Bizdə niyə modern sənət yoxdur?

Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.
Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.

Davamı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.

Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki.
Davamı →

Mədəniyyətdə millilik və beynəlmiləlçilik

Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyinəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl xarakterinin öyrənilməsi müəyyən mənada xüsusinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və vəhdətindən asılıdır.
Ardı →

Azərbaycanlılar necə evlənir?

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. “Oğulun acizi qohum yerdən qız alar”. Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam.
Davamı →

Ölüm janrında həyat

… İndiyədək, həyat yoldaşını döyən kişilərə ikrah hissi ilə baxmışdı. Hətta, çox şeydə nümunə götürdüyü atasına da. Və daim də düşünürdü ki, o belə olmayacaq. Onun ailə həyatı elə ideal keçəcəkdi ki, yaşayacağı ən pis şey bir neçə dəqiqəlik mübahisə olacaqdı. O da ki, döymək-söymək olmadan. Ayda-ildə bir dəfə...
....Əlbəttə! Axı, sevdiyi-sevildiyi birisi ilə ailə qurmuşdu! Bəs, onda necə oldu ki… Beynində dolaşan fikirlərə aydınlıq gətirmək və bir-birinin ardınca doğulan suallara cavab tapmağa çalışırdı ki… Pəncərəni döyəcləyən yağışın tıqqıltısından, buludların gurultusundan da çox qulaqlarını dələn, vicdanını közərdən hönkürtü və hıçqırtı səsləri onu həyata qaytarırdı. Bu dəqiqə, gözüyumulu ölümlə dəyişməyə belə hazır olduğu gerçək həyatına.
Ardı →

Ayıb olmasın!

Xalqımızın milli, mənəvi və mental dəyərlərinin zənginliyini nəzərə alaraq bu günkü yazımı ayıblara həsr etmək qərarına gəldim.

>Hamı razılaşar ki, xalqımızın ən dəyərli dəyərlərindən ən dəyərlisi utancaqlıqdı. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, XXI əsrdə yaşayırıq, nə utancaqlıq. Amma əminəm ki aşağıda yazacağım nümunələr fikrinizi dəyişəcək.

Həmişə böyüklərimiz bizə nəyinsə ayıb olub olmadığını deyir. Bəzi geridə qalmış xalqlardakı kimi nəyin doğru nəyin yalnış olduğunu demirlər.

Məsələn, hamilə qadlna «hamilədir», «uşaq dünyaya gətirəcək» və «doğacaq» kimi ifadələr işlətmək ayıbdır.
Ardı →

Bir cənub şəhərində

Bu film ən çox sevdiyim filmlərdən biridir.Film  komediya janrında olsada,əsas süjet xəttini traqikomediya tutur.Çünki burda o vaxtın qatı qanuları,insanların mənəvi azadlıqlarının tapdalanması,istədiyi və düşündüyü kimi hərəkət edə bilməməsi filmin ısasını təşkil edir.Bu film yazıçı Rüstəm İbrahimbəyovun «9-cu xrebtovı» povesti üzrə ekranlaşdırılıb.Rejissoru isə Eldar Quliyevdir.Film 1969 cu ildə şəkilmışdır.Əsas rolları paylaşan Həsən Məmmədov (Murad) və Eldəniz Zeynalovdur.(Tofiq)
Ardı →