Mini yubka inqilabı

“Svinq edən 60-cılar” nəsli bəşəriyyətə bir çox şey bəxş etdilər. Bitls qrupundan tutmuş Aya qədəm basan ilk insana qədər. Mini yubka da bu epoxanın nailiyyətlərindən biridir.

Yubkanı qısaltmaq Londonda ilk dəfə kimin ağlına gəlmişdi? Cavab vermək çox çətindi. Bu ilkə sahib çıxanlar arasında Meri Kuant da var, Andre Kurrej də və Jean Varon ticarət markasının banisi Con Beyts də. Amma məhz dizayner Kuant 60-cı illər şəhər modasının hərəkətverici qüvvəsi idi.

“Mini yubka 60-cı illərdə formalaşan gənc nəsil mədəniyyətinin fenomeni, mədəniyyətin ifadə forması idi. Seksual inqilab, üstəlik hamiləliyə qarşı dərmanlar da bu nəslin ifadə forması idi. Bax bu müəyyən mənada tarixi an idi. ”- Nyu-York Moda Texnoloji İnstitutunun direktoru Valeri Stil belə deyir.

Düzdür, gənclər mədəniyyətinin bəzi elementləri hələ 1920-ci illərdə də mövcud idi. Bununla belə 20-ci illər nəsli öz sələflərinə nisbətən seksual cəhətdən daha azad olsalar da hamilə qalmaq təhlükəsi hələ qalırdı.

Kinq-roud adlı kult butikin sahibi dizayner-modelyer Meri Kuant 1966-cı ildə mini yubkaya maraq göstərməyə başlasa da o hələ məktəb vaxtlarından yubka üzərində eksperimentlər edir, hər dəfə məktəb formasını bir qədər qısaltmağa çalışırdı.

Kuantın ilham mənbəyi balet dərsləri aldığı bir studiyadakı rəqqas qız olmuşdu. Kuant hadisəni belə nəql edir: “Dərslərin birində qonşu otaqda gözəl bir musiqi eşitdim. Qapıdan boylandım. Orda step dərsi keçən bir qız gördüm. Məndən bir neçə yaş böyük olardı. Onun eynən mən istədiyim görkəmdə idi. Onun əynində təqribən 25 sm uzunluğunda qırçınlı yubka, dar qara sviter, qara uzun corablar vardı. Saç düzümü isə bob stilində idi.”
Ardı →