Mixəyin bilinməyən faydaları

Ümumiyyətlə, ağızda arzuolunmaz qoxuları aradan qaldırmaq üçün istifadə etdiyimiz mixəyin orqanizm üçün bir çox faydası var.
1. Diş ağrısını yüngülləşdirir. Diş pastasında da tez-tez istifadə olunan bir maddədir.
2. Öskürək müalicəsində istifadə edilən mühüm ədviyyatlardan biridir. İsti içkilərdə balla birlikdə qarışdırıb içə bilərsiniz.
Davamı →

Mixəyin möcüzəli faydaları

Mixəyin kimyəvi tərkibi olduqca zəngindir. Onun tərkibində nadir faydalı birləşmələr var — flavonoidlər, qeksan, evgenol, timol və s.

Bu maddələr orqanizmə güclü antioksidant təsir edir, qocalmanı ləngidir, xroniki xəstəliklərin inkişafı riskini azaldır.

1. Qanda şəkərin səviyyəsini aşağı salır.
2. Xərçəng şişlərinin böyüməsini ləngidir.
3. Göbələk infeksiyaları ilə mübarizə edir.
4. Ağrıları, xüsusilə diş və baş ağrılarını azaldır.
5.
Sakitləşdirir, stresin səviyyəsini azaldır.
6. Ağız boşluğunda yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunun qarşısını alır.
Davamı →

Mixəkli çay

Təbiət insana sağlamlığı qoruyub saxlamaq üçün bir çox faydalı məhsullar və bitkilər bəxş edib. Bu məhsullardan daim və düzgün istifadə etməklə müxtəlif xəstəliklərin riskini xeyli azaltmaq mümkündür.

Hər gün çay dəmlədikdə çaydana 3-4 mixək əlavə edin. Nəticədə siz çox faydalı və müalicəvi içki əldə edəcəksiniz. Araşdırmalar göstərib ki, mixək çoxsaylı faydalı xüsusiyyətlərlə zəngindir.
Davamı →

Mixəyin müalicəvi xüsusiyyətləri

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.

Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.

Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Davamı →