Mistizm

İlahiyyat ilə elm arasında gedən savaşın bəlli özəllikləri vardır. XVIII yüzilliyin sonunda Fransada yaranmış durumu, bir də indi Sovet Rusiyasında baş verənləri çıxmaqla, yerdə qalan bütün dönəmlərdə alimlərin çoxusu öz çağlarının dinlərinə arxa durmuşlar. Bu böyük çoxluğun sırasında ən böyük alimlər də olmuşlar.
Nyüton ariançı2 olsa da, xristian inancına çox bağlı olan bir insan olmuşdur. Küvye inanclı bir katolik olaraq tanınmışdır. Faradey sandimaniançı3 olmuş, bağlı olduğu sektanın ehkamlarına ürəkdən inanmış, bununla yanaşı onun elmlə dinin ilişkiləri ilə bağlı baxışları istənilən qatı inanclı ruhanidə vurğunluq yarada biləcək bir biçimdə olmuşdur.
Davamı →

Edqar Allan PO

Edqar Allan Ponun portretlərilə indi Amerikanın hər yerində — kitab mağazalarının divarlarında, pivə şüşələrində… — qarşılaşmaq olar. Amma bu, həmişə belə olmayıb. Dünyanın ən müxtəlif dillərinə tərcümə edilən Amerika yazıçısı öləndə cibində siçanlar oynayırdı, özünü isə doğma vətənində adam yerinə qoymurdular. Edqar Po ədəbiyyat ikonasına çevrilməsi üçün fransızlara borcludur.

Edqar Allan Po sirli və qaranlıq ədəbiyyatın banilərindəndir, onun qorxulu hekayə və şeirləri ağır ab-hava yaradır, gələcəkdə Hovard Lavkraft, Stiven Kinq kimi yazarların meydana çıxmağına yazıçının əsərlərinin böyük təsiri olub. Həm də Edqar Po qaranlıqdan qorxurmuş. «Gecə zülmətində iblislərin hərəkətə gəlib xeyirxah ruhları yoldan çıxarmaq istədiklərinə əminəm, — bir dəfə dostuna deyib. — Yaxşı bilirsən ki, — sonra tələsik əlavə edib, — iblislərə inanmıram». Bəlkə də Allan Po taleyinin qasırğa dolu qara buludları altında ömür sürdüyünü hiss edirmiş. Buna görə onu qınaya bilmərik.
Davamı →

Mistik Evlər

Qara magiya, Faust və kimya?!
Yolunuz nə vaxtsa Karlov meydanından keçsə, mütləq Faustun evinə də baş çəkin. Praqaya ayağı belə dəyməyən həkim Faustun malikanəsinin məhz burada “gözə dəyməsi” hər kəsi təəccübləndirir. Göz dəyməsin, üstəlik onun haqqında heç vaxt olmadığı bir şəhərdə əfsanələr də ayaq açıb yeriyir. Şayiələri yayan isə özünü gizlətmirdi: o, XIV əsrdə yaşayan şahzadə Vaçlav Opava idi.

 Evin ilk sahibi V.Opava elmlə, xüsusən də kimya ilə maraqlanırdı. Amma belə görünür ki, onun maraq dairəsinə əfsanəvi şayiələrin müəllifi olmaq da daxil imiş. Şahzadənin dediyinə görə, II Rudolfun hakimiyyəti illərində ev haqqında söz-söhbətlər daha da ciddiləşib.

Ardı →

Qorxulu Əhvlatlar - "Məzar pıçıltısı"

 

 

“Məzar pıçıltısı”

 

 

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.  


Ardı →

Saatlar ölüm vaxtını göstərir

saatHempton Kortçasın sarayında saatlar ev sahibinin ölüm günündə dayanır.
İlk dəfə bu fakt 1619-cu ildə qeydə alınıb. Belə ki, I Yakovun xanımı Kraliça Anna həmin il vəfat edib.

Alimlər sübut ediblər ki, bu hadisə bir neçə dəfə təkrarlanıb. Parapsixoloqlar isə hesab edirlər ki, ölən insan öz enerjisini buraxır və bu da saatları dayanmağa məcbur edir.

Belə bir hadisə 1887-ci ildə də qeydə alınıb. Belə ki, Pensilvaniyadan olan Corc Fray öz qardaşı Gideona məktub yazır. Məktubu yazandan sonra Corc saata baxıb görür ki, saat dayanıb. Saat 9.45-də dayanmışdı.
O yenidən saatı qurmaq istəyəndə alınmır. Növbəti gün o, məktub alır. Məlum olur ki, qardaşı saat 9:45-də ölüb.
Ardı →

Tornvud qəsri

Tornvud qəsriTornvud qəsri 16-cı əsrdə tikilmiş ingilis qəsridir. O Vaşinqtonda, Takoma şəhərində Amerikan çayının kənarında yerləşir. 

Əvvəlcə Robinzonlar ailəsi iddia edir ki, qəsrin pəncəsərində qadın görüblər. Sonradan binanın yaxınlığından keçən çoxları həmin qadını gördüyünü deyir. 

2001-ci ildə ailə Vaşinqton dövlət komissiyası təşkil edir ki, evdəki ruhları müəyənləşdirsinlər. Qrupda araşdırmaçılar, psixi cəhətdən hissiyyatlı insanlar və maraqlananlar toplaşırlar. Qrupun yaradıcısı isə Henri Bayley olur. 

Henri deyir ki, binanın ətrafında heç vaxt hiss etmədiyi auranı hiss edir. Bina ona olduqca canlı görünüb. 

Lakin Bayleyin qrupu heç bir ruh görə bilmirlər. Bayley qəsrə dörd dəfə gedir. Dördüncü dəfə  çoxdan gözlənilən hadisə baş verir. 

Bayley mətbəxdə oturaraq maqnitafona elektron səs dalğalarını yazmağa çalışır. Bu vaxt maqnitafondan eşidilir ki, bir kişi səsi mətbəxdə mahnı oxuyur. Lakin həmin vaxt Bayleydən başqa heç kim mətbəxdə yox idi. Henri ümumiyyətlə heç nə eşitmir. Yalnız evə qayıdıb, yazdığı səsi dinləyəndə açıq-aydın kişi səsini eşidir. 
Ardı →