Körpələrdə doğuş ləkələri

«Moğol ləkəsi» və ya «monqol ləkəsi» kimi tanınan doğuş ləkələri yeni anadan olan körpələrdə daha çox olur. Bəs bu ləkələr necə müalicə edilir?

Doğuş ləkələri normalda dəridə olan qan damarları və ya dəriyə rəngini verən pigment hüceyrələrindəki pozuntular nəticəsində yaranır. Daha çox omba və bel hissələrində müşahidə edilir. Ləkələr bir və ya birdən çox ola bilər. Ölçüləri bir neçə santimentrdən 20 sm-ə qədər ola bilər. Uzunluq baxımından digər doğuş ləkələrindən böyük ola bilər, lakin bədən sahəsinin 5 faizindən artıq yeri tutmur.
Davamı →