Mixəyin bilinməyən faydaları

Ümumiyyətlə, ağızda arzuolunmaz qoxuları aradan qaldırmaq üçün istifadə etdiyimiz mixəyin orqanizm üçün bir çox faydası var.
1. Diş ağrısını yüngülləşdirir. Diş pastasında da tez-tez istifadə olunan bir maddədir.
2. Öskürək müalicəsində istifadə edilən mühüm ədviyyatlardan biridir. İsti içkilərdə balla birlikdə qarışdırıb içə bilərsiniz.
Davamı →

Mixəyin araqda cövhəri

Arteriya və venaların daxili divarlarında yığılan yağ və xolesterin zamanla onları tıxayaraq, ateroskleroza səbəb olur. Damar tutulması isə beyin, ürək qansızması, infartka və çox xəstəliklərə səbəb olur. Təəssüf ki, bu xəstəliyi insanlar gec hiss edir, çünki əlaməti olmur.

Əgər ürəkdə ağrılar, sancmalar, baş ağrıları, baş gicəllənmələri, başda küy, görmənin və eşitmənin zəifləməsi varsa, o deməkdir ki, damarlarınızda problem var və bu resept köməyinizə gələ bilər.
Davamı →

Mixəyin möcüzəli faydaları

Mixəyin kimyəvi tərkibi olduqca zəngindir. Onun tərkibində nadir faydalı birləşmələr var — flavonoidlər, qeksan, evgenol, timol və s.

Bu maddələr orqanizmə güclü antioksidant təsir edir, qocalmanı ləngidir, xroniki xəstəliklərin inkişafı riskini azaldır.

1. Qanda şəkərin səviyyəsini aşağı salır.
2. Xərçəng şişlərinin böyüməsini ləngidir.
3. Göbələk infeksiyaları ilə mübarizə edir.
4. Ağrıları, xüsusilə diş və baş ağrılarını azaldır.
5.
Sakitləşdirir, stresin səviyyəsini azaldır.
6. Ağız boşluğunda yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunun qarşısını alır.
Davamı →

Mixəkli çay

Təbiət insana sağlamlığı qoruyub saxlamaq üçün bir çox faydalı məhsullar və bitkilər bəxş edib. Bu məhsullardan daim və düzgün istifadə etməklə müxtəlif xəstəliklərin riskini xeyli azaltmaq mümkündür.

Hər gün çay dəmlədikdə çaydana 3-4 mixək əlavə edin. Nəticədə siz çox faydalı və müalicəvi içki əldə edəcəksiniz. Araşdırmalar göstərib ki, mixək çoxsaylı faydalı xüsusiyyətlərlə zəngindir.
Davamı →

Mixəyin müalicəvi xüsusiyyətləri

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.

Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.

Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Davamı →

Yorğunluğu aradan qaldıran çay


Zehni yorğunluq başağrısı və yuxusuzluq kimi hallara səbəb olur, sosial həyatımıza mənfi təsir göstərir. Mütəxəssislər həm bədənin, həm də zehnin yorğunluğunu aradan qaldırmaq üçün mixəkdən yararlanmağı tövsiyə edirlər.

Zehni yorğunluğu aradan qaldırmaq üçün mixəkdən istifadə qaydası belədir:
Bir stəkan qaynar suyun içərisinə 9-10 ədəd mixək atıb 5-6 dəqiqə dəmlənməyini gözləyin. Çayı ilıq şəkildə için. İçdikdən sonar yorğunluğunuzun azaldığını hiss edəcəksiniz.

Bu çaydan hər gün 1 stəkan içmək olar. Çayı səhər saatlarında içməyiniz məsləhətdir.
Davamı →

Mixək - təbii sakitləşdirici vasitə

Mixək tək ədviyyat deyil. Mixək tibbdə müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə olunur.
Mixek çox zəngin kimyəvi tərkibinə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2, В3 или РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var.

Bundan əlavə mixək bu kimi mikro- və makroelementlərlə də zəngindir: kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və s.

Bu zəngin tərkibinə görə mixek bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi zamanı geniş istifadə olunur.
Ardı →

Mixək və zəfəran

  • Flora
Mixək Caryophyllus Aromaticus-qərənfilçiçəklilər (Caryophyllaceae) fəsiləsindəndir.Əsil vətəni Cənubi Asiyadır.Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur.Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.
Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.

Ardı →