İctimai şüur və onun formaları

İctimai şüur — cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,  insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.


Ardı →

Cəmiyyətin fikri və mənim həyatım.

«Hər bir həddi buluğa çatmış insan öz beynindəki valideynlərini, müəllimlərini, qohumlarını öldürməlidir.»

Bizlər nə qədər demokratiyanın qanadları altında yaşasaq da, azadlıq fikri bizim üçün hələ də tam açılmayıb.Həm özümüz başqalarının işlərinə qarışırıq, həm də öz işimizdə “kim nə deyər, nə düşünər, filankəs buna necə baxar” deyə düşünürük və bu fikirlər daima beynimizdə cərəyən etməkdədir. Bəzən, düşünürsən ki, kiminsə düşüncəsini nəzərə alıb, öz istəyindən vaz keçmək nə dərəcədə düzgündür? Bəzən də tam əksini- bəzi məsələlərdə nə yaxşı ki, cəmiyyətin rəyindən çəkinib, həmin hallara düçar olmuruq, yoxsa, vəziyyət çox pis olardı. Hər halda mentalitet deyilən bir şey var.


Ardı →

Pornonun 5 neqativ effekti

Rabbi Şimuleyə görə, pornoqrafiya ailə münasibətləri və evliliyə çox dağıdıcı təsir edir.Pornoqrafiya kişinin qadına olan hörmətini dəyişərək,nəzərləri qadının şəxsi keyfiyyətlərindən daha çox onun fiziki formalarına yönəldir və qadına öz istəklərinin həyata keçirilməsi üçün bir oyuncaq və ya əşya münasibəti yaradır.Bu evli kişilərin öz yoldaşlarından qeyri məmnunluq yaradır. Bu isə öz növbəsində tələbatın ödənilməməsi problemini yaradır(Çünki bu tələbat artıq qadın bədəninə olan tələbat və tələblərdir). Daha aydın öz sözlərimizlə desək porno ulduzlara baxan kişi yoldaşının bu keyfiyyətlərə malik olmaması səbəbi ilə ondan uzaqlaşır və daha çox 'sola' getməyə başlayır.


Ardı →