Başım çıxmayan işlərə sərmayə qoymaram

Əgər ehtiyacınız olmayan şeylər satın alsanız, bir müddət sonra ehtiyacınız olan şeyləri satmağa məcbur olarsınız. 

Xərclədikdən sonra yerdə qalanı yığmayın, yığacağınızı kənara ayırdıqdan sonra yerdə qalanı xərcləyin. 

Çayın dərinliyini iki ayağınızla birdən ölçməyə çalışmayın. 

Dürüstlük çox bahalı bir hədiyyədir, onu ucuz insanlardan gözləməyin.

Pul insanın əsas xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarır.
Davamı →

Xeyirxah milyarder

Olav Thon 90 yaşlı norçevli milyarderdir. Forbes jurnalının məlumatlarına əsasən onun sərvəti 6 milyard dollar təşkil edir və özünün bütün sərvətini tibbi araşdırmaları maliyyələşdirməyə xərcləməyə qərar verib.

Bundan belə başa düşülməməlidir ki, Olav Thon-un sağlamlığı ilə hər hansı bir problemi var. Xeyr. O sağlamlığı ilə problemlərinin olmaması üçün demək olar ki, bütün Norveçi ya piyada, ya da xizək ilə gəzib. Sadəcə o belə bir qərara gəlib ki, ömrü boyu qazandığı pulları xeyriyyə məqsədilə xərcləsin. O bildirmişdir: “Onsuzda mən onları özüm ilə apara bilməyəcəm”.

Bu yaşlı və xeyirxah milyarder öz sərvətini son qəpiyinə qədər özü qazanıb. O kənddə böyüyüb və öz biznesini tülkü dərisi ilə ticarətlə başlayıb. Daha sonradan isə otel və restoran işinə qoşulur. Hazırda isə onun şirkətinə 450-dən çox obyekt daxildir.
Davamı →

Dünyanın ən varlı bankiri

Cozef Safranın maliyyə imperiyasını əsasını ilk növbədə Banco Safra (Braziliya), J.Safra Sarasin (İsveçrə) və Safra National Bank of New York (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlak nümunəsinə sahibdir. Ümumilikdə Safra Group-un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır.

Safranın maliyyə biznesinin tənqidçiləri belə iddia edirlər ki, tam xidmət spektrı təqdim edən beynəlxalq banklarla müqayisədə Safra Group-un müstəqil bankları daha az rəqabətə davamlılığa malikdirlər. 5 il əvvəl bu qrupların nümayəndələri bu ittihamlara cavab vermişdilər. Onlar bildirmişdilər ki, Banco Safra bankının müstəqilliyi saxlanılacaq. Bununla da, biznes əvvəllər olduğu kimi Safra ailəsinə mənsub olacaq. Məşhur ailə isə öz növbəsində biznesini qlobal strukturlara satmağı planlaşdırmır.
Davamı →

Con Rokfellerin vərdiş və qəribəlikləri

Con Rokfeller8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.

Con Devison Rokfelle 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində dünyaya gəlib. Conun atası özünü “Botanik həkim” adlandırırdı. Belə ki, o naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər satırdı və bura “ölümsüzlük” içkiləri də daxil idi. Onu fırıldaqçı adlandırırdılar. Lakin o öz oğluna pullarla necə davranmalı olduğunu öyrətmişdi.
Davamı →

Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu

Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.

1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.

İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Davamı →

...Qırağına bax, bezini al!

XIX əsrin axırı, XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr nəticəsində iqtisadi böhran tüğyan edir. Ancaq buna baxmayaraq, sənətkarlıq, o cümlədən toxuculuq və parça istehsalı öz axarı ilə gedir.

Eyni zamanda ölkənin ictimai-mədəni həyatında yeniliklər baş verir. Kapitalist münasibətlərinin inkişaf etməsi ilə əlaqədar kustar istehsalın bəzi sahələrində oyanma özünü göstərir.
İlk manufaktura müəssisələri yaranır. Parça üçün əsas element olan boyaq məhsulunun istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Bunun da nəticəsində toxuculuq sənayesində kustar fabriklər yaranır və getdikcə inkişaf edir.

Ölkədə parça istehsalı artır. Ancaq təəssüf doğuran bu olur ki, həmin məhsulun doxsan faizi Həştərxan su yolu ilə Sankt-Peterburq şəhərinə daşınır. Çar Rusiyası bu zaman ölkənin yeni yaranan toxucu fabriklərini Azərbaycandan gətirilən ipək, pambıq, boyaq və digər xammalla təmin edir. Bu işi davam etdirmək məqsədilə nə lazımsa hamısı təşkil olunur.
Davamı →