Mistizm

İlahiyyat ilə elm arasında gedən savaşın bəlli özəllikləri vardır. XVIII yüzilliyin sonunda Fransada yaranmış durumu, bir də indi Sovet Rusiyasında baş verənləri çıxmaqla, yerdə qalan bütün dönəmlərdə alimlərin çoxusu öz çağlarının dinlərinə arxa durmuşlar. Bu böyük çoxluğun sırasında ən böyük alimlər də olmuşlar.
Nyüton ariançı2 olsa da, xristian inancına çox bağlı olan bir insan olmuşdur. Küvye inanclı bir katolik olaraq tanınmışdır. Faradey sandimaniançı3 olmuş, bağlı olduğu sektanın ehkamlarına ürəkdən inanmış, bununla yanaşı onun elmlə dinin ilişkiləri ilə bağlı baxışları istənilən qatı inanclı ruhanidə vurğunluq yarada biləcək bir biçimdə olmuşdur.
Davamı →