Mineral daşların şəfası

Litoterapiya alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Litoterapiya təbii daşların orqanizmə kimyəvi deyil, energetik təsirini öyrənir. Əslində litoterapiya anlayışı geniş mənada daş, metal, lil, gil və mineral sularla müalicəni əhatə edir. Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə ilk dəfə Hindistanda tətbiq edilib. Son illər Fransa, Almaniya və digər ölkələrdə onun öyrənilməsinə böyük maraq göstərirlər.

Daşların magik və müalicəvi təsir xüsusiyyətləri qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün daş minerallarının müalicəvi xüsusiyyəti var. Qədim Yunanıstanda tapılmiş eramizdan əvvələ aid manuskriptdə daşların təsir gücü haqqında məlumatlar var. Qədim Misir papiruslarında da daşların müalicəvi xüsusiyyətləri barədə reseptlər öz əksini tapıb.
Davamı →

Hansı daşlar nəyə xeyirlidir?

Ametist
Otaqda olan ametist daşının bir hissəciyi belə, konsentrasiyanı artırır. Ametist çox güclü enerjiyə malikdir. Ayda bir dəfə axar suyun altında qoyub, 2 saat suda saxlamaq lazımdır.

Akvamarin
Tənəffüs yollarına çox təsirli bir müalicə daşı olub, bronxit və astma tətbiq oluna bilər. Özünə inamı, ailədə harmoniyanı təmin edir. Günəşdə enerjisi daha da aktiv olur.

Davamı →

Peşələrə görə talismanlar

Bizim taleyimiz və gündəlik yaşamımıza nüfuz edən müəyyən qiymətli və mineral daşlar iş həyatımızda, karyera qurulmasında, yeni biznes yaradılmasında çox böyük köməklik göstərə bilər. Əsas məsələ sizin fəaliyyətinizə uyğun daşı seçməkdir. Sizə ayrı-ayrı peşə sahibləri üçün uğurlu sayılan qiymətli daşlar — talismanları təqdim edirik. (fotolarla da göstərilib)

Hərbçilər, polislər, xilasedicilər və yanğınsöndürənlər — sodalit, heliotrop, oniks (damarlı əqiq), qranat (süleymandaşı), kəhraba, füruzə, pişik gözü, pələng gözü, əqiq, akvamarin (göyümtül-yaşıl rəngli qiymətli daş), almaz, ametist (şəffaf göy və ya bənövşəyi rəngli qiymətli daş), jadeit (xırda şeylər qayrılan açıq yaşıl rəngində daş), zümrüd, nefrit, yaqut (qırmızı rəngli qiymətli daş), sapfir (göy yaqut), yəşəm daşı.
Davamı →

Vitaminlər və minerallar

Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidaların tərkibində vitamin və mineralların olmasına baxmayaraq, bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.

Vitaminlər iki kateqoriyaya ayrılır:
1) Yağda əriyən vitaminlər
2) Suda əriyən vitaminlər

-         Yağda əriyən vitaminlərə A, D, E və K vitaminləri daxildir. Yağda əriyir və bədəninizdə qala bilər.
-         Suda əriyən vitaminlərə isə C və B kompleks vitaminlərini nümunə göstərmək olar (vitamin B6, B12, niasin, riboflavin, vefolat kimi). Bədənin bu vitaminləri sorması üçün əvvəlcə suda əritməsinə ehtiyac var. Bu səbəbdən, bədən bu vitaminləri saxlamır, onları xaricə çıxarır. Yəni hər gün bu vitaminlərdən davamlı şəkildə istifadə etmək sağlamlığınız üçün çox vacibdir.


Ardı →