Xatirə dəftəri | Doktor Ravik

Azerbaycanlilarin cox sevdikleri janr—xatire janridir. Azerbaycan insan; xatire danışmağı, xatirə yazmağı çox sevir.
Xatire janrinin en gozel numunesi azerbaycan qizlarinin xatire defteleridir. Azerbaycanda universitete, kollece-zada giren qizlarin boyuk ekseriyyeti derhal bu ishe girishir. Elimizde olan melumatlara gore, Sabir adina kollecin (bedbext Sabir!), pedaqoji ve muellimler institutlarinin, Baki 2 nomreli baza tibb mektebinin qizlari bu ishde xususi fedakarliqlari ile secilirler. Adeten xatire defterine rengli qelemlerle qizilgul, oglan, qiz resmleri cheken, defterin kenarini namelum naxishlarla bezeyen qizlarin xatire defteleri daha populyar olur. Internet hele de adini cekdiyimiz tehsil muessiselerine daxil ola bilmeyib. Uzaqbashi chata-zada girirler, vessalam.
Davamı →

Qoşulub qaçan qıza | Fəxrəddin Ziya

Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.

Bu nə müdhiş xəbər idi yayıldı el-obaya,
bu nə acı zəhər idi içirtdin dost-doğmaya.
Öz evinə, ocağına dönük çıxdın, olmaya?
Atan çəkən ağrıları biləydin, kaş qaçan qız,
bu addımı atanacan öləydin, kaş qaçan qız.
Ardı →

Kulturologiya və mənəviyyat


Kulturologiya elmin aktual məsələlərindən biri də mənəviyyatdır.Kulturologiya mənəviyyatı cəmiyyətin əsası sayır. Deməli, əsassız cəmiyyət mənəviyyatsız cəmiyyətdir.Mənəviyyat anlamının kulturologiya elmi-nöqteyi nəzərdən şərhini vermək günun aktual problemləri sırasında gedə bilər.

  Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur.Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur.Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir.

   Mənəviyyat mövzusuna müraciət etməkdə məqsəd müasir Azərbaycan cəmiyyəti konteksində mənəviyyat anlamının yeri, əldə edilməsi,  elit təbəqə və mənəviyyat problemləri olmuşdur.


Ardı →

Toy gecəsi

Nigahin taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur...Toy gecəsinə çox vaxt zifaf gecəsi, şəbi-zifaf, leyleyi-zifaf da deyirlər.
Toy gecəsinin birinci qanunu budur:
Toy gecəsini zorlama ilə başlamayın. Bəzən qız birinci gecədən elə qorxur ki,sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri,oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır,bəy çalışmalıdır ki,qızla maksimum ehtiyatlı olsun. Oğlan (bəy) nə qədər incə və mehriban olsa,qızı nə qədər çox sığallasa o qədər yaxşı.
Oğlan romantik olsa,qızı öpsə,onun cinsi orqanlarını ehtiyatla sığallasa qız da cəsarətlənər,qorxmaz. Yaxşı olar ki, kişi gəlinin erogen zonalarını,yəni cinsi cəhətdən aktiv yerlərini sığallasın. Yəni ki,döşlərin giləsini, budlarını,klitorunu.
Davamı →

Ölsün birdəfəlik bu adətiniz | Nəriman Həsənzadə

Toyda oynadılar,ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin,ölməyin,yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.
Davamı →

Azərbaycanlılar necə evlənir?

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. “Oğulun acizi qohum yerdən qız alar”. Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam.
Davamı →

İctimai şüur və onun formaları

İctimai şüur — cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,  insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.


Ardı →

Cəmiyyətin fikri və mənim həyatım.

«Hər bir həddi buluğa çatmış insan öz beynindəki valideynlərini, müəllimlərini, qohumlarını öldürməlidir.»

Bizlər nə qədər demokratiyanın qanadları altında yaşasaq da, azadlıq fikri bizim üçün hələ də tam açılmayıb.Həm özümüz başqalarının işlərinə qarışırıq, həm də öz işimizdə “kim nə deyər, nə düşünər, filankəs buna necə baxar” deyə düşünürük və bu fikirlər daima beynimizdə cərəyən etməkdədir. Bəzən, düşünürsən ki, kiminsə düşüncəsini nəzərə alıb, öz istəyindən vaz keçmək nə dərəcədə düzgündür? Bəzən də tam əksini- bəzi məsələlərdə nə yaxşı ki, cəmiyyətin rəyindən çəkinib, həmin hallara düçar olmuruq, yoxsa, vəziyyət çox pis olardı. Hər halda mentalitet deyilən bir şey var.


Ardı →