Çimərliklərdə yayılan infeksiya - Serkarioz

Qaşıntılı səpki, qızartı, şişkinlik, bəzən qızdırma — bütün bu xoşagəlməz simptomlar ördəklərin yaşadığı gölməçələrdə və göllərdə görünə bilər.


Bu dəri parazitar xəstəliyi su quşlarında, ən çox ördəklərin ayaqlarında olur. Yastı qurdların uzun sürfələri insan dərisinə uyğun olduğundan yumşaq toxumaların səthinə yapışaraq, dəridən içərinə nüfuz edir. Xoşbəxtlikdən, serkariya bədənimizdə yaşaya bilməz və çox tez ölür.
Yüksək riskli ərazilərə ilk növbədə durğun su hövzələri və ya çirklənmiş və ya su bitkiləri ilə bol- ərazilər daxildir. Məhz belə yerlərdə parazitlərin «ev sahibi» olan ördəklər və şirin su mollyuskları (məsələn, ilbizlər) yaşayır. Yəni, demək olar ki, hər hansı bir gölməçədə və ya göldə yoluxa bilərsiniz.


Davamı →

Heyvanlardan yoluxan xəstəliklərin sayı niyə artıb?

2002 — 2003 illərdə ortaya çıxan SARS epidemiyasının yayılması ilə ümumilikdə 349 nəfər ölüb.
Yanvar ayının əvvəllərində Çində ortaya çıxan, sonradan daha 20 ölkəyə keçən koronavirus barədə xəbərlər dünyanı çalxalayır.Yeni yoluxucu xəstəliklər, adətən, təkrarlanmır.Ancaq vəhşi təbiətdən qaynaqlandığı təxmin edilən koronavirus əvvəlcə heyvanlarda yaranan yoluxucu xəstəliklərlə bağlı riskin xeyli artdığını göstərir. İqlim dəyişikliyi və qloballaşma heyvanlarla insanlar arasında əlaqəyə böyük miqyasda təsir etdiyi üçün ehtimal olunur ki, bu vəziyyət gələcəkdə daha çox problem yaradacaq.
Davamı →

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;

Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik.


Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir.


Ardı →