Qonşuluq təsadüfü
Əhməd Talıbov, polis leytenantı, 34 yaş, artıq dördüncü il idi ki, Gənclik metrosunun yaxınlığında köhnə Samsunqun binası ilə üzbəüz olan yaşıl binada, səkkizinci mərtəbədə şəxsi mənzilində qalırdı. Atasız böyümüş Talıbovun özündən başqa altı yaş kiçik qardaşı var idi...Amma qardaş ona ana tərəfdən qardaş idi...Qardaşının həqiqi atası, anasının qanuni-nigahlı əri idi. Özü isə nigahdan kənar doğulmuşdu və atası haqqında isə heç bir məlumatı yox idi. Anası hamsından çox bu oğlunu sevsə də, bunu biruzə verməməyə çalışırdı.Elə ona görə də kiçik oğlunun evində qalırdı. Əhməd isə nə qədər qəribə görünsə də bu mənzili heç kimlə bölüşmürdü, nə ailəsi nə də nigahdan kənar məşuqəsi var idi. Talıbovun dünyadakı əsas meylləri pul qazanmaqla bağlı idi...Əslində pul qazanmaq, pul sevgisinə görə deyil, belə ki, bəsirət gözüylə baxsaq, onun kökündə, qadın, var-dövlət, gözəl həyat, təkəbbür və digər stimullar durur...Halbuki o, yəhudi zərgərlər kimi, doğrudan da pul yığmaq xəstəliyinə tutulmuşdu...O qədər simic idi ki, dükanda alış-verişlər zamanı beş qəpiyi belə satıcıdan tələb edirdi. Makkiyavelli siyasətdə istədiyinə nail olmaq üçün istənilən vasitəyə əl at demişdisə, Talıbov onu pul qazanmaq üçün istədiyin vasitələrə əl at variantına çevirmişdi. Bununla belə onun da öz sərhədləri var idi.
Ardı →