Menecmentdə informasiya təminatı

1. Menecmentdə informasiyanın rolu.
2. İdarəetmədə tətbiq edilən informasiyaların növləri və təsnifatı.
3. İnformasiyanın yaranma və alınma mənbələri.
4. Menecmentdə kommunikasiya.
5. İnformasiya texnologiyaları və sistemləri.

İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq.


Ardı →

Menecmentə yanaşmalar

1. Proses yanaşması və onun şərhi.
2. Sistem yanaşması və onun xüsusiyyətləri.
3. Situasiya (məqam) yanaşması.
4. Yanaşmaların fərdi və ümumi cəhətləri.


Menecmentə müxtəlif nöqteyi — nəzərdən baxılır və o, faktiki olaraq özündə 4 müxtəlif məktəbi birləşdirir. Bunlar: elmi idarəetmə, klassik və ya inzibati idarəetmə, insani münasibətlər və ya davranış, müasir idarəetmə və ya kəmiyyət elmi məktəbləridir. Bu məktəblərlə yanaşı, hal-hazıra kimi menecmentin nəzəriyyəsi və praktikasının inkişafında böyük rolu olan bir sıra əsas yanaşmalar da vardır:


Ardı →

Menecmentin mahiyyəti

1. Menecment elmdir və fəaliyyətdir.
2. Menecment nədir və menecer kimdir?
3. Təşkilat (firma, müəssisə) nədir?
4. Müəssisənin yaradılması və yaşadılması amilləri.
5. İdarəetmə səviyyələri və vasitələri.
6. Menecerin funksiyaları və rolu.


Ardı →

Menecement (idarəetmə) elmi

Menecment anlayışı. Geniş mənada menecment yaratmaq, idarə etmək, nəzarət etmək, müxtəlif sosial-iqtisadi sistemlər və modellərin maksimum effektiv ifadəsini göstərir. Sosial-iqtisadi sistemlər üzərində idarəetmə, o cümlədən istehsalat sahəsində də idarəetmə menecment adlanır. Menecment ingiliscə-management, fransızca menagement sözündən götürülərək idarəetmə bacarığı, peşəkarlıq fəaliyyəti, latınca-manu agere-əlnən göstərmək, orta əsrlərdə Rusiyada isə rəhbərlik etmək mənasını verirdi. Menecmentin əsas funksiyaları: planlaşdırma, təşkiletmə, qərar qəbuletmə, nəzarətetmə və s. Əgər müəssisə düzgün təşkil olunarsa onun idarə olunması da əlverişli olur. Bu da funksiyalar arasında qarşılıqlı əlaqənin yaxşı təşkil olunmasından xəbər verir. Menecer anlayışı müxtəlif istehsalat  səviyyələrində rəhbərlik etmək mənasını verir.
Davamı →

Hakimiyyət və ünsiyyət

Bir sıra Amerika menecerləri belə hesab edirlər ki, rəhbərlərin əsas vəzifəsi strateji istiqamətləri müəyyən etmək, tabeçilikdə olanların razılığını almaq, onlara pul və səlahiyyət verməklə onları rahat buraxmaqdır.
İlk baxışda bu nə qədər gözəl görünsə də müəyyən problemlər meydana çıxarır. Bu problem insanların böyük bir qismində hakimiyyətlə nəticələrə nail olmaq imkanlarının əlaqələndirilməsidir,başqalarını göstərişlərin yerinə yetirilməsinə məcbur etmək və son qərar qəbul etməkdir.
Əks halda kim təminat verə bilər ki,iş yerinə yetiriləcək və özü də necə lazımdırsa elə yerinə yetiriləcəkdir?
Əlbəttə müstəbid direktor vaxtı keçmişdir, yeni isə olduqca incədir.
Davamı →

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. Menecerlərə xas olan xüsusiyyətlər
4. İdarəetmə prosesi nədir?
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. İdarəetmə səviyyələri və pillələrinin təşkili.

Ardı →

Müəssisənin yenidən qurulması və sağlamlaşdırılması problemləri

Müflisləşmiş müəssisənin yenidən qurulması onun strukturu və fəaliyyəti istiqamətinin dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Bu məqsədlə yenidənqurmanı təşkilatçısı müəssisənin əmla­kı­nın hamısını və ya müəyyən həssəsinin digər təsərrüfat sub­yektinə sata bilər. Adətən borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi əmək kollektivi və kreditorların bir hissəsi yenidənqurma yolu ilə müəssisənin sağlamlaşdırılmasına başlanılmasında maraqlı olurlar. Müəssisənin yenidən qurulmasının 2 forması vardır: borclunun əmlakının xaricdən (kənardan) idarə edilməsi və sanasiyası (sağlamlaşdırma).Beynəlxalq təcrübəyə görə borclunu əmlakının kənardan idarə edilməsi zamanı müəssisənin idarə edilməsi arbitraj rəhbərinə keçir.

Davamı →

Yaponiya və ABŞ firmalarında innovasiya menecmenti

Yaponiya kompaniyalarında aparılan tədqiqatlar innovasiya prosesinin idarə edilməsinin təşkilində layihə qruplarından (müvəqqəti və daimi) istifadəyə üstünlük verildiyini göstərir.
Məlumdur ki, Yapon firmaları dünya bazarlarını yeni növ məh­sul­lar işləyib hazırlamaqla əldə edirlər. Məsələn, «Seyko» kompa­niyası ilk dəfə olaraq maye kristallardan istifadə saatları işləyib hazır­ladı və bununla da dünya bazarının böyük bir hissəsini öz əlinə aldı. «Honda» kampaniyası o, qədər də böyük olmayan yüksək keyfiyyətli motosikl modeli işləyib hazırladı və tezliklə bu model öz dərəcəsinə görə hakim mövqe tutdu. Bu «Kenon» kampaniyasına və gəmilər inşa edən «Matsusita» firmasına da aiddir.
Yapon firmaları öz kompaniyalarının texnologiyası əsasında yeni əmtəələrin yaradıcılıqla işləyib hazırlanmasına böyük əhəmiy­yət verirlər. Onlar innovasiya fəaliyyətinə kompleks şəkildə yanaşıl­ma­sında geniş istifadə edilir. Onlarda yeni məhsullar işlənib hazır­lan­ması xidməti adətən kampaniyanın fəaliyyətinin bütün sferalarını əha­tə edir.


Ardı →

Biznesin stratejı planlaşdırılması: Nədən başlamalı?

Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir.
Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir.
Davamı →