Nikolay Kopernik

Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. 

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.
Davamı →

Franz Leppich — macərapərəst yaxud dahi?

1811-ci ildə alman mexanik Franz Leppich fransız imperatoru Napoleonun qəbuluna düşməyə nail olur. Burada o Napoleona mərmiləri havaya qaldıraraq oradan düşmən üzərinə atmaq imkanı verən dirijablın yaradılması ideyasını təklif edir. Lakin mexanikin ideyası fransız imperatorunun marağına səbəb olmur və “səma fatehi” rədd cavabı alır. Lakin alman dahi öz planından imtina etmək niyyətində deyildi. Bu səbəbdən də ideyasını Ştutqartdakı rus səfirinə təklif edir. O da öz növbəsində dərhal olaraq I Aleksandra məktub göndərir. Bu dəfə Leppichin bəxti gətirir və tezliklə Rusiyaya getməsi üçün dəvət əldə edir.

1812-ci ilin may ayının sonlarında Leppich Moskvaya gəlib çatır. Onun buraya gəlişi gizli saxlanılırdı və hətta sənədlərdə ona Şmidt soyadı verilmişdi. Ona burada rahat işləməsi üçün emalatxana yaradılır və xüsusi mühafizə ilə təmin edilir. Qeyd edək ki, onun bu ideyasının həyata keçirilməsi üçün 150 işçi zəhmət çəkirdi.

Davamı →