaşa hakimiyyətə malik olmadan, onlara müsbət təsir göstərə bilirik. Peter Drucker-in əsas ideyalarından imtina edərək, o bilavasitə rəhbər, top-menecer və ya sadəcə həmkar olmasından asılı olmayaraq, qərar verən insanlara təsir etmək üçün 10 məsləhət verir.

Faktları qəbul edin
Həyatınıza təsir edən hər bir qərar “düzgün”, “ağıllı” və “ən yaxşı” insan tərəfindəndən deyil, sadəcə qərar vermək səlahiyyətinə malik olan insan tərəfindən verilir. Bu faktdır.
Davamı →

Bütün dövrlərin ən dahi meneceri

Li Yakokka – 20-ci əsrdə biznesin idarə olunması sahəsində əfsanəyə çevrilmiş bir şəxs idi. O rüblük hesabatların aparılmasını, effektiv idarəetmə sxemini və hesabatlaşmanı yaratmışdır. Bir çox şirkətlər top-menecer sahəsində nail olduqları çox saylı uğurları məhz ona borcludurlar. Li Yakokkanın özü isə 15 oktyabr 1924-cü ildə dünyaya gəlib. Məktəbi uğurla bitirdikdən sonra, öz arzusunun ardıyca getməyi qərara aldı. Onun arzusu prestijli kollecdə təhsil almaq və mühəndis olmaq idi. Bu zaman o təcrübədə olan mühəndis kimi Ford şirkətində işləməyə başlayır.

Burada bir neçə müddət işlədikdən sonra, mühəndislik peşəsinin ona uyğun olmadığını anlayan Li Ford şirkətinin marketinq şöbəsinə keçir və öz möhtəşəm karyerasını da məhz burada başlayır. Onun 36 yaşı olduqda Ford şirkətinin baş icraçı direktoru vəzifəsinə nail olur.
Davamı →

Düzgün işçini necə seçmək lazımdır?

İşçi heyətinin toplanması zamanı düzgün insanlar əhəmiyyətli dərəcədə şirkətin uğuruna təsir edə bilər.

Şirkətinizin nə ilə məşğul olmasından və hansı xidmətlər təqdim etdiyindən asılı olmayaraq, şirkətə lazımi işçilərin seçilməsi hər zaman biznes üçün ən vacib tapşırıqlardan biridir. Uğurunuz demək olar ki, bütünlüklə lazımlı, məqsədli namizədlərin işə cəlb edilməsindən asılıdır.

Devid Oqilvi demişdi: “Hər kəs şirkətə özündən “kiçik” insanı işə götürsə o “cırtdan” şirkət olaraq qalacaq. Yox əgər hər kəs şirkətə özündən daha “böyük” əməkdaşı cəlb etsə həmin şirkət “nəhəng” şirkət olmalıdır.

Aşağıda məşhur sahibkarların əməkdaşların motivasiya edilməsi və lazımi namizədlərin işə cəlb edilməsi ilə bağlı və arzusunda olduğunuz güclü komandanı yaratmağa kömək edəcək ən məşhur sitatlarını təqdim edirik:
Davamı →

Starteji planlaşdırma

Mütəxəssislər starteji planlaşmanı qarşıya qoyulmuş məqsədlərdən  аsılı оlаrаq bir sırа хаrаktеrik хüsusiyyətlərinə görə fərqləndirirlər. Məsələn, АBŞ kоmpаniyаlаrındа planlaşma üçün bаşlıcа şərt – bütün bölmələrin strаtеgiyаsını cəmləşdirməkdən  və еhtiyаtlаrın bölüşdürülməsindən ibarətdir. Ingltərə kоmpаniyаlаrındа strateji planlaşdırma zamanı əsas diqqət еhtiyаtlаrın bölüşdürülməsinə yönəldilir.

Qeyd olunan problemin Yaponiya iqtisadiyyatındakı tətbiqini təhlil etmək daha maraqlı olar. Yаpоniyа firmаlаrındа isə əsаs məqsədə müvafiq olaraq   strateji planlaşma zamanı   yеniliyi tətbiq  еtmək və məhsulun kеyfiyyətini yüksəltmək ön plana çəkilir.


Ardı →

Uğur əməkdir

Günlərin bir günü tələbə öz müəllimindən soruşur:

— Müəllim, uğurda bəxtin payı nə qədərdir?

— Sən bəxt dedikdə nə anlayırsan? – deyə müəllim maraqlanır.

Tələbə fikirləşərək cavab verir:

— Məsələn, satıcı müştəriyə müraciət edir və məlum olur ki, onun mütəmadi olaraq istifadə etdiyi məhsulu qurtarıb. Mən də həmin məhsulu satıram. Müştərinin daimi təchizatçısı isə hər hansısa səbəbdən ötrü təcili olaraq müştərini həmin məhsulla təmin edə bilmir. Beləliklə, mən yeni müştəri əldə edirəm.

Və yaxud, digər bir misal, mən qonaq gedirəm və qonaqlıqda müəssisələrdə alış-veriş proseslərinə nəzarət edən şəxslə tanış oluram. Onun cavabdeh olduğu müəssisə ilə isə mən uzun zamandır ki, əməkdaşlıq etmək istəyirdim.
Ardı →