Mioma və hamiləlik

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması
Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur. Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rast gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.
Davamı →

Uşaqlığın mioması

Uşaqlığın mioması — 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi)  müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın
inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir.


Ardı →