Dünyanın ən varlı bankiri

Cozef Safranın maliyyə imperiyasını əsasını ilk növbədə Banco Safra (Braziliya), J.Safra Sarasin (İsveçrə) və Safra National Bank of New York (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlak nümunəsinə sahibdir. Ümumilikdə Safra Group-un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır.

Safranın maliyyə biznesinin tənqidçiləri belə iddia edirlər ki, tam xidmət spektrı təqdim edən beynəlxalq banklarla müqayisədə Safra Group-un müstəqil bankları daha az rəqabətə davamlılığa malikdirlər. 5 il əvvəl bu qrupların nümayəndələri bu ittihamlara cavab vermişdilər. Onlar bildirmişdilər ki, Banco Safra bankının müstəqilliyi saxlanılacaq. Bununla da, biznes əvvəllər olduğu kimi Safra ailəsinə mənsub olacaq. Məşhur ailə isə öz növbəsində biznesini qlobal strukturlara satmağı planlaşdırmır.
Davamı →

Con Rokfellerin vərdiş və qəribəlikləri

Con Rokfeller8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.

Con Devison Rokfelle 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində dünyaya gəlib. Conun atası özünü “Botanik həkim” adlandırırdı. Belə ki, o naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər satırdı və bura “ölümsüzlük” içkiləri də daxil idi. Onu fırıldaqçı adlandırırdılar. Lakin o öz oğluna pullarla necə davranmalı olduğunu öyrətmişdi.
Davamı →

Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu

Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.

1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.

İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Davamı →

Milyonçular haqqında maraqlı faktlar

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.

Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.
Davamı →

8 dollarla başlayan səyahət - Tomas Conston Lipton

Tomas Conston Lipton (Thomas Johnstone Lipton) 1848-ci ilin 10 may tarixində Şotlandiyanın Qlazqo şəhərində anadan olub. 8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayır. 10 yaşında o, köynək satışı ilə məşğul olan mağazada satıcının köməkçisi kimi işə başlayır. Daha sonra gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində bu onun həyatında dönüş nöqtəsi olur. Tomas uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayır. 1965-ci ildə 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu arada qeyd edək ki, o zaman Amerikada yaxşı həyat axtaran şotland və irlandların sayı çox idi.

O, Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Burdan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə də o ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanır. 4 ildən sonra şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzəlir. Məhz burada o gələcək biznesini qurmaq üçün məktəb keçir. 1869-cu ildə evlərinə qaydır.
Davamı →

BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
Davamı →

Xaricdə yatan milyonlar | Ağa Musa Nağıyev

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıqları dövr ərzində xalq, millət üçün çox böyük işlər görüblər. Uzun illər adının çəkilməsi yasaq olan, amma hər zaman tarixin və qədirbilən insanların yaddaşlarında yaşayan Musa Nağıyev kimi. 

Ağa Musa Hacı Nağı oğlu Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. İbtidai təhsilini kənd mollaxanasında alan Musa uşaq yaşlarından əzab-əziyyətlə, sıxıntılarla üzləşir. 10-11 yaşından işləməyə başlayır.

Əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı pulu qəpik-qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Amma o zaman ağlına da gəlmirdi ki, bu bir parça torpaqda qazdırdığı quyudan su əvəzinə neft fontan vurajaq və bir müddət sonra onu Bakının ən iri neft maqnatlarından birinə çevirəcək.

Tale doğrudan da onun üzünə bəxt qapılarını açırdı. Bibiheybət mədənlərində bir-birinin ardınca fontan vuran neft quyuları onu milyonçu edir. Çox keçmir ki, Qaraşəhərdə Neft emalı zavodu tikdirir.
Ardı →