Simurq quşu nəyin simvoludur?

SimurqSimurq quşu qədim əsatirlərdə Qaf dağında yaşayan böyük bir quş kimi təsvir edilir. Azərbaycan nağıllarında istifadə olunan personajlarından biri də Simurq quşudur.

Rəvayətə görə, Simurq quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.

Məşhur nağıl qəhrəmanımız olan Məlikməmməd obrazının da əsas yardımçısı məhz Simurq quşu olub. Çətinə düşən Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya çıxardıb. 
Davamı →

Samson

Yəhudi Samson barədə əhvalat İncildə keçir. Samson qeyri-adi gücə malik bir adam imiş, şirlərə və düşmən qoşunlarına qarşı vuruşan bir yenilməz. Amma iki zəif tərəfi varıymış.

1. Tanımadığı və güvənilməyən qadınlara qarşı cazibəsi
2. Saçı- Samson bütün gücünü saçlarından alarmış, saçsız o adi bir insandır.
Davamı →

Bunlar doğru imiş

"Şaiyəqıranlar"-ın təcrübədən keçirdiyi 6 şaiyə həqiqət imiş:

1. Hirsli sürücü daha çox yanacaq sərf edər.

Bu, uşaq vaxtı valideynlərimizin və müəllimlərimizin bizə təlqin etdiyi boş söhbətlərə çox oxşayır. Müəyyən vaxta qədər ağlımıza batsa da, amma sonralar, yəni, yaşımız artanda anlayırıq ki, bu bizi yalnız səfeh və zərərli vərdişlərdən qorumaq üçün uydurulmuş tam bir cəfəngiyyatdı.Amma yanacaq məsələsi onlardan deyil. Şaiyəqıranlar sakit sürücü və cürbəcür qıcıqlandırıcı, narahatçılıqlarla özündən çıxarılmış sürücünün yanacaq sərfiyyatını (digər şərtlər sabit olmaqla) müqayisə etmişlər. Şaiyənin 100% doğru olduğu təsdiq olundu.

Ardı →

Sirli Atlantida

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: «Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur». Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir.
Ardı →

Daedalus və İkarus əfsanəsi

Yunan əfsanələrindən biri olan Daedalus və İkarus, həll yolu tapmaq və müvəffəqiyyətin həzzindən ötəri, idarəni itirmək mövzusunda ilham verici bir əhvalatdır.

Daedalus və oğlu İkarus Girit Kralı Minos tərəfindən labirintə salınır. Daedalus bu zindandan çıxmaq üçün qartalların uçuşlarını izləyər və müxtəlif quşların tüklərini yığaraq, bunları bal mumu ilə yapışdıraraq özünə və oğluna qanad düzəldir. İkarusa qanadlarını geyindirərkən "Çox yüksəyə uçsan bal mumu əriyər, qanadlarını çox açsan dənizin nəmini əmər; uçarkən orta səviyyədə qal və məni təqib et."- deyə nəsihət verdi.

Girit adasından Sicilya'ya doğru uçarkən İkarus uçuşun zövqündən sanki ovsunlanar və yüksəyə qalxar. Qanadlarındakı bal mumunun əriməsiylə dənizə düşərək həyatını itirər.

«Quru və dəniz keçidi göstərməyə bilər. Sən havanı sına. Yetər ki, həll axtar. Həll yolu tapılar.»
Davamı →