Menstruasiya haqqında bilmədikləriniz

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan “sarı cisim” əmələ gəlir.
Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır.
Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanır. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Davamı →

Aybaşı ola-ola hamilə qalmaq mümkünmüdür?

Bu sual bir çox qadınları narahat edir. Çünki əksər hallarda uşaq sahibi olmaq istəməyən qadınlar aybaşı olduqda rahat nəfəs alırlar. Bəzi hallarda isə bu əksinə olur. Yəni qadında aybaşı tsikli normal baş verir, amma hamiləlik də baş verir. Bəs bu necə olur və nə ilə əlaqədardır? Bu normal sayılırmı?

Əgər hamiləlik testi müsbət çıxmışsa və qadında aybaşı baş verirsə bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu döldə baş verən patoloji hal və qanaxma ola bilər. Bəzi hallarda isə baş verən qanaxmalar qadın cinsiyyət üzvlərində baş verən müxtəlif səbəblərdən yaranır.

Hamiləliyin ilk aylarında baş verən qanaxmalar isə uşağın həyatı üçün təhlükəli hesab edilir. Bu zaman ağrı, iltihabi proseslər vəziyyəti daha da çətinləşdirir. Buna görə də mütləq ginekoloqa müraciət etmək lazımdır.
Davamı →

Menstruasiya sancılarına faydalı 10 məsləhət

Xüsusi günlərdə özümüzü çox yorğun və həssas hiss edirik. Ağrılar və sancılar mensturasiya dövründə daha da enerjimizi aşağı salır və onsuz da həssas olan bədənimizi və duyğularımızı daha da tarıma çəkir. Bunun üçün də faydalı ola biləcək şeyləri sizin üçün araşdırdıq. Ağrı və sancılardan qurtulmaq istəyirsinizsə, aşağıdakıları tətbiq edə bilərsiniz.

1. İsti su torbası
İsti su torbasının sizə nə qədər faydalı olduğuna inana bilməyəcəksiniz. Torbanı qarnınızın üstünə qoyaraq qan axışını sürətləndirərək rahatlaşa bilər və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Alimlərin fikrinə görə bu metod ağrı kəsicilərlə eyni təsirə malikdir — 1 saata qədər.

2. Tünd şokolad yeyin
Mensturasiya dövründə ciddi miqdarda maqnezium itiririk. Bu səbəblə də 70%-i kakao olan bir qida itirdiyimiz mineralı geri qazanmağımıza kömək edər. Lakin kofein və digər şəkərli şokoladlardan uzaq durmalısınız!
Davamı →

Mensturasiya sancılarını yüngülləşdirən çaylar

  • Qadın
Mensturasiya sancıları bəziləri tərəfindən normal şiddətdə olan adi ağrı olsa da, bəziləri tərəfindən çox şiddətli və dözülməz ağrı kimi izah edilir. Bu period insandan insana görə dəyişkənlik göstərir. Bəs hansı bitkilər bu ağrıya yaxşı təsir edir? 

Zəncəfil çayı: aparılan araşdırmalara görə zəncəfilin ağrı kəsici xüsusiyyəti var. Digər araşdırmalar isə zəncəfil çayının mensturasiya ağrılarına yaxşı təsir göstərdiyini açıqlamışdır. Bu periodda zəncəfil çayını gündə maksimum 3 stəkan içməyiniz ürək bulantılarına və ağrıya təsir edir.

Çobanyastığı çayı: çobanyastığı çayının tərkibində antispazmik olduğu üçün o da zəncəfil çayı kimi ağrıların qarşısını alır. Gündəlik ən çox 3 stəkan çobanyastığı çayı içilə bilər.
Davamı →

İlk menstruasiyanın vaxtı qadının sağlamlığına təsir edir


Toxoku Universiteti (Yaponiya) alimləri ilk menstruasiyanın vaxtının qadının sağlamlığına olan təsirini araşdırıblar.

Alimlər belə nəticəyə gəliblər ki, menstruasiyaların tez başlaması qadının sağlamlığına mənfi təsir edir, onda bəzi ağır pozulmaların riskini artırır. Belə ki, qadında menstruasiyalar 13 yaşına qədər başlayıbsa, bu onda gələcəkdə insultun riskini 1,8 dəfə artır. Bundan əlavə belə qadınlarda beyin infarktının riski də artmış olur.

Digər tərəfdən qadında klimaks 45 yaşdan tez inkişaf edibsə, bu da infarktın riskini artırır.
Davamı →

Aybaşıların gecikməsinin 10 səbəbi

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

1. Hamiləlik
Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər. Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir. Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər.
Davamı →

Qızlarda erkən mensturasiya

Mensturasiyanın erkən başlamasının səbəbi qadın cinsiyyət üzvlərinin endokrin funksiyasının pozulmasıdır.

Yumurtalıqların endokrin funksiyasının artmasına çox vaxt burada törənən şişlər və kistalar səbəb olur. Lakin bəzi hallarda estrogen və proqestronun hipotalamohipofizar (mərkəzi) mənşəli hipersekresiyasına da rast gəlinir. Bu qonodaliberinin və ya qonodatrop hormonların hipersekresiyası nəticəsində törəyə bilir.

Qadın cinsiyyət hormonlarının hipersekresiyası erkən uşaqlıq dövründə başladıqda vaxtından əvvəl cinsi yetişkənlik baş verir. Xəstəliyin ilkin mərhələsində boy inkişafı sürətlənir, lakin tezliklə epifizar qığırdaqlar sümükləşdiyinə görə inkişaf dayanır.
Davamı →

Dismenoreya

Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır.

60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.
Davamı →

PMS sindromu

Menstruasiyadan öncəki dövrlərdə özünüzü depresiyyada hiss edirsiz? Əsəbləriniz korlanır? Bədəninizdə şişkinlik hiss edirsiz? Bu suallara cavabınız “hə”dirsə, deməli, siz  PMS sindromundan əziyyət çəkirsiz.

“Premenstural sindrom” menstrual əvvəli ruhi və fizik baxımdan qadınların yaşadığı bəzi dəyişiliklərə deyilir. Bu dövr əsasən aybaşıdan 7-10 gün əvvəl başlayar və menstruasiya zamanı bitir.

PMS dövrünü bəzi qadınlar çox rahatlıqla, bəziləri də çox ağır keçirir. Bu əlamətlər mensturasiyanın yaxın zamanda olacağının xəbərçisi olmaqla yanaşı, həm də bir çox fiziki və ruhi nizamların dəyişməsinə səbəb olur.

PMS dövrü əlamətləri ilə PMS sindromu arasında bəzi fərqlər var. Əgər özünüzü depresiyyada hiss edir, daha əsəbi, küsəyən və duyğusal artım hiss edirsizsə, bu sindrom içində olmanız ehtimalı daha yüksəkdir.

PMS sindromunu yaşamanın əsas səbəbləri vitamin və mineral çatışmazlığı, hormonal dəyişikliklər, bədəndə su tutumu və bəzi kimyəvi dəyişikliklərdir. PMS əlamətlərinə fiziki olaraq sinə böyüməsi, həssaslaşması, bədəndə şişkinlik yaranması, qısa müddətdə çəki almaq, qəbzlik, iştahasızlıq və cinsi istək artımı aid edilə bilər.

Əgər hər aybaşı zamanı bu əlamətləri yaşayırsızsa, müalicə almanız lazımdır. 


Davamı →

Menstruasiya zamanı bunları etməyin!

Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir.

Qadının cinsiyyət orqanlarında, hormonal fonunda, bəzi qan göstəricilərində (qanın laxtalanması və s.), sinir sisteminin vəziyyətində (qadın daha həssas və əsəbi olur), immun sistemində və s. dəyişikliklər baş verir.

Bu səbəbdən qadın menstruasiya zamanı bunlardan çəkinməlidir:

1. Menstruasiya zamanı ağır fiziki yükləmələrdən (peşəkar idman və s.) imtina etmək lazımdır. Bu qanaxmanın artmasına səbəb ola bilər. Əgər bu mümkün deyilsə, qadın mütləq fiziki yükləmələri azaltmalıdır.

Ümumillikdə isə ağır fiziki yükləmələr qadında menstrual funksiyanın pozulmasına səbəb ola bilər, hətta menstruasiyalar tam kəsilə bilər.


Ardı →