Qadınlarda menopauza və müalicəsi

  • Qadın
Menopauzanın söz mənası ” Son aybaşı “ dır.
Bir qadına menopauzada olduğunun deyilə bilməsi üçün son adətin üzərindən 1 il keçməsi lazımdır. Menopauza bir xəstəlik deyil. Qadın həyatının bir dövrüdür. Çünki menopauza qadın bədəninin bir dövrünün bitib yeni bir dövrünün başladığı xüsusi bir müddətdir. Gənc qızlarda artıma dövrünün başladığının işarəsi olan ilk adət (menarş) ilə başlayan dövr ,menopauza adı verilən son adət ilə bitmiş və qadının doğuş qabiliyyəti sona çatmış sayılır.

Menopauza yaş aralığı 45 – 60 arasıdır.Menopauza üçün Dünya yaş aralığı 
51, Türkiyə üçün yaş arası 46-dır, 40 yaşından əvvəl menopauzaya girmək “erkən menopauza”olaraq adlandırılır və siqaret çəkən, heç doğuş etməmiş qadınların daha erkən yaşlarda menopauza dövrünü yaşayır.


Davamı →

Klimaks zamanı qadın hamilə qala bilərmi?

Klimaks sözü yunan dilindən «pillə» kimi tərcümə olunur. Bu hər qadının həyatında olan bir pillə, bir dövrdür.

Klimaks orta hesabla 45-50 yaşlarda başlayır. Güclü streslər, bəzi dərmanların qəbulu, bəzi cinsiyyət sistemi xəstəlikləri və patologilayarı, ağır sosial-məişət şərait, irsiyyət və bəzi digər amillər klimaksı tezləşdirə bilər. Statistika göstərir ki, siqaret çəkən qadınlarda klimaks 2 il daha tez başlayır.
Davamı →

Erkən menopauza

Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bilərik?
Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetikfaktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal «erkən menopauza» olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Erkən menopauzanın başlaması nədən asılıdır?
Menopauza keçirmə yaşını bildirən ən əsas göstəricilərdən biri, qadının anasının və ya xalası kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühüt çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan diğər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyifki mümkün deyil. Ancaq bir də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə tanış edir.
Davamı →

Menopauza tarixdə qalacaq

Mütəxəssislərə görə doğuşla nəticələnən uğurlu yumurtalıq nəqlləri ilə qadınların yaşdan asılı olmayaraq ana ola bilinməsinin mümkünlüyü əldə olunub.Yumurtalıqdan alınan parçaların dondurulub yenidən nəql olunması ilə qadınlarda menapauza illərcə ertələnə bilər.
Ardı →

Sidikqaçırma

Menopauza zamanı hər 3 qadından biri,sonrakı dönəmdə isə hər 2 qadından biri bu vəziyyətdən əziyyət çəkir.Bu şikayətlə həkimə müraciət etmə sayı  isə olduqca azdır.Bu qadınların həyat keyfiyyətini aşağı salmaqla bərabər onların gündəlik həyatında da özlərini sağlam və gümrah hiss etmələrinin qarşısını alır.
Ardı →

Menopauza zamanı "7"

klimaks dövründə olan xanımlarMenopauza zamanı qidalanmaya diqqət edilməli və aşağıdakı yeddiliyə mütləq şəkildə əməl edilməlidir:

1) Yağ qəbulunun məhdudlaşdırılması və yağlı qidalardan uzaq durmaq.

2) Kalsium ilə zəngin qidalara üstünlük vermək.Bu zaman sizə süd və süd məhsulları daha çox kömək edə bilər.Lakin,yağlanma dozasını mütləq gözləmək lazımdır.
Ardı →

Klimaks (menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə — gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin səbəbini aydınlaşdırmaq lazımdır.
Ardı →